IPB

Salam, qonaq ( Giriş | Qeydiyat )

> Elmi xəbərlər, Elmə aid bütün yeniliklər burada
SEVGI_SIMVOLU
ismarıc 27.10.2008, 12:39
İsmarıc #1


Düşüncə ustası
*****

Qrup: Forumçu
İsmarıc: 1024
Qeydiyyat: 22.05.2008
Şəhər: MƏZARLIQ
İstifadəçi №: 94
Təşəkkür ediblər: 957 dəfə




Maddənin yeni bir halı kəşf edildi
Kanadalı elm adamları, elektronik cihaz istehsalında əhəmiyyətli təsiri ola biləcəyi ifadə olunan maddənin yeni bir halını kəşf etdi.McGill Universitetindən araşdırmaçılar, maddənin yeni halının, müasir transistorlarin istehsalında istifadə edilənlərə çox bənzəyən bir material olan yarı üç ölçülü bir elektron kristalı olduğunu ifadə etdi.

İndiyə qədər edilən ən saf yarım keçirici üzərində çalışarkən bu kəşfi edən elm adamları, kristalı, kosmos mühitindən 100 dəfə daha soyuq ultra aşağı istilikdə soyudulan bir cihazın içində kəşf etdi. Material daha sonra dünyada indiyə qədər yaradılan ən güclü davamlı maqnetik sahəyə qoyuldu.

Kanadalı fizikaçılar, çaşdırıcı inkişafın, yarım keçirici materialın içindəki iki ölçülü elektron sisteminin, əvvəldən təxmin edilməyən bir şəkildə yarı üç ölçülü sistemə çevrilməsi olduğuna işarə etdi.

McGill Universitetinin Ultra Aşağı İstilikdə Sıxlaşdırılmış Maddə Təcrübə Laboratoriyası Direktoru Guillaume Gervais, kəşflə əlaqədar olaraq, "Əslində tam 3 ölçülü olmadı, arasında bir vəziyyət meydana gəldi ki bu da tamamilə yeni fenomen. Bu nəzəriyəçilərin sevdiyi bir vəziyyət. İndi başlarını qaşıyır və modellərinə incə nizam verməyə çalışırlar" deyə bildirdi.

Araşdırmaçılar, tapıntılarını Nature Physics jurnalında nümayiş etdirdi.

Amerikalı elm adamları da, 2004də maddənin indiyə qədər bilinməyən yeni bir halını meydana gətirərək, xüsusilə super keçiricilər sahəsində böyük bir inkişafın yolunu açmışdı.

ABŞın Milli Standartlar və Texnologiya Təşkilatı ilə Colorado Universitetinin ortaq işiylə edilən və "fermionik sıxlaşdırma" adı verilən üsulun, elektrik nəqlindəki itkinləri azaldacağı ifadə olunmuşdu.


İsmarıcı redaktə etdi BE_WITH_YOU - 23.12.2010, 10:03


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
 
Yeni mövzu aç
Cavablar (1 - 17)
sahile
ismarıc 23.12.2010, 11:42
İsmarıc #2


Əməkdar forumçu
***

Qrup: Istifadəçi
İsmarıc: 150
Qeydiyyat: 06.11.2010
İstifadəçi №: 10098
Təşəkkür ediblər: 215 dəfə




Ayova Universitetinin alimlərinin 44 yaşlı amerikalı qadın üzərində apardıqları təcrübə zamanı bu qadının qorxu nə olduğunu bilmədiyini üzə çıxarıblar. Alimlər 3 uşaq anasına yaxın məsafədən ilanlar, hörümçəklər, dəhşət filmləri göstəriblər, onu hətta ruhlar olan evə salıblar, amma bu qadını qorxutmaq mümkün olmayıb. Professor Castin Feynşteyn isə bu qadının hələ də sağ olmasına təəccüb etdiyini bildirib. Tədqiqatçılar müəyyən ediblər ki, qadının qorxu hiss etməməsinə səbəb onun beynində badamvari hissənin olmamasıdır. Elm beyinin bu hissəsini emosiyalarla bağlı olduğunu qeyd edir. Məsələn, heyvanlarda bu hissə çıxarıldıqda onlar qorxusuz olurlar. Amma indiyədək alimlər insanda belə hala rast gəlməmişdilər. Dni.ru yazır ki, tədqiqatçılar bu kəşfin gələcəkdə travmadan sonra qazanılan pozuntuların müalicəsində səmərəli ola biləcəyini vurğulayıblar.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Milaska89
ismarıc 14.01.2011, 17:31
İsmarıc #3


