Ancelina Colidən xəstəliyi ilə bağlı açıqlama

Ancelina Colidən xəstəliyi ilə bağlı açıqlama
Amerikanın "National Esquirer" jurnalının xəbəri yalan çıxdıHaqqında "Hepatit C" xəstəliyindən əziyyət çəkdiyi və qaraciyər transplantasiyası edilməzsə öləcəyi haqqında xəbərlər yayılan məşhur aktrisa iddialara cavab verib. ANS PRESS-in məlumatına görə, İtaliyanın "Chi" jurnalı aktrisanın sözçüsünün açıqlamasını dərc edib. Rəsmi açıqmada deyilir:
“Ancelina Colinin sağlamlığı ilə bağlı çıxan xəbərlər 100 faiz yalandır. İndi 6 uşağı ilə birlikdə suriyalı qaçqınları düşünür. Buna görə də bəzən yemək yeməyi belə unudur. Yemək saatlarını bir ovuc fındıq və ya meyvə ilə ötüşdürür. Bred Pitt ilə təxirə salınan toyun da buna aidiyyatı yoxdur".
Bununla da BMT-nin xüsusi səfiri Amerikanın "National Esquirer" jurnalının xəbərini təkzib edib.
anspress

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 4988 Tarix: 26.09.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər