Yaponlar "kağız" ekran hazırlayıblar

Yaponlar

Japan Display (Yaponiyanın Sony, Toshiba və Hitachi istehsalçılarının ortaq müəssisəsi) şirkəti aşağı enerji sərfiyyatlı qabaqcıl maye kristal ekran yaradıb. Yeni panel maye kristal əsasında hazırlanmış müasir analoqlarından işıqlandırmanın olmaması ilə fərqlənir. Əvəzində ekran onun üzərinə düşən işıqdan istifadə edir və belə halda kağıza oxşamış olur.

Vesti.ru saytı bildirir ki, maye kristal panel əvvəlcə yalnız monoxrom təsviri əks etdirir. Təsvirin rəngli olması üçün ona xüsusi filtrlər yerləşdirilir. Bundan başqa, yeni ekranlar piksel yaddaşa" malikdir. Onlar hərəkətsiz fotonu ekranda saxlaya və onu akkumulyator enerjisi sərf etmədən göstərə bilərlər.

Yüksək enerji effektivliyi və videonu rəngli əks etdirmək imkanı ilə seçilən belə panellər bukriderlərdə quraşdırılmış ekranları (elektron mürəkkəb texnologiyası əsasında hazırlanmış) əvəz edə bilər. İxtira İokoqama şəhərində keçirilən FPD International Japan 2012" sərgisində təqdim edilib.
ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3105   Tarix: 10 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740