Tərcümə edən telefon

Tərcümə edən telefon

Azərbaycanda telefon danışığını avtomatik tərcümə edən sistem yaradılıb. Bu,dünyada nitqi sinxron tərcümə edən ilk kompüter sistemidir. Sistem vasitəsilə telefon danışığı Azərbaycan dilindən ingilis dilinə və əksinə, tərcümə olunur. Yəni, telefonda Azərbaycan dilində danışılan sözlər telefonun o biri başında ingilis dilində səslənir. Bunun üçün sözləri aramla demək kifayətdir. Bu zaman tərcüməçiyə ehtiyac qalmır. Bu isə vaxta və pula qənaət deməkdir.

Mütəxəssislər deyir ki, bu sistem müxtəlif peşə sahiblərinin işini yüngülləşdirəcək və xərclərini azaldacaq. Ən çox xeyri isə iş adamlarına dəyəcək. Sistem kütləvi istifadə üçün nəzərdə tutulub. Yəni hər kəs bu sistemdən ev telefonlarından istifadə etməklə də faydalana biləcək. Amma bunun üçün xüsusi telefon aparatları lazımdır.

Bunun üçün həm xüsusi telefon aparatı yaratmaq lazım gələcək, həm də indiki avtomat telefon stansyialarında, ATS-lərdə xüsusi qurğuların, kompüterlərin quraşdırılmasına ehtiyac olacaq ki, telefondan götürülmüş nitq həmin ATS-lərdə tərcümə olunacaq və növbəti ünvana çatdırılacaq.

Hələlik sistem təkcə ingilis dilindədir. Gələcəkdə başqa dillərdə, xüsusən tələbatın çox olduğu rus dilində də yaradılacaq. Ən əsası da odur ki, telefon danışığını tərcümə sistemindən istifadə pulsuz olacaq. Sistem hazırda test mərhələsindədir. Üzərində təkmilləşdirmə işləri aparıldıqdan sonra gələn il istifadəyə veriləcək.
Məlumat üçün deyək ki, bütün bu işlər Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirliyi ilə BMT-nin inkişaf proqramı və elektron hökumət layihəsi çərçivəsində həyata keçirilir

Tərcümə edən telefon

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5277 Tarix: 11.12.2009



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol