İnternet provayder nədir ?

İnternet provayder nədir ?Məlum məsələdir ki, son dövrlər yeni texnologiyaların yaranması həyatımızı dəyişib. Bu, hər gün durmadan artmaqdadır. İnternet texnologiyasının həyatımızda oynadığı rol çox böyükdür. Əhalinin önəmli bir hissəsi internetin daimi istifadəçisidir. Amma demək olar ki, onun haqqında müfəssəl informasiyaya malik olan insanlar azdır. Bunun bir çox səbəbi var.

İnternet elə bir məkandır ki, daima genişlənir və inkişaf edir. Daima yenilənir. Heç kəs bu informasiya bolluğunda yüksək sürətlə inkişaf edən bir virtual aləm haqqında bütün informasiyalara malik ola bilməz.

Provayder nədir?
Yeni texnologiya özü ilə çoxlu sayda yeni ingilis sözləri gətirir. Belə sözlərdən biri də "provayder" (Təchiz edən anlamını verir) anlayışıdır. Provayder - hər bir ölkənin vətəndaşlarını ümumilikdə hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərən təşkilatdır.

İnternet provayderləri müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər. Ona görə də onlar müxtəlif qruplara bölünürlər: birinci qrupa məxsusi kanalı olan provayderlər, ikinci qrupa birinci qrupdan icarəyə kanal alanlar, üçünçü isə ikinci qrupdan icarəyə kanal götürənlər daxildir.

İnternet Provayderlər əsasən ayrılmış xətlə birləşmə, kommutasiya yolu ilə birləşmə, e-poçt və yeniliklər, internetdə web-səhifənin yerləşdirilməsi, domen adları qeydiyyatı kimi xidmətlər təqdim edir. Onların əlavə xidmətləri sırasına isə İnternet-Telefon, informasiya təhlükəsizliyi, zəmanətli keyfiyyət servisi, virtual xüsusi şəbəkələr, müxtəlif maliyyə və informasiya sisteminə girişin təmini, provayderin və xidmətin dinamik seçilmə imkanı daxildir.

Azərbaycanda provayderlər
Azərbaycanda onlarla provayder var. Ancaq ölkədə olan provayderlərə internet verən "Delta Telekom" şirkətidir. Ümumi Ölkəyə internet bu şirkət vasitəsi ilə gəlir. Və provayderlər interneti "Delta Telekom" şirkətindən alırlar və əhaliyə satırlar.

Oxygen, İntrans, Bakinternet, Elcell, Azintex, Azeurotel, Azeronline, Stream, Baktelekom, Ultel, AzinternetServis, Connnect, Superonline və s internet provayderlər fəaliyyət göstərir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 15159   Tarix: 27 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040