Avropalılar yoxsuldur, yoxsa biz ?

Avropalılar yoxsuldur, yoxsa biz ?Bu günlərdə AzTV Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya,Böyük Britaniya,Italiya,Fransada yoxsulluq səviyyəsinin günü-gündən artdığını,Azərbaycanda isə əksinə bu sahədə vəziyyətin yaxşılaşdığını deyir.Buna misal kimi isə adıçəkilən ölkələrdə yoxsulluq səviyyəsinin 17%,Azərbaycanda isə 7% olduğu göstərilir.Qeyd edək ki,Azərbaycanda yoxsulluğun səviyyəsinin 7% olduğunu fikri yalnız rəsmi şəxslərə məxsusdur.2012-ci ilin büdcə paketində yaşayış minimumu 107 manat civarında təsdiqlənsə də,əslində bu göstərici xeyli artıqdır.Ekspertlər bunun bir neçə yüz manat olduğunu deyir.Ölkədə orta aylıq əmək haqqı isə üç yüz(300) manatdan bir qədər artıq hesab edilsə də,əksər sahələrdə çalışanlar,xüsusilə də müəllim və həkimlər bundan xeyli az maaş alır.Uşaq pulu və təqaüdlərdən isə danışmağa dəyməz.Xatırlatmaq yerinə düşər ki,Azərbaycanda adambaşına düşən ÜDM 10,2 min dollardır.Dövlət büdcəsinin 80%-i isə birbaşa neftin hesabına formalaşır.Əhali gəlirlərinin 60%-dən çoxunu ərzağın alınmasına sərf edir.

Amerikada hər yoxsulun mənzili və avtomobili var
Ilk növbədə onu qeyd edək ki, yoxsulluq nisbi anlayışdır.ABŞ və AB ölkələrində yoxsulluğu müəyyən edən kriteriyalar Azərbaycandan xeyli fərqlidir.Məsələn,ABŞ-da aylıq gəliri 1500 dollardan az olan adam yoxsul sayılır.Bu ölkədə əhalinin 14%-i yoxsul hesab edilir.Həmin kateqoriyaya aid edilən şəxslər dövlətdən pulsuz ərzaq və digər həyat üçün zəruri mallar almaqla yanaşı pulsuz kino,teatr,kafe,çamaşırxanalardan istifadə etmək imkanı da əldə edir.Bundan əlavə,ABŞ-da yoxsul hesab edilən şəxslərin,demək olar,hamısının şəxsi mənzili və avtomobili,həmçinin mobil telefonu,kompüteri və internetə çıxışı var.Yoxsulların hamısı tibbi sığortaya sahibdir.Yoxsul ailələrin hamısının övladları dövlətin hesabına təhsil alır və pulsuz yeməklə təmin edilir.Dövlətin hesabına kitabxanalardan istifadə,muzeylərə getmək hüququna sahibdir.Bunlardan əlavə yoxsul hesab edilənlər dövlətdən maddi yardım da alır.Üstəlik onlar üçün pulsuz kurslar təşkil edilir və gələcəkdə işlə təmin olunmasına yardım göstərilir.Bu ölkədə ərzaq və digər zəruri xərclərə aylıq gəlirin cəmi 12%-i sərf olunur.Istehlak səbətinə isə 300 adda məhsul və xidmət daxildir.Avropa ölkələrindən Fransada bu göstərici 250,Böyük Britaniyada 350,Almaniyada isə 475-dir.Bütün bunlara isə əhali aylıq gəlirlərinin cəmi 12-14%-ni xərcləyir.

Avropada 2 min avrodan az maaş alan yoxsul sayılır
Avropa Birliyinə üzv olan 27 ölkədə ümumi əhalinin 17% yoxsul hesab edilir.Bunların böyük əksəriyyəti keçmiş sosialist ölkələrində yaşayır.Birliyin aparıcı ölkələri olan Almaniya,Fransa,Böyük Britaniyada bu göstərici 13%-dən artıq deyil.Avropa Birliyi ölkələrində minimum əmək haqqı 2-3 min avro təşkil edir.Aylıq gəliri bu məbləğin 60%-i təşkil edən şəxslər yoxsul hesab olunur.Məsələn Lüksemburqda illik gəliri 19 min avrodan,Danimarka,Böyük Britaniya,Isveç,Almaniyada 14 min avrodan az olan şəxslər yoxsuldur.Avropada yoxsulluq eyni zamanda maddi rifah səviyyəsi ilə ölçülür.Əgər vətəndaşın gündə heç olmasa bir dəfə ət yemək imkanı yoxdursa,şəxsi mənzili,avtomobili,mənzilində məişət texnikasından zəruri avadanlıqlardan heç olmasa biri (paltaryuyan maşın,televizor,soyuducu,kondensioner,telefon,kompüter və s.) yoxdursa,evindən kənarda,əsasən ölkə xaricində ən azı bir həftəlik istirahət etmək imkanına,gözlənilməz xərclər üçün bank hesabına sahib deyilsə bu şəxs yoxsul sayılır.

Yoxsul almaniyalının mənzili 90 kv metrdən az ola bilməz
Almaniyada iki uşaqlı yoxsul ailə (bunlar əsasən işsizlərdi) dövlətdən aylıq təxminən 1500 avro,üstəlik sahəsi 90 kv metrdən az olmayan mənzil alır.Bundan əlavə bütün kommunal xərclərdən azad edilir,uşaqlar təhsil aldığı müəssisədə pulsuz xidmətlərdən istifadə etmək imkanı əldə edir.Qeyd edək ki,bu ölkədə minimum əmək haqqı təxminən 3 min avrodur.Almaniyada işləyib-işləməməsindən asılı olmayaraq yoxsul hesab edilən bütün vətəndaşlar sosial yardım alır.Böyük Britaniyada da vəziyyət eynidir.Bu ölkədə də minimum əmək haqqı 3 min avrodur.Italiya və Ispaniyada bu göstərici 2500 avro,Hollandiyada isə 7 min avrodan çoxdur.Avropalı kasıbların nəinki məişət texnikası və avtomobil almaq,hətta bank hesabı açdırmaq,təhsil almaq,tibbi xidmətlərdən istifadə etmək,sığorta almaq imkanı da var.Avropa Birliyi ölkələrində miqrantlar da sosial yardımlardan yararlanmaq imkanına sahibdir.

Bu "yoxsul" Avropa, bu da biz!
AzTV-nin kasıb ölkə kimi qələmə verdiyi Almaniyada ümumdaxili məhsul 3,6 trln dollardır. Adambaşına düşən ÜDM isə 38 min avrodur. Böyük Britaniyada bu göstərici müvafiq olaraq 2,1 trln dollar və 35 min dollardır.Fransada bu göstərici 2,2 trln dollar,adambaşına düşən ÜDM isə 24 min dollardır.Siyahını uzatmaq da olar.Yeri gəlmişkən Azərbaycanda isə bu göstərici 40 mlrd dollardır. Bu AzTV-nin yoxsul kimi qələmə vermək istədiyi ölkələrdəki mənzərənin qısaca təsviridir. Bu Avropa bu da "uğurla inkişaf edən Azərbaycan". Göründüyü kimi Avropada xüsusilə də AB-nin aparıcı ölkələri olan Almaniya, Fransa, Böyük Britaniyada yoxsul hesab edilən şəxslərin həyat səviyyəsi Azərbaycanda nəinki yoxsullarla heç orta təbəqə ilə də müqayisə oluna bilməz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5195   Tarix: 12 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 0
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: Rəylərdə haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar

Moskva vilayətində "Crocus City Hall" kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı "Şokoladnitsa" kafesində işləyib. Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməy

27.03.2024 507
.

İsrail ordusu Livan sərhədində bəzi yolları bağlayıb

İsrail ordusu Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb. xəbər verir ki, Times of Israel qəzetindəki xəbərə görə, mülki avtomobillərin hərəkətinə bağlı olan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləridir. Xəbərdə İsrail ordusunun Livan sərhədində bəz

27.03.2024 169
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0