Hеприкосновенная
******

Qrup: Moderator
İsmarıc: 3490
Qeydiyyat: 23.03.2010
Şəhər: Bir başqa dünya
İstifadəçi №: 7395
Təşəkkür ediblər: 5491 dəfə




XARICDƏ TƏHSİL ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!!
Xaricə üz tutub magistr dərəcəsinə yüksəlmək arzusunda olanların işini bir az asanlaşdirmaq istədim... bu programlardan faydalana bilərsiniz

Son zamanlar cəmiyyətimizdə baş verən köklü dəyişikliklərə baxmayaraq, həyatımızın mahiyyətini təşkil edən əsas meyarlar, əsas dəyərlər dəyişilməz qalıb.
Yaxşı təhsil və savad - əvvəlki kimi yaxşıdır, onun olmaması isə əvvəlkitək pisdir.
Təhsil üçün pul sərf etdikdə, insanlar bununla gələcək rifaha sərmayə qoyur. Xaricdə təhsil alarkən - istər qısamüddətli dil kurslarında, istərsə də uzunmüddətli akademik proqramlar üzrə - siz öz dünyagörüşünüzü genişləndirir, gerçəkliyi daha yaxşı dərk edir, dünya biliklərinə inteqrasiya edirsiniz.
Xaricdə təhsil almaq imkanını verən beynəlxalq təhsil proqramlarının sayəsində siz bütün bunlara nail ola bilərsiniz. Adətən həmin proqramlar yuxarı sinif şagirdləri, tələbə və mütəxəssislər üçün nəzərdə tutulur. Hər hansı bir beynəlxalq proqram üzrə təhsil almaq üçün, ilk növbədə müsabiqədən keçmək lazımdır. Adətən müsabiqə bir neçə mərhələdən ibarətdir - anket qəbulu, müsahibə və imtahan. Əgər müsabiqədə uğur qazansanız, müəyyən xərcləriniz, təhsil proqramının imkanlarından asılı olaraq, ödənilə bilər.
Aşağıda, Azərbaycan vətəndaşlarının xaricdə təhsil ala biləcək təhsil proqramlarının qısa təsviri diqqətinizə təqdim edilir.

Beynəlxalq magistr proqramları

CENTRAL EUROPEAN UNIVERSITY (CEU)
humanitar və sosial elmlər sahəsində beynəlxalq miqyaslı nüfuza malik olan elmi təhsil müəssisədir (bakalavr dərəcəsi olanlar üçün). Bu proqram 1 illikdir (iqtisadiyyatda- 2 illik) Magistr dərəcəsini təklif edir.
Budapeşt, Macarıstan. Proqram, Bakı Təhsil Məlumat Mərkəzi - BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org

ESSEX HUMAN RIGHTS PROGRAM
Essex Universiteti Böyük Britaniyanın yüksək nailiyyətli akademik təhsil müəssisələrindən biridir. Təhsil müddəti bir ildir.
Proqram, BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
OSI CHEVENING CAMBRIDGE SCHOLARSHIPS IN THE SOSIAL SCIENCES AND HUMANITES FOR AZERBAIJAN

Açıq Cəmiyyət İnstitutu və Birləşmiş Krallığın Xarici Ölkələr və Birlik Ofisi ilə birgə Cambridge Overseas Trust, önəmli uğurlar qazanmış azərbaycanlı tələbələrə Cambridge Universitetində ölkəmizdə ehtiyacı duyulan fənlər üzrə bir illik magistr kurslarına qatılmaq imkanı verir və bu məqsədlə müvafiq təqaüdlər ayırır.

Proqram, BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org

DAAD/OSI SCHOLARSHIP
DAAD və Açıq Cəmiyyət İnstitutu azərbaycanlı tələbələrin təhsili haqqında əməkdaşlıq razılaşması bağlamışdır. Artıq magistr səviyyəsinə çatmış tədqiqatçılar iki illik təhsil kurslarında iştirak etmək imkanını əldə edəcəklər.
Proqram, DAAD və BTMM tərəfindən idarə olunur.
Əlaqə:
Tel./faks: (+99412)39 12 65
e-poçt: daad@daad.baku.az

BRITISH CHEVENING SCHOLFRSHIPS
(The Scholarship of the Foreign & Commonwealth Office, UK)
Proqramın məqsədi - Azərbaycana uyğun postgraduate kursu üzrə əlaçı azərbaycanlı tələbələrə öz ixtisaslarını Britaniyada təkmilləşdirmək imkanını verməkdir. Proqram, Azərbaycanın gələcək lider və qərarverici potensialını təşkil edən gənclər üçün nəzərdə tutulub.
Təqaüdə təhsil üzrə bütün xərclər daxil olunur.
Proqram, Britaniya Konsulluğu tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: enguires@britishcouncil.az
vebsayt: britishcouncil.orq/azerbaıcan

ASIAN DEVELOPMENT BANK (ADB) GOVERNMENT OF JAPAN SCHOLARSHIP PROGRAM
Proqram, Yaponiya hökümətinin yardımı ilə həyata keçirilir və ADB-nin üzvü olan inkişaf edən ölkələrin istedadlı gənclərinə (bakalavr dərəcəsini əldə edənlərə) elmi təhsili artırmaq imkanını təqdim edir. Bir ildən üç ilə qədər davam edən həmin proqram, regionun 16 məşhur təhsil müəssisəsində gerçəkləşdirilir.
Əlaqə:
e-poçt: adbcsp@mail.asiandevbank.org
vebsayt: www.adb.org

JOINT INTERNATIONAL MBA PROGRAM
Biznes üzrə IMC Graduate Məktəbi, 1998- ci ildən başlayaraq Qərbin məşhur Biznes Administrasiyasının Magistr (MBA) dərəcəsinə keçid funksiyalarını yerinə yetirir. Ohiodakı Case Western Reserve University of Cleveland- in Weatherhead Menecment Məktəbi (WSOM) ilə olan razılaşma sayəsində iştirakçılara Budapeştdə dörd semestr üçün nəzərdə tutulan əyani MBA dərəcəsi proqramı təklif olunur.

THE SHELL CENTENARY SCHOLARSHIP FUND
Böyük Britaniyanın bir sıra tanınmış universiteti ilə birgə yüzillik tarixi olan Shell Təhsil fondu, tətbiqi elmlər və ətraf mühitlə bağlı elmlər, texnologiya, biznes, hüquq və iqtisadiyyat sahələri üçün nəzərdə tutulub və həmin elmlər üzrə magistraturada bir il ərzində təhsil almaq imkanı yaradır.
6 universitetin hər birində xüsusi kurslar aparılır və namizədlərə qəbul şərtləri çatdırılır.
Əlaqə:
www.shell.com/scholarships-də əldə etmək olar.

HUBERT H. HUMPHREY FELLOWSHIP PROGRAM
Bir illik tam təqaüd proqramıdır. Proqramda iştirak etmək üçün aşağıdakı tələblər irəli sürülür: universitet dərəcəsi, beş illik peşə təcrübəsi, liderlik keyfiyyətləri və ictimai fəaliyyət stajı, ingilis dilinin mükəmməl bilməsi. Birləşmiş Ştatların Dövlət Departamenti Hubert H. Humphrey Fellowship proqramına görə tam məsuliyyət daşıyır. Proqram ABŞ səfirliyi tərəfindən idarə olunur.
Əlaqə:
ABŞ Səfirliyi, Azadlıq pr., 83
370007 Azərbaycan, Bakı
tel: (99412) 98-03-35, 98-03-36
faks: (99412) 98-37-55
Əlaqə:
e-poçt: zamari@imc.hu
vebsayt: www.imc.hu

Mütəxəssislər üçün nəzərdə tutulan beynəlxalq proqramlar

CENTRAL EUROPEAN UNIVERSITY (CEU)
humanitar və sosial elmlər sahəsində beynəlxalq miqyaslı nüfuza malik olan aspirantura təhsili müəssisədir. Proqram, 1-2 semestr müddətinə nəzərdə tutulmuş doktorluğa yardım proqramını və 3 illik Ph.D. (iqtisadiyyat, tarix, orta əsrlərə dair araşdırmalar, siyasi elmlər, sosiologiya) proqramlarını təklif edir.
Proqram BTMM tərəfindən idarə olur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org

SWEDISH INSTITUTE SCHOLARSHIPS
Tədris proqramının əsas məqsədi - İsveçdə magistr dərəcəsi üzrə proqramı bitirmək istəyən fərqlənən tələbələrə və tədqiqatçılara dəstək verməkdir. İsveç universitetinin dəvətini alanlar və universitetə qəbul olanlar birincilik hüququna malik olacaqlar.
Əlaqə:
e-poçt: grantinfo@si.se
vebsayt: www.si.se

THE QUOTA PROGRAME
Xüsusi hazırlanmış bu proqram ingilis dilində keçirilir. Proqram, magistr dərəcəsini almağa və ya iştirakçının seçdiyi mövzu üzrə 1-illik kurs keçməyə imkan verir.
Əlaqə:
e-poçt: international@admin.uio.no
vebsayt: www.uio.no/english/academics
vebsayt: www.daad.de

EDMUND S. MUSKIE/ FREEDOM SUPPORT ACT GRADUATE PROGRAM
Proqram iştirakçıları ABŞ-nın akademik təşkilatlarında bir il, il-yarım və ya iki il müddətində təhsil ala biləcəklər. Proqramların əksəriyyəti ixtisaslaşdırma sahəsinə yönəldilib. Proqramın növündən və iştirakçıların tələbatından asılı olaraq ABŞ təhsil müəssisənin magistr dərəcəsini və ya sertifikatını əldə etmək imkanını verir.
Əlaqə:
e-poçt: accels@azeurotel.com
vebsayt: www.americancouncils.net

FACULTY DEVELOPMENT FELLOWSHIP
Proqram, qabaqcıl təfəkkürlü gənc müəllimlərin akademik fəaliyyətlərinin inkişafını, tədris prosesinə yeni yanaşmanı, pedaqoji islahatları, regional və beynəlxalq institutlararası əməkdaşlığın inkişafını dəstəkləyir. Proqramın müddəti 2 ildir. İştirakçılar bir semestr - Birləşmiş Ştatların universitetlərində və bir semestr - öz ölkələrində dərs deyərək ixtisaslarını artıracaqlar. İki ili uğurla başa vuranlar iştirakçılara fəaliyyətlərini 3-cü ildə davam etdirmək imkanı verilə bilər.
Proqram BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org

SOSIAL WORK FELLOWSHIP
Birləşmiş Ştatlarda aparılan ictimai məsələlər üzrə (səhiyyə, sağlamlıq və ruhi çatışmamazlıqlar, gerontologiya, ailədaxili zorakılıq, ictimai idarəetmə və s.) magistr təhsilini verən proqram şəbəkəsidir. Proqramın müddəti iki ildir. Proqram, iki akademik il arasında internatura komponentini də daxil edir. BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org


SUMMER UNIVERSITY (SUN)
Universitet professorları, inzibatçıları, müəllimləri üçün nəzərdə tutulan və Budapeştdə keçirilən akademik proqramdır. Onun məqsədi - gənc alimləri mühazirələrə və seminarlara toplayaraq regionda sosial və humanitar elmlər sahəsindəki əməkdaşlığı və təhsilin inkişafını dəstəkləməkdir. Proqram iki, üç və ya dörd həftəlik kursları daxil edir. BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org

CURRICULUM RESOURCE CENTER (CRC)
CEU-nun Budapeştdə keçirilən bir həftəlik proqramıdır. Təhsil və tədris prosesinin inkişafını, bölgədəki ali təhsil məktəblərində akademik mənbələrin yayılmasını dəstəkləyən CRC proqramı, elmi mübadilələrin keçirilməsinə, mühazirə kurslarının inkişafına və tədris islahatlarının aktiv şəkildə aparılmasına imkan yaradır. Proqramda universitet müəllimləri iştirak edə bilərlər. BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org

DAAD/OSI SCHOLARSHIP
DAAD və Açıq Cəmiyyət İnstitutu, Azərbaycan tədqiqatçı və müəllimlərinin Ph. D. təhsili almaları haqqında əməkdaşlıq razılaşması bağlamışdı. İştirakçılar, fəlsəfə, siyasi elmlər, sosiologiya, hüquq və seçdiyi digər elmlərdə təkmilləşə bilərlər. Ph. D. Proqramının iştirakçıları Almaniya universitetlərində ən azı 3 il işləmək imkanı əldə edəcəklər: hər ilin birinci semestrini Almaniya universitetlərində, növbəti semestri isə öz ölkələrində dərs deyəcəklər. Proqram, DAAD və BTMM tərəfindən idarə olunur.
Əlaqə:
Tel./faks: (+99412)39-12-65
e-poçt: daad@daad.baku.az
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
SEViLiSLAM
ismarıc 03.02.2011, 20:39
İsmarıc #4


Əməkdar forumçu
***

Qrup: Istifadəçi
İsmarıc: 58
Qeydiyyat: 28.11.2010
İstifadəçi №: 10338
Təşəkkür ediblər: 41 dəfə




http://www.youtube.com/watch?v=zFlksI77TdU...feature=related


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Believer
ismarıc 05.04.2011, 23:16
İsmarıc #5


Səyyah
*****

Qrup: Forumçu
İsmarıc: 2131
Qeydiyyat: 16.05.2008
Şəhər: Мой Рай
İstifadəçi №: 51
Təşəkkür ediblər: 2680 dəfə




Azərbaycan alimləri nüvə fizikası sahəsində yeni kəşf ediblər
Aktinid nüvələrində elektrik və maqnit dipol həyəcanlanma səviyyələrinin daha byöük olduğu təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşı Əkbər Quliyevlə Türkiyənin Sakarya Universitetinin Fizika fakültəsinin professoru, həmyerlimiz Əli Quluyev və onun əməkdaşları birgə aktinid (232Th) nüvələrində elektrik və maqnit dipol həyəcanlanma səviyyələrinin bilinənin əksinə, 2.5 MeV enerjilərdən daha böyük enerjilərdə də yayıldığını sübut ediblər.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, elmi araşdırmalar nəticəsində bu enerji intervalındakı səviyyələrin ancaq maqnit dipol olmadığı və bu intervalda elektrik dipol səviyyələrin də olduğu nəzəri olaraq irəli sürülüb və işin nəticəsi nüfuzlu beynəlxalq elmi jurnalda nəşr edilib.

Bu ilin mart ayında ABŞ alimləri tərəfindən 232Th nüvəsi üçün qoyulmuş yeni təcrübənin nəticələrinin elan edilməsi ilə 232Th nüvəsində 2.5 MeV dən yuxarı enerjilərdə maqnit dipol həyəcanlanma səviyyələrinin mövcudluğu və eyni zamanda spektrdə elektrik dipol həyəcanlanma səviyyələrinin də müşahidə edilməsi sübuta yetirilib. 2 il əvvəl nəzəri olaraq təsdiq edilmiş bu iş nüvə həyəcanlanma səviyyələrinin öyrənilməsində tətbiq olunub. İrəli sürülmüş fırlanma və köçürmə invariant QRPA modelin nüvə həyəcanlanmalarının tədqiq edilməsində nə qədər müvəffəqiyyətli bir model olduğunu göstərib.

Bu nəzəriyyə çərçivəsində alınan nəticələr Almaniyanın Darmstadt Universitetində və ABŞ universitetlərində dərs kimi tədris edildikdən sonra sınaqdan keçirilib.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Believer
ismarıc 27.09.2011, 17:50
İsmarıc #6


Səyyah
*****

Qrup: Forumçu
İsmarıc: 2131
Qeydiyyat: 16.05.2008
Şəhər: Мой Рай
İstifadəçi №: 51
Təşəkkür ediblər: 2680 dəfə




NASA xəbərdarlıq edib.
“vrn.vestipk.ru” saytına istinadən verdiyi məlumata görə, NASA alimləri bildiriblər ki, son vaxtlar Günəşdə aktivlik artıb və onun pik dövrü 2013-cü ilə təsadüf edəcək. Məhz 2013-cü ildə Günəş Yer kürəsində həyatı məhv edə bilər və perspektivdə qlobal fəlakət tam realdır. NASA alimləri vurğulayıblar ki, Günəş səthində güclü partlayışlarla müşayiət olunan aktivlik nəticəsində Yer kürəsinə güclü elektromaqnit dalğaları daxil olacaq. Bu da öz növbəsində bəşəriyyət üçün fəlakətli nəticələr doğuracaq.

Ən ciddi təhlükə isə Yer kürəsində hazırda fəaliyyət göstərən atom elektrik stansiyalarıdır. Bu atom elektrik stansiyalarında soyutma sistemi elektrik şəbəkəsindən enerji alır. Günəşdəki partlayışlardan qaynaqlanan güclü elektromaqnit dalğaları sayəsində hətta qısa dövrdə belə atom elektrik stansiyalarının soyutma sistemlərinin elektrik enerjisi ilə təchizatı dayanarsa, bu, dünyanın bir çox yerində atom elektrik stansiyalarında çoxlu sayda qəzaya yol aça bilər.


Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Mehdi
ismarıc 08.11.2011, 15:53
İsmarıc #7
No Avatar

Forumçu
**

Qrup: İstifadəçi
İsmarıc: 14
Qeydiyyat: 08.11.2011
İstifadəçi №: 13701
Təşəkkür ediblər: 8 dəfə




Amerikalı alimlər labaratoriyada yaşlanmağa səbəb olan hüceyrələrin fəaliyyətini qismən də olsa durdurublar. Təbii ki sınaq kimi ilk labaratoriya siçanları üstündə bunu ediblər və alınıb.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Believer
ismarıc 08.11.2011, 23:54
İsmarıc #8


Səyyah
*****

Qrup: Forumçu
İsmarıc: 2131
Qeydiyyat: 16.05.2008
Şəhər: Мой Рай
İstifadəçi №: 51
Təşəkkür ediblər: 2680 dəfə




Sitat(Mehdi @ 08.11.2011, 15:53) *
Amerikalı alimlər labaratoriyada yaşlanmağa səbəb olan hüceyrələrin fəaliyyətini qismən də olsa durdurublar. Təbii ki sınaq kimi ilk labaratoriya siçanları üstündə bunu ediblər və alınıb.

həmişəki kimi yenə də bu yazıq siçanları hədəf seçiblər. Ancaq bu elmi kəşf heç olmasa ondan yaxşıdır , onsuzda heç nə alınmayacaq.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Astoria
ismarıc 09.11.2011, 1:04
İsmarıc #9


İnvisible
*****

Qrup: Forumçu
İsmarıc: 1082
Qeydiyyat: 04.05.2009
İstifadəçi №: 3971
Təşəkkür ediblər: 655 dəfə




Alimlerin de el atmadiqlari kol qalmayib.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 23.12.2011, 22:30
İsmarıc #10


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə




Qərbi qərb edən İslam alimləri

Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür.
Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığı iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar.
Dekart, Qaliley, Kopenik, Nyuton, Lavoisier, Kepler, Wright qardaşları, Toriçelli, Kristof Kolomb, Vasco da Qamma...
Bunları tanımayan varmı?
İbtidai məktəbdən başlayaraq, tanımağa başladığımız bu xarici alimləri, tarix kitablarına baxsanız, bir çox əhəmiyyətli kəşflərin və fikirlərin "ilk" sahibi kimi görərsiz. Əsrlər əvvəl Səmərqənd, Bağdad və İstanbuldan latıncaya və ya fransızcaya çevrilən bir çox kitablardakı fikirləri söyləyən və kəşfləri edənlər isə gizlədilib. Onların elmi nailiyyətləri Avropalı alimlərin adına yazılıb.
Məsələn, Nyutonu hamı "Cazibə qanunu"nu tapan ilk şəxs kimi tanıyır. Halbuki, cazibəni ilk dəfə kəşf edən, alim, bəlkə də çoxlarının indiyə kimi bir dəfə də olsun adını eşitmədiyi bir müsəlman - Fəxrəddin Razidir.
son bir neçə əsrdə Qərb dünyasının elm sahəsində heç bir irəliləyişi olmayıb, onların kəşf deyə bizə təbliğ etdikləri isə, əslində müsəlmanlara məxsusdur.

İndi isə gəlin, Qərb mənbələrinə istinadən, heç bir şərh vermədən bir çox kəşfi "ilk" edən İslam alimlərini tanıyaq:
- İlk kağız fabrikini yaradan alim - İbni Fazil
- Qızılca və çiçək xəstəliyini kəşf edən alim - Fəxrəddin Razi
- Mikrobu ilk aşkarlayan alim - Akşəmsəddin
- Cüzzamı kəşf edən alim - İbni Cəssar
- Vəbanın yoluxucu olduğunu tapan alim - İbni Natiq
- Vərəm mikrobunu kəşf edən alim - Kambur Vəsim
- Gözdəki tor qişanı kəşf edən alim - İbni Rüşd
- İlk göz əməliyyatını həyata keçirən alim - Əmmar
- İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas
- Kiçik qan dövranını kəşf edən alim - İbni Nəfis
- İlk xəstəxana yaradıcısı - Əli ibn Ridvan
- Sıfırı ilk istifadə edən alim - Xarəzm
- Triqonometriyanı ilk kəşf edən alim - Bəttani
- Tangens, kotangens və kosekantı ilk istifadə edən alim - Əbül Vəfa
- Triqonometriya kitabını yazan alim - Nəsirəddin Tusi
- İlk triqonometrik çevrilmə düsturunu kəşf edən alim - İbni Yunis
- Binom düsturunu ilk kəşf edən alim - Ömər Xəyyam
- İlk difransiallama kitabını yazan alim - Sabit ibn Qurra
- Onluq kəsri ilk kəşf edən alim - Qiyasəddin Cəmşid
- İlk teleskopu kəşf edən alim - Zərkali
- Dünyanın fırlandığını kəşf edən ilk alim - Əbu Rüyhan Biruni
- Dünyanın çevrəsini ilk ölçən alim - Musa Qardaşlar
- Günəşin üzündəki ləkələri ilk kəşf edən alim - Fərqani
- Ulduzların mövqeyini ölçən və ilk xətkeş hazırlayan alim - Cabir ibn Əflah
- İlk avtomatik idarə sistemləri hazırlayan alim - Əhməd ibn Musa
- Kibernetikanı ilk quran alim - İsmayıl Əl-Cəzəri
- İlk optik cihazın təməllərini qoyan alim - İbni Heysəm
- Səsin fiziki şərhini ilk verən alim - Fərabi
- İlk torna dəzgahını kəşf edən alim - İbni Qərra
- Qanadlarla uçan ilk alim - Hazərfən Əhməd Çələbi
- İlk təyyarəni hazırlayan alim - Əbu Firnas
- Yerin cazibə qüvvəsini kəşf edən alim - Razi
- Rəqqaslı saatı ilk kəşf edən alim - İbni Yunis
- Maddələrin spesifik ağırlığını ilk hesablayan alim - Həzini
- Atomun parçalana biləcəyənin ilk kəşf edən alim - Cabir ibn Xəyyam
- Göy qurşağını ilk açıqlayan alim - Qütbəddin Şirazi
- İlk kimya laboratoriyasını yaradan alim - Cabir
- Saf spirti ilk əldə edən alim - Razi
- Fosforu ilk kəşf edən alim - Bəşir
- Topu ilk kəşf edən alim - Fateh Sultan Mehmet
- İlk qitə səyahətnaməsini yazan alim - İbni Bətutə
- İlk dünya xəritəsini çəkən alim - Mürsiyəli İbrahim
- İlk əcza kitabını yazan alim - İbni Baytar


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 24.12.2011, 0:16
İsmarıc #11


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə





Beyni inkişaf etdirən 10 roman

Elm adamları insanın beynini inkişaf etdirən romanların siyahısını hazırlayıblar.

Ədəbiyyatın pozitiv tərəflərini nəzərə alan alimlər keyfiyyətli romanların insanların beynini inkişaf etdirdiyini, sosial əlaqələri gücləndirərək münasibət qurmağı asanlaşdırdığını bildiriblər.

Toronto Universitetində aparılan araşdırmalarda belə nəticəyə gəliblər ki, roman oxuduğumuz zaman biz qəhrəmanları beynimizdə canlandırırıq, beləliklə də xəyal dünyamız zənginləşir, həm də sosial münasibətlərimiz güclənir.

Tədqiqatçılar insanın beyninə təsir edən 10 romanı da müəyyənləşdiriblər. Kulis.az həmin siyahını təqdim edir:

1. Höte – “Gənc Verterin iztirabları” (1787)
2. Ceyn Ostin – “Qürur və qərəz” (1813)
3. Nataniel Qotorn- “Qırmızı ləkə” (1850)
4. Qüstav Flober – “Madam Bovari” (1856)
5. Corc Eliot – “Midlmarş” (1870)
6. Lev Tolstoy- “Anna Karenina” (1877)
7. Vircinya Vulf- “Xanım Dallovey” (1925)
8. Toni Morrison – “Sevimli”(1987)
9. Con Maksvell Kutzee – “Şərəfsizlik” (1999)
10. Möhsin Həmid – “Həvəssiz fundamentalist” (2007) (Pakistan)


İsmarıcı redaktə etdi quicker - 24.12.2011, 2:54


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 06.02.2012, 7:49
İsmarıc #12


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə




İran alimləri astma və xərçəng xəstəlikləri də daxil olmaqla bir sıra xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan 6 dərman preparatının tərkib hissələrinin istehsalına başlayıb.
İran daxilində istehsal olunan preparatların əhəmiyyətindən biri də onların texnologiyası və pasiyentlər üçün ucuz başa gəlməsidir.
Misal üçün, daxildə istehsal olunan preparatların birinin qiyməti xaricdən gətirilən preparatın qiymətinin 30 faizi dəyərindədir.Bu dərman preparatlarının təqdimat mərasimində İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. bu cür dərman preparatları az sayda ölkələr tərəfindən istehsal olunur.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 15.02.2012, 13:10
İsmarıc #13


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə




Bəşəriyyətə qarşı cinayət - ABŞ-ın tibbi ekspermentləri

1940-cı illərdə Qvatemalada amerikalı alimlər tərəfindən keçirilən qeyri-etik eksperiment praktiki olaraq heç bir bəraət qazanmadı. Bioetika üzrə prezident komissiyası da belə bir nəticəyə gəldi ki, iş heç bir elmi məna kəsb etməyib.1946-1948-ci illərdə ABŞ səhiyyə xidmətindən Con Katler bilərəkdən yüzlərlə qvatemalalı əsgər, məhbus və ruhi xəstələri dəri-zöhrəvi xəstəliklərə yoluxdurmuşdu. Bu fakt Uelsi kollecindən olan tarixçi-alim Syuzