Son əlavələr
Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb gülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…
Link   : 67
Günlərin bir günü üç dost qatar stansiyasına yanaşırlar.Qatarın qalxmasına yarım saat qaldığını bilib oturub bir az yemək yeməyi qərar alırlar.Bunlar şirin-şirin yemək yeyərkən , birdən qatar yola düşür.Bu üç dost təlaşa düşür.Biri şotu verir,biri isə çantaları yığır.Bundan sonra bunlar başlayırlar qatarın arxasınca qaçmaya.Bunlardan biri gücnən də olsa qatara çıxmağı bacarır.Digər ikisi isə qaçmağı dəvam etdirirlər.Sonra bunlardan biri də qatara çıxmağı bacarır.Axırda tək qalan dost bir az qaçdıqdan sonra yerə sərilib gülməyə başlayır.Qıraqdan bunu görən biri buna yaxınlaşıb soruşur:
-Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar.Amma sən çata bilmədiyin az deyilmiş kimi,bir də uzanıb qəh-qəh çəkib gülürsən.Nəyə gülürsən?
Dost deyir:Onlar məni ötürməyi gəlmişdilər ona görə.
Link   : 87
Bir adam sabah gəzən vaxt qəribə bir yas topası görür. Qabaqda gedən itli bir adam, arxasında bir tabut və 10 metrədən gələn bir başqa tabut və arxasında hardasa sırayla gedən 200 adam.. adama qəribə gəlir və tabutun lap başında gedən sözsüzki ölünün sahibidir deyib yaxınlaşıb soruşur;
Bağışılyın bu acı gününüzdə xatırlatmaq istəməzdim amma ölənlər nəyinizdir sizin?
-Qarşıdaki arvadım arxadakıda qaynanamdır..deye cavab verir adam
-Vay vay başınız sağ olsun,Allah rəhmət eləsin, bəs necə oldu?
-İtim arvadıma hücum edib öldürüb, qaynanamda arvadıma köməyə gəlib onuda öldürüb.
Adam biraz fikirləşib soruşur;
-Ay qardaş itinizi borc ala bilərəm?
-ala bilərsən amma sıraya keç!
Link   : 84
Zavoqzalnı məhəlləsində yas mərasimi olur,molla iki üç saat oxuyur.Palatkanın qırağında narkaman bir qaqaş oturub,diqqətlə mollaya qulaq asır.Sonda molla soruşur:
- Kimin sualı var? Qaqaş deyir mənim.
Molla: - Buyur
Qaqaş: - Molla əmi neçə vaxtdı oxuyursan?
Molla: - Olar 5 6 il,nə üçün soruşursan?
Qaqaş: - marağlıdır bəs sən nə əcəb indiyənə kimi klip çəkdirməmisən???
Link   : 92
Bir gün iki dost Əliylə Vəli qarşılaşırlar. Əli görürki acından ölən Vəli super son model bir maşında gəlir və soruşur: ay dost təbrik edirəm deyəsən başıva dövlət quşu qonub
Vəli başlıyır əhvalatı danışmağa: Bir gün yolda gedirdim qarşımda bu maşın və içində mini yupkalı bir qız dayandı və məni maşınına mindirdi. Biraz getdikdən sonra qız maşını bir qırağa çəkib saxladı və o mini yupkasını birazda yuxarı çəkdi və " Məndən nə istəsən ala bilərsən" dedi. Məndə deyir maşınını aldım.
Əli tez cavab verir:
Elə düz etmisən onsuz mini yupka sənə yaraşmazdı.
Link   : 79
Div tutur ər-arvadı deyir:
- Yeyəcəm sizi!
Arvaddan soruşur :
- Adın nədir?
- Pakizə.
Div deyir:
-Anamın adıdır, çıx get. Yemirəm səni!
Kişidən soruşur:
- Sənin adın nədir?
Deyir:
-Mameddi, amma uşaqlıqda həmişə mənə Pakizə, Pakizə deyərdilər.
