"Çudo Peçka" məhsullarının sağlamlığa təhlükə yaratdığı aşkarlanıb (FOTO)

SMPDK bununla bağlı rəsmi məlumat yayıb"Çudo Peçka" məhsullarının sağlamlığa təhlükə yaratdığı aşkarlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan, 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsalına dövlət nəzarəti həyata keçirib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin 16 ünvanda fəaliyyət göstərən satış nöqtələrinin hər birində müxtəlif məhsulların istehsalı həyata keçirilir. Bu məhsulların təsdiq olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim edilməyib.

Tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu aşkar olunub. Müəssisənin anbarına keçirilmiş baxış zamanı üzərində istehsal tarixi və mənşəyi barədə məlumatı olmayan 26 kq kəsmik aşkar edilib. Bundan başqa müəyyən olunub ki, anbarda xammalların saxlanma rejiminə riayət olunmur. Belə ki, xəmir mayası 0-4 dərəcə, mayonez 0-10 dərəcə, qatılaşdırılmış süd 0-10 dərəcə temperaturda saxlanılmalı olduğu halda faktiki 20-25 dərəcə temperaturda saxlanılır.

Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn "Kriolla" tortunda 400 qr şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu, gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Araşdırma zamanı anbarda saxlanılan tortların istehsal tarixinin yalnız satış şəbəkələrinə göndərildikdə yazıldığı müəyyən olunub.

Bundan başqa, kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Belə ki, çiy ət bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda üst-üstə yığılmış vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün alınan malın ağ və qara ciyərinin qəbulu zamanı Xidmət əməkdaşlarının orqanoleptik baxışı zamanı ağ ciyərin üzərində qurd aşkar edilib. Həmçinin mənşəyi məlum olmayan polipropilen qablarda ümumi çəkisi 139 kq qatıq, 30 kq pendir, 10 kq yararlılıq müddəti bitmiş "Sultan" nişanlı bitki yağı müəyyən edilmiş və aktlaşdırılaraq istifadəsi qadağan edilmişdir.

7 sentyabr 2012-ci il tarixli qaimə ilə 70 kq (64 kq ağ ciyər, 6 kq qara ciyər) mal hissələri qəbul edilməsinə baxmayaraq, bunlardan yalnız 40 kq-na baytarlıq sənədi təqdim edilmişdir. Baytarlıq sənədi olmayan mal əti və hissələrinin kulinariya sahəsində istifadə olunması isə qəti qadağandır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən sertifikatlaşdırılmadan çiy dönər hazırlanır və satış şəbəkələrinə paylanır. Çiy dönər turşudulmuş qatıq, kola içkisi və müxtəlif ədviyyatlardan hazırlanmış sousda bir gün ərzində saxlanılır. Soyuducu kamerada xammallarla yanaşı, geri qaytarılması üçün satışdan çıxarılmış dönər qiyməsi də aşkar olunmuşdur.

Müəssisənin 11-ci satış nöqtəsində ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) və 13-cü satış nöqtəsində ("Nizami" metro stansiyasının yaxınlığında) vitrinlərdə yararlılıq müddəti bitmiş gavalı və mimoza salatlarının satıldığı, həmçinin xammal kimi istifadə olunan yararlılıq müddəti bitmiş kolbasa məhsulları aşkar olunmuşdur.

Araşdırmalar davam etdirilir.
anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 12443   Tarix: 13 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433