İnternet həyatımızın ən dəyərli əşyalarını arxa plana salır

İnternet həyatımızın ən dəyərli əşyalarını arxa plana salırBütün dünyada televizorlara olan maraq azalmaqdadır.
Artıq çoxları internetdən informasiya almağa, film və kliplərə baxmağa üstünlük verir. Bu, televizorların satışında da özünü göstərib. Belə ki, dünya bazarında bu ilin ikinci rübündə ötən ilin analoji dövrü ilə müqayisədə televizorlar 8 faiz az satılıb.

NPD DisplaySearch tədqiqat şirkətinin məlumatına görə, televizorlara tələbat getdikcə azalır. Qeyd edək ki, bazarda birinci yerdə maye-kristal (LCD) televizorlardır ki, bir il əvvəl olduğu kimi 85,5 faiz (44,1 milyon ədəd) televizor satılıb. İkinci yerdə satışı 8,4 faiz təşkil edən (4,3 milyon ədəd) CRT modellərdir. Bazarda payı 6,1 faiz (3,2 milyon ədəd) olmaqla üçüncü yerdə isə plazma modelləri dayanır.

Televizora maraq Azərbaycanda da azalır.
Filoloq-sosiolinqvist Yaşar Məmmədlinin sözlərinə görə, həm gənclər, həm də orta nəsil daha çox internetdən istifadə etmək yolu ilə informasiya əldə edir, internet vasitəsilə istədiyi filmə baxır: "Televizora maraq Azərbaycanda da azalır. Bunun səbəblərindən biri isə televiziya kanallarının artıq Azərbaycan cəmiyyətinin tələblərinə uyğun verilişlər verməməsidir. Filmlərin nümayişi ilə də bağlı problemlər mövcuddur. Belə ki, filmlər pis tərcümə və dublyaj olunur".

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, televiziyaya maraq internetin yaranması ilə azalıb: "Getdikcə internetlə bağlı biliklərin artması ondan istifadə edənlərin sayının çoxalmasına gətirib çıxarır. İstifadəçilər internetin geniş imkanlarından yararlanmağı öyrəndiyi üçün televiziya arxa plana keçir", - deyən psixoloq qeyd edib ki, müasir zamanda televiziya tamaşaçının tələbatını ödəyə bilmir, nəticədə auditoriyasını itirir. "İnternet istifadəçilərin tələbatını tam ödəyir. Bir çox insanlarda hətta internetdən asıllılıq da müşahidə olunur və KİV arasında internet hələ ki liderdir".

Psixoloq diqqətə çatdırır ki, "internetdən asıllığ"a tutulanlar gününün çox hissəsini internetdə keçirirlər: "Bu səbəbdən də televiziyaya baxmağa vaxtları və enerjiləri yoxdur. İnternetə bağlılıq o həddə çatır ki, istifadəçilər real həyatdan uzaqlaşaraq internetdə, sosial şəbəkələrdə yaşamağa başlayır. İnternetdən asılı olanlar hətta gününün 18 saatını da virtual keçirirlər".

Müsahibim internetdən asılılığın əlamətlərini də qeyd edib:
"Adətən internetdən asılı olanlar tez-tez elektron poçtu yoxlamaq istəyirlər. Onlar poçtu lazım olmadıqda da yoxlayırlar. Bunu etməmiş sakitləşə bilmirlər. Digər bir əlamət isə internet olmadıqda daim onu gözləməkdir. Belə adamlar üçün internet olmadıqda əhval korlanır, əllərindən heç bir iş gəlmir, həyat bir növ mənasını itirir. Onlar gününün çox hissəsini internetdə, sosial şəbəkələrdə keçirirlər. Artıq ətrafdakıları da bu, narahat etməyə başlayır. Yaxınları belə adamın internetdə çox vaxt keçirməsi ilə bağlı şikayətlənirlər. İnternetdən asılı olanlar imkanı olmadığı halda belə internetə çoxlu pul xərcləyirlər".
"Ekspress" qəzeti

İnternet hər şey demək deyil..Gəlin internetə lazimi qədər vaxt ayıraq..Yoxsa özümüz də bilmədən bu asıllığın qurbanı olacayıq..
Source: Kayzen.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3064   Tarix: 16 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040