Motorola Play – "Qanadlı" Telefon

Motorola Play – Motorola Play – Motorola Play – Motorola şirkəti yeni, orijinal, əvvəllər rast gəlmədiyimiz korpusa malik fərqli bir smartfon işləyib hazırlayıb. Müəllifi Kirill Krımov (Kirill Krymov) və Koreya dizaynerləri olan bu konseptual telefon başlıca olaraq gənclər üçün nəzərdə tutulmuşdur.
Motorola Play Telefonunun Başlıca Özəllikləri
Motorola Play telefonunun başlıca özəlliyi onun üzərində heç bir düymənin olmamasıdır. Qurğunun əksər funksiyaları video seyri və internetdə sörfinq üçün kifayət qədər iri olan sensor ekran vasitəsilə idarə olunur. Çox güman ki, displey multitaç olacaq.
Slayderi xatırladan Motorola Play-in hərəkətli hissələri qurğunun arxa tərəfindəki 7 mp kameranı gizlədir.
İki hərəkətli hissəni yan tərəflərə çəkməklə, istifadəçi iki qapaq əldə etmiş olur. Bu iki element kifayət qədər funksionaldır. Sağ qapaq fotoaparatın çəkim funksiyası, sol örtük isə kameranın zumunu idarə etmək üçün nəzərdə tutulub.
Motorola Play telefonunu həm ekrana toxunmaqla, həm də jestlər vasitəsilə (ön paneldəki kameranın köməyilə) idarə etmək mümkündür.
Motorola Play smartfonunun akkumulyatorlarının enerji təchizatı simsiz yolla, elektromaqnit induksiya qurğusu vasitəsilə həyata keçir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2656   Tarix: 16 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş