İranda siğə qalmaqalı

İranda siğə qalmaqalıİran parlamentinin keçmiş deputatı, azərbaycanlı Əkbər Ələmi sentyabrın 11-i öz saytında yerləşdirdiyi yazıda Cümə Namazının Təşkili Qərargahının rəisi Möhsün Qəraətinin müvəqqəti evlilik (siğə) barədə bəyanatına etiraz bildirib.
Sentyabrın 10-da Tehranın Şəhid Behişti Universitetində ali məktəb rektorları ilə görüşən Möhsün Qəraəti tələbə qız və oğlanlar arasında siğənin yayılmasına şərait yaradılmasını tələb edib: "Siz universitetlərdə elə bir şərait və atmosfer yaratmalısınız ki, tələbə qızlar və oğlanlar asan yolla müvəqqəti evliliyə girsinlər, yoxsa haramın və haram əməllərin qarşısını almaq mümkün olmayacaq. Siz həm də tələbə qızlarla oğlanları bir-birindən ayırmalı, onların bir yerdə təhsil almasının qarşısını almalısınız".
"Media forum" saytının məlumatına görə, Əkbər Ələminin saytında yerləşdirdiyi yazıda deyilir: "Universitet rektorlarına belə bir tövsiyə məntiqə, əxlaqa və insani dəyərlərə o qədər ziddir ki, ona önəm verməyinə dəyməz. Birincisi, ali təhsil ocaqlarında təhsil alan tələbə qızların əksəriyyəti bakirə və subay qızlardır. Bəzi tanınmış fiqh alimləri, o sıradan da ayətullahlar Sistani, Şübeyri Zəncani, Təbrizi, Nuri Həmədani və başqalarının dediyinə görə, bakirə bir qızın kiməsə siğə olunması üçün atanın izni vacibdir. Hətta qız kiməsə siğə olmağa razılıq versə də, şərəfi olan heç bir ata bununla razılaşmaz, qızının bu yolla bədbəxt olmasını istəməz.
Mən siğənin tələbə qızlar arasında yayılmasını dini baxımdan xeyirli sayan və buna rəvac verilməsinə israr edən cənab Qəraəti və onunla eyni fikirdə olanlara təklif edirəm ki, bu xeyirli işə əvvəl öz qızları, qız nəvələri və ya ailə üzvlərindən başlasınlar".

Mənbə."Media forum"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5397   Tarix: 12 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144