Sağlam qalmaq üçün bunlara diqqət edin

Sağlam qalmaq üçün bunlara diqqət edinBöyrəyi qorumağın yolları

Hazırda əhali arasında diabet, hipertoniya kimi xəstəliklərin çox geniş yayılması böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Eləcə də duzdan həddindən artıq istifadə, siqaret də böyrəklərin zədələnməsinin başlıca səbəbidir. Buna görə də alimlər böyrəklərin ümumi vəziyyəti, onların sağlamlığının qorunması baxımından əməl olunması çox vacib hesab edilən "qızıl qaydalar" hazırlayaraq onlara əməl etməyi tövsiyə edirlər. "Qızıl qaydalar" bunlardır:

1. Hərəkət edin. Müntəzəm gəzintilər, yüngül qaçış, velosipedə minmək kimi hərəkətlərlə sağlam bədənə sahib olun və artıq çəkidən xilas olun. Beləliklə də, diabet, hipertoniya kimi xəstəliklərin böyrəkləri zədələməsinin qarşısını alar və ya onlara təsirini azalda bilərsiniz.

2. Qanda şəkərin miqdarını daim nəzarətdə saxlayın. Diabet xroniki böyrək xəstəliklərinə səbəb olan xəstəliklər arasında ilk yerlərdən birini tutur. Müvafiq dərman müalicəsi, pəhriz və idman proqramları qanda şəkərin miqdarı və qan təzyiqini normal həddə saxlayaraq böyrəkləri diabetin mənfi təsirlərindən qoruyur. Diabetə tutulma riskinə maliksinizsə (artıq çəkiniz varsa, az hərəkət edirsinizsə, ailənizdə diabet xəstəsi varsa və s.) ildə bir dəfə qanda şəkərin miqdarını yoxlayın.

3. Qan təzyiqinizə diqqət edin. Diabet xəstələrində qanda şəkərin miqdarının yüksək olması ilə yanaşı, onlarda yüksək qan təzyiqi (hipertoniya) də müşahidə edilir ki, bu da böyrəklərin zədələnməsində mühüm rol oynayır. Artıq çəkidən xilas olmaq üçün duzdan az miqdarda istifadə, idman və müvafiq dərman müalicəsi ilə qan təzyiqi normal olan xəstələrdə həm böyrək xəstəliklərinin qarşısını almaq, həm də əgər artıq xəstəlik varsa, onun inkişafına mane olmaq mümkündür.

4. Sağlam qidalanın və normal çəkidə olun. Sağlam qidalanma xroniki böyrək xəstəliklərinin qarşısını ala bilir. Sağlam qidalanmanın başlıca şərti isə duzdan gündəlik istifadənin azaldılmasıdır. Daha çox təzə yeməklərə üstünlük verin, konservləri isə suda azacıq saxladıqdan sonra istifadə edin.

5. Yetərli miqdarda su için. Gün ərzində 1,5-2 litr su içmək xroniki böyrək xəstəliklərinə yoluxma riskini azaldır.

6. Siqaret çəkməyin. Siqaret böyrəklərdə qan dövranının azalmasına səbəb olur. Bu da böyrəklərin süzmə funksiyasını pozur və artıq maddələr orqanizmdə qalır. Həm də siqaret çəkən şəxslərdə böyrək xərçəngi riski 50 faiz artır.

7. Ağrıkəsicilərdən istifadə etməyin. Bu dərmanlar bəzən istifadə olunduqları doza və vaxtla əlaqədar, bəzən də hansısa dozadan asılı olmayaraq böyrək xəstəliklərinə səbəb ola bilir.

8. İldə bir dəfə böyrəklərinizi yoxladın. Xüsusilə də ailəsində böyrək xəstəlikləri olan şəxslər ildə bir dəfə həkimə gedərək böyrəklərini müayinə etdirməlidirlər.

Dişlərin sağlamlığı önəmlidir

Dişlərin sərt olmağına baxmayın. Əslində, onlar bizim ən həssas bədən üzvlərimizdəndir. Eyni zamanda bu həssas üzvlər bütün orqanizmimizi min bir xəstəlikdən qoruyur. Bu mənada kirpiklərə bənzəyirlər. İnsan dişi olmasa, o, yeməyi xırdalaya bilməz və mədənin işi ağırlaşar. Bundan başqa, yemək borusu, bağırsaqlar tez aradan çıxar. Qara ciyər aktiv şirə ifraz etməz və s.

Biz ünsiyyət vaxtı qarşımızdakı insanın dişlərinə diqqət edərik. Çünki ünsiyyət sözlədir. Sözlər isə ağızdan çıxır. Dişlərdə orada yerləşir. Qarşımızdakı adam güləndə və danışanda onun dişlərinin ağlığı və parlaması insanda ona qarşı müsbət təəssürat yaradır.
Ona görə də onların sağlam saxlanılması vacibdir.

