Müəllimlər də vahid geyimə keçəcək

Müəllimlər də vahid geyimə keçəcəkBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bütün orta məktəb müəllimlərini vahid geyim formasına keçməyə çağırır.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib ki, ötən il müəllimlərin də vahid formaya keçməsi ilə bağlı qaldırdıqları təşəbbüsü bəzi məktəblər bəyəniblər. Ötən ildən başlayaraq, bəzi məktəblərin müəllimləri vahid formaya keçib. Bu il isə onların sayı daha da artaraq 10-a yaxınlaşıb.
Bu məktəblərin sayının daha da artmasını arzu etdiklərini deyən Əliqızının sözlərinə görə, vahid müəllim formasına keçən məktəblərin müəllimləri bu təşəbbüsü çox dəyərləndirirlər. İdarə rəsmisinin sözlərinə görə, Bakının bütün məktəblərinin müəllimlərinin eyni forma geyinməsi hələ mümkün deyil. BŞTİ də bununla bağlı məktəblər qarşısında heç bir şərt qoymur. Çünki hesab edilir ki, müəllimlər kamil və sərbəst insandırlar və geyimləri ilə bağlı özləri qərar verə bilərlər. Amma ayrı-ayrı məktəblər müəllimlərinin vahid formaya keçməsi təşəbbüsünü qaldırdıqda BŞTİ onu dəstəkləyər. Əliqızı deyib ki, vahid müəllim formasına keçid təhsilin məzmununun, keyifiyyətinin yüksəldilməsinə, məktəblərdə nizam-intizamnın yaxşılaşmasına müsbət təsir göstərir: "Vahid formanın tətbiqi müəllimlərin büdcəsinə də müsbət təsir göstərər. Onlar artıq işə hansı geyimi geyinmək barədə fikirləşməzlər. Bu, müəllimlər üçün psixoloji baxımdan da xeyirlidir. Müəllimlər özlərini həmin geyimdə şagird qarşısında daha rahat hiss edirlər. Müəllimlər də deyirlər ki, vahid forma geyindikdə şagirdlər özlərini onların qraşısında daha intizamlı aparırlar".

Trend


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4532   Tarix: 21 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459