Link   : 305
Bir gün çox ağıllı biri Yeni illə əlaqədar xəstəxanaları gəzib ağıllanan dəliləri buraxdırmağa qərar verir. Xəstəxanaların çoxunu gəzir, lakin heç ağıllı görünən dəliyə rast gəlmir. Ən sonunda bir xəstəxanaya gedir, birdə görür ki, bütün dəlilər tullanıb düşür. Dərhal onlarla maraqlanan həkimi tapır və soruşur:
-"Bunlar niyə belə tullanıb düşür?"
-"Bunlar özlərini qarğıdalı partlaqları (popkorn) sanırlar".
Amma görürlər ki, bir dənəsi tullanıb eləmədən yatağın üzərində sakit bir şəkilde durur. Dərhal ona yaxınlaşıb soruşur:
-"Bəs sən niyə tullanmırsan?"
-"Mən tavaya yapışmışam..."
Link   : 78
Dəlixanada dəlinin biri baş həkimin yanına gedib iki dənə şüşə istəyir.
Baş həkim şüşə yerinə, dəliyə iki yumruq vurur. Dəli əsəbi bir şəkildə otağına qayıdır. Sabahkı gün dəli baş həkimin otağına gedir. Girər girməz baş həkimə iki yumruq vurur. Nə olduğundan xəbərsiz baş həkim:
"Dəliyə nə etdiyindən xəbərin var?" deyə bağırır. Dəli də:
"Bir şey eləmədim ki dünən verdiyiniz şüşələri geri gətirdim" xixi
Link   : 105
Amerikada ölən bir qadın üçün kilsədə cənazə mərasimi hazırlanır. Mərasimin sonunda tabutu daşıyarkən tabutun ön hissəsi yanlışlıqla kilsədəki sütunların birinə dəyir. Bu hadisədən sonra tabutdan bir inilti səsi eşidilir. Öldüyü sanılan qadının hələ də yaşadığı anlaşılır. Bir müddət xəstəxanada müalicə alan qadın sağalır və 10 il daha yaşayır. 10 il sonra öldüyündə isə cənazə mərasimi yenə eyni kilsədə edilir. Mərasim sonrası yenə tabutu daşıyarkən kilsədəki eyni sütunun önünə gəldiklərində ölən qadının ərinin arxadan səsi eşidilir:
"Lütfən sütuna diqqət edin". xixi
Link   : 80
Kişi və qadın barda qarşılaşır. Aralarındakı isti münasibəti qadının evində tamamlayırlar. Eşq yaşadıqdan sonra kişi yatağın yanında dayanan fotoşəkili
görür. Kişi qadına "Ey baxsana bu adam sənin ərinmi?" deyə soruşur. Qadın "I-ıh" deyə cavab verir. Amma kişiyə şəkildəkinin kim olduğu çox maraqlıdır.
"Yaxşı dostunmu?" deyə soruşur.
Qadın yenə qısaca "yox" deyə cavab verir.
Kişinin marağı daha da artır.
"O zaman atan ya da qardaşın olmalıdır".
Qadın gülümsəyərək
"Xeyr xeyr deyil" deyir.
Kişi dayana bilmir və "Söylə o zaman kim bu adam".
Qadın başını kişiyə çevirir, gözlərinin içinə baxır və gülümsəyir:
"2 il əvvəlki fotoşəkilim"
Link   : 106
Məmməd itinin boyunluğundan tutaraq yolda gedərkən xoşlamadığı bir qonşusuyla qarşılaşır. Qonşu soruşur:
- Bu eşşəklə hara gedirsən?
- Ey insan BU İT, deyə Məmməd qışqırır. İtlə eşşəyi bir-birindən ayıra bilmirsən?
Qonşu vecinə almayaraq:
- Mən itlə danışıram. Sən nə deyə sözə qarışırsan? xixi
Link   : 139
Dövrün bütün klas futbolçuları cənnətdə toplanıb. Cənnətin baş mələyi də futbola çox maraqlıdır. Şeytanı çağırır və
- Cənnətlə cəhənnəm arasında bir oyun təşkil edək nə deyirsən?
Şeytan:
- Boşuna oynamayaq, biz qazanarıq.
- Olarmı ən yaxşı futbolçular bizdə. Nə qədər də pis futbolçu varsa sizdə. Şeytan şeytancasına gülümsəyərək:
- Amma bütün hakimlər də bizdə tongue
Link   : 84
Evin xanımı gecə yarısı oyanır və ərinin yataqda olmadığını görür. Yataqdan qalxır və ərini mətbəxdə tapır. Əri dalğın-dalğın qəhvə içməkdədir və ağılı çox uzaqlardadır.
Üstəlik gözlərindən yaş gəlir.
"Nə oldu sevgilim?" deyə arvad soruşur.
"20 il əvvəlki ilk görüşümüzü xatırlayırsan?" əri soruşur.
"Əlbəttə" arvad cavab verir.
"16 yaşında idin o zaman. Arxa kresloda sevişərkən atan bizi yaxalamışdı".
Arvad ərinin o günü unutmadığı görür və sevinərək "Bəli xatırlayıram."
"Atanın silahını üzümə söykəyib -ya qızımla evlənərsən ya da 20 il
həbsdə yatarsan- deməsini də xatırlayırsanmı?"
Arvad duyğulu halda "Xatırlamazammı..."
Əri yanağındakı gözyaşlarını silərək:
"Bilirsən, bu gün həbsdən çıxmış olacaqdım..." sad
Link   : 196
Yaşlı bir qadın pişik yeməyi almaq üçün marketə gedir. Üç qutu alıb kassaya aparır.
Kassadakı qız:
"Təəssüf edirəm xanım, amma bunları ala bilməniz üçün pişiyiniz olduğunu sübut etməniz lazımdır. Bir çox yaşlı insan bunları özləri yemək üçün alırlar, pişiyiniz olduğuna inanmadan sizə bunları satma səlahiyyətimiz yox." deyir.
Yaşlı qadın evə gedib pişiyini götürür və marketə qayıdır. Satıcı qadına pişik yeməyini satır. Sabahkı gün yenə yaşlı qadın üç qutu it yeməyi almağa gedir. Kassadakı yenə qadından iti olduğuna dair bir dəlil istəyir. Çünki yaşlı insanlar bəzən də it yeməyi yeməkdədirlər. Qadın yenə evinə qayıdıb itini götürüb marketə gəlir və yeməyi götürür. Sabahkı gün yenə yaşlı qadın marketə gəlir bu səfər əlində bir qutu
var. Kassadakı adama yaxınlaşır və əlini içinə soxmasını söyləyir. Kassadakı qorxaraq;
"Xeyr, içində məni dişləyəcək bir ilan ola bilər."
Yaşlı qadın;
"İnanın, qutunun içində sizə zərər verə biləcək heç bir şey yox. Lütfən əlinizi qutunun içinə soxun.".
Kassadakı əlini qutuya soxar və sonra əlini iyləyərək;
"Bu şey sanki p*x kimi qoxur." deyir
Yaşlı qadın davam edir; " Bəli elədir, indi lütfən üç rulo tualet kağızı ala bilərəmmi?" xixi xixi
Link   : 159
Coca Colanın satışa çıxarma nümayəndələrindən biri, Ərəbistandakı işindən pərişan halda geri qayıdır və niyə işinin alınmadığını dostuna danışır:
- Məni Ərəbistana ilk göndərdiklərində iki problem var idi. Ərəbcə bilmirdim. Xalqda da oxuma-yazma elə də yaxşı deyildi. Buna görə, onlara başa salmaq istədiklərimi yan-yana üç şəkil halında hazırladım. Birinci şəkildə bir ərəb çöldə qumların üzərində sürünür, susuzluqdan ölmək üzərə. İkinci şəkildə, ərəb, qumların arasında tapdığı Coca Colanı içir. Üçüncüdə adam ayaq üstə, daha canlı və şən görünür.
- Məncə çox gözəl anlatmısan. Anlamadılarmı?
- Anladılar anladılar amma... Problem də budur. Ərəblər sağdan sola oxuyurlarmış...
Link   : 158
[<<] [ 1 |... | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 ]