"Park Bulvar"da "Yatmış gözəl"

Sentyabr ayının 17-də, saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85-ci teatr mövsümünə "Park Bulvar"da "Yatmış gözəl" tamaşası ilə start verəcək.
ANN.Az-ın teatrın mətbuat xidməıtinə istinadən verdiyi xəbərə görə, yeni dərs ilinin başlanmasına həsr olunmuş tamaşanı məktəblilərlə bərabər, valideynlər və Milli Parkda gəzintiyə çıxmış şəhərimizin qonaqları da seyr edəcəklər. Teatrda yeni mövsümün ilk premyerası isə sentyabrın 22-də nümayiş etdiriləcək.
Həmin gün tamaşaçılara müəllifləri gənc dramaturq Kamran Ağabalayev və istedadlı rejissor Nicat Kazımov olan "Rəvayəti – Şahzadeyi – Xəzər" tamaşası nümayiş olunacaq. Ikihissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu müəlliflərdən biri – Nicat Kazımovdur. Quruluşçu rəssamı Elşən Sərxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
Səhnə əsərində rolları Xalq artistləri Ağaxan Salmanlı, Əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Sona Babayeva, Kərəm Hadızadə, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Vüsal Mehrəliyev, Nigar Məmmədova, Səfa Mehdi, İlham Əsədov, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Emin Sevdiməliyev, Natiq Fərzəliyev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Elnur Hüseynov, Simuzər Ağakişiyeva, Eşqin Quliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Xəyal Salahov, Mirzə Ağa Mirzəyev, Rahib Axundov, Yusif Dadaşov, Elgün Yəhyayev, Anar Seyfullayev, Vahid Orucoğlu, Araz Pirimov, Cavanşir Məhərrəmov ifa edəcəklər.
Daha sonra həmin gün "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası nümayiş etdiriləcək. Realist dramaturgiyamızın və nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.
Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Şövqi Hüseynov, Rahib Əliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Elnur Hüseynov, Natiq Fərzəliyev, Roza İbadova, Məhərrəm Musayev, Ələsgər Qurbanəliyev, Xəyal Salahov, Bəxtiyar Kərimov, Rəzzaq Məmmədov, Hüsniyyə Əhmədova, Məsumə Babayeva, Mehdi Səfa, Anar Səfiyev, Ədalət Əbdülsəməd, Elvin Nəbiyev, Ceyhun Məmmədov, Günay Zeynallı, Araz Pirimov, Davud Musayev, Fidan Abbasova, Xana Əliyeva, Aytac Nəzərova, Mirsənan Kazımlı, Mirismayıl Kazımlı canlandıracaqlar.
Məlumat üçün bildirək ki, "Rəvayəti – Şahzadeyi – Xəzər" sentyabr ayının 22-də saat 12.00, "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası isə saat 19.00-da nümayiş etdiriləcək.

ANN.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17061   Tarix: 19 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814