Xoca Beynəlxalq Qahirə Film Festivalında nümayiş olunacaq

Xoca Beynəlxalq Qahirə Film Festivalında nümayiş olunacaqVahid Mustafayevin "Xoca" filmi noyabrın 27-dən dekabrın 6-a kimi Misirin paytaxtı Qahirədə keçiriləcək 35-ci Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunacaq. "Xoca" kinofestivalın İnsan hüquqları bölməsinə daxil edilib. "Xoca" kinofestivalda noyabrın 29-da saat 10:00 və 21:30-da olmaqla iki dəfə nümayiş etdiriləcək.

Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. Film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır. "Xoca" filmi Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. Eyni zamanda bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan soyqırımı haqqındadır. Bu dəhşətli faciə 1992-ci il fevarl ayının 26-da 20 il öncə törədilib.

Qeyd edək ki, "Xoca" filminin qatıldığı Qahirə Beynəlxalq Film Festivalı (CIFF) 1976-ci ildən etibarən hər il təşkil edilir və ərəb dünyasında təşkil edilən ilk beynəlxalq film festivalıdır. Festival ərəb dünyası və Afrikada Paris Beynəlxalq Film Prodüserləri Assosiasiyasının Beynəlxalq Federasiyası tərəfindən tanınan yeganə beynəlxalq film festivalıdır.

CIFF yaradılandan 2006-cı ilədək Saad əl-Din Vahba, Hüseyn Fəhmi və Şərif Əl Şobaşi festivalın münsiflər heyətinin prezidentləri olublar. 2006-cı ildən isə festivala yeni prezidet-misirli aktyor və musiqiçi Ezzat Əbu-Ouf təyin olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1430   Tarix: 22 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1568
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 366
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 253
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 954
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 246
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 910
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 185
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 553