Tənbəllik nədir: xəstəlik, yoxsa...?
Nağıllarımızda tənbəlliklə bağlı çoxlu sayda maraqlı məqamlar var. Bu məqamların hər birində, təbii ki, tənbəllik mənfi mənada təqdim edilir.
Lakin tənbəllik təkcə uşaqlar üçün təhlükəli deyil. Çünki bu gün hər hansı yaş mərhələsini yaşayan insanlar arasında da tənbəllikdən əziyyət çəkənlər çoxdur. İstedadlı, qabiliyyətli insanlar var ki, tənbəllikləri ucbatından öz məqsədlərinə nail ola bilmirlər. Bu məqamda belə bir sual meydana çıxır: tənbəllik xəstəlikdir, psixoloji pozğunluqdur, yoxsa adət? Ümumiyyətlə, bu sindromdan qurtulmaq mümkündürmü?
"Böyük işlərinizi kiçik parçalara bölün"
İkinci önəmli məqam: əgər hər şeyi eyni anda etmək istəyirsinizsə, onda onların hamısını tam olaraq yerinə yetirə bilməyəcəksiniz. Öncə hansı işi görəcəyinizi, haradan başlayacağınızı müəyyənləşdirin, böyük işlərinizi kiçik parçalara bölün və ilk növbədə, vacib hissədən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal bir şəkildə tamamlamış olacaqsınız.
Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın...
Bu da çox önəmli məqamlardandır. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək şeylər həmin an diqqətimizi çəkir və fikrimizi cəmləyə bilmirik. Məsələn, olur ki, adi bir iş üçün kompüterlə işlədiyimiz zaman bəzən sosial şəbəkələrə başımız qarışır və saatlarla boş yerə vaxt itiririk. Nəticədə görüləsi işimiz də yubanır.
Bir işi yubatmaq üçün bəhanələr uydurmayın
İntizamlı və planlı olmağı hər kəs bacarmır, ancaq istəyən, bunun üçün çalışan adam istəyinə nail olur. Tənbəl insanlar, adətən, nədənsə şikayət edirlər. Onlar çox zaman bir işi görməmək üçün müxtəlif bəhanələr uydururlar. İşini təxirə salmaq, "bir neçə saat sonra görəcəyəm" deyib yubatmaq əslində tənbəllərə həmin anda xoş gəlir və bundan heç də asan qurtula bilmirlər. Odur ki, ilk vaxtlar, çətin də olsa, bu adətinizdən əl çəkməlisiniz.
Uzun müddət yatmaq tənbəllik əlamətidir
Kim nə qədər aktivdirsə, o qədər sevincli və şəndir. Uzanıb rahat bir şəkildə yatmaq insana xoş gələ bilər, fəqət əmin olun, heç bir iş görmədən uzun müddət yatmaq tənbəllik əlamətidir və bir müddətdən sonra bunun heç bir zövqü qalmaz.
Tənbəlliklə mübarizədə vitaminlərin də böyük önəmi var imiş. Belə ki, psixoloqların fikrincə, B vitamini sinir sisteminin işini, yaxşı yaddaşı və yüksək iş qabiliyyətini artırır. Gərgin iş qrafiki də tənbəlliyə səbəb ola bilir. İstirahətsiz işləmək və nəticədə yorulmamaq qeyri-mümkündür. Ona görə də fasilə verin və ya istirahət üçün özünüzə vaxt ayırın...
"Zaman Azərbaycan"
BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq Baxılıb: 2939 Tarix: 16 sentyabr 2012
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSoyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı
15.08.2021 780 Koronavirus qan dövranı sistemini belə zədələyir
Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini
04.09.2021 1300 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Beyin və yaddaş üçün faydalı olan idman
Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə
15.08.2021 882 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 "Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri
31.08.2021 1465 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454