Bəs diş sağlamlığına necə fikir verməliyik?

Mütəxəssislər deyir ki, dişlərin sağlamlığına lap kiçik yaşlardan fikir vermək lazımdır. Məlumat üçün deyək ki, ana südü ilə bəslənən körpələr böyüyən zaman onlarda diş xəstəlikləri az-az müşahidə olunur. Dişlərin vasitəsi ilə qoz-fındıq sındırmaq olmaz. Dişləri təmizləmək (fırçalamaq), yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır. Unutmayın ki, ağızdakı bakteriyalar gündə iki dəfə çoxalırlar. Ona görə də gündə iki dəfə ağzı qarqara etmək məsləhətdir.
"Xırt-xırt" edən meyvə və tərəvəzlər (məsələn kök, alma) diş ərpinin yaranmasının qarşısını alır.

Təhlükə diş pastası da ola bilər

Dişlər o qədər strateji üzv sayılır ki, ona hücum hər bir tərəfdən gəlir. Hətta ağardıcı diş məcunları da təhlükə ola bilər. Dişdə aşındırmalara səbəb olar. Dükanlarda bəh-bəhlə aldığınız məcunlar, əslində, dişləri ağartmaz. Belə pastalarda aşındırıcı maddələr olur. Bu da diş minasını zədələyir.

Unutmayın ki, düm ağ rəngdə olan diş, əslində, normal diş deyil. Məsələn, əlinizə diqqətlə baxın. Orada xırda cızıqlar var. Onlar olmasa normal əl olmaz. Əslində, diş məcunlarından ifrat istifadə şiddətli ağartı verir. Diş üzərindəki təbii "ləkələri" aparır.

Bəs onda dişlərimizi fırçalamayaq?

Nəzərə alaq ki, biz dişlərimizi fırçalayanda əsas məqsədimiz onun üzərində olan mikro hissəcikləri yox etməkdir. Və bakteriyalardan ağzı təmizləməkdir. Ona görə də saatlarla fırçanı ağızdan çıxarmamaq, yaxşı təmizlənsin deyə fırçanı bərk basmaq, bərk diş fırçalarından istifadə etmək olmaz. Diş fırçası 2-3, bəzən də 4 aydan bir dəyişilməlidir. Bundan başqa, fırçanızı çalışın yaxşıca yuyun. Hətta sabunla yumaq da olar. Çünki siz bundan əvvəl onunla diş fırçalamısınız və bakteriyalar onun tərkibində qalıb. Yeri gəlmişkən deyək ki, başqasının diş fırçasından istifadə etmək qəti qadağandır.
Dişləri gündə iki dəfə fırçalamaq lazımdır. Bunun üçün diş məcunundan iki noxud ölçüsündə istifadə məsləhət görülür. Fırçalama əməliyyatı bitdikdən sonra ağzınızı dərhal yuyun ki, pasta orada qalmasın.

Qan təzyiqini tənzimləməyin yolları

İncan vücudunda qan təzyiqini tənzimləyən bir çox mexanizm var. Ürəyin döyünmə gücündən tutmuş, damarların elastikliyinə qədər bir çox amillər səbəb ola bilər. Amma mütəxəssislər bu qənaətə gəliblər ki, qan təzyiqi xəstəliyinin əksəriyyəti genetikdir.

Qan təzyiqini dəqiq ölçmək üçün bunlara diqqət edin:

1. Təzyiqi ölçməmişdən öncə 6-8 saat normal yatmış olmalısınız.
2. Yuxudan durduqdan sonra kresloda və ya stulda oturmalısınız.
3. Həmin vəziyyətdə təxminən 5 dəqiqə oturmalı və gözləməlisiniz.
4. Təzyiq ölçülərkən hərəkət etməməli, danışmamalı və tez-tez nəfəs alıb verməməlisiniz.

Əgər bunları etsəniz, qan təzyiqinizə ən yaxın nəticəni əldə etmiş olarsınız.

Qan təzyiqini azaltmaq üçün:
- sarımsaq
- zeytun yarpağı
- çuğundur
- nar şirəsi

Qan təzyiqini artırmaq üçün:
- ayran (duz əlavə edin).
- digər duzlu qidalar.

Qan təzyiqi aşağı olanlar daha çox yaşayır
Qan təzyiqi yuxarı olan insanlarda damarlara olan təzyiq çox olduğundan, müxtəlif narahatlıqlar yaranır ki, bu da insanın sağlamlığına və gələcək həyatına öz mənfi təsirini göstərir. Bu baxımdan qan təzyiqi aşağı olanlar, əksinə daha uzunmüddətli yaşayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5739   Tarix: 02 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561