"Kurtlar Vadisi Pusu" təkcə anonsdan 1 milyon dollar pul qazandı

Məşhur serial dünya rekordunda ilk dördlüyə düşdü Bütün dünyada izlənilən və artıq 10 ilə yaxındır silsilə şəkildə davam edən "Kurtlar Vadisi" serialı heç kimin gözləmədiyi uğura imza atıb. Son 1 ildə istədikləri reytinqi ala bilməyən serial təşkilatçıları yeni mövsümün anonsunda 40 milyon baxıcı kütləsi ilə "Youtube"da dünya rekordunda ilk dördlüyə girməyi bacarıblar.

Anonsda Memati öz toyunda güllələnir. Onun ağlayaraq cənazəsini yuyan Poladın son sözləri və Mematinin ruhunun ona təsəllisi göstərilir. Filmin rejissor və prodüserlərinin dediklərinə görə, bu anonsun bu qədər səs gətirəcəyini özləri belə fikirləşməyiblər. Təkcə internetdə anonsun baxışından 1 milyon dollar pul qazanan prodüser, yeni mövsümdə daha da mükəmməl səhnələrin olacağına söz verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4050   Tarix: 12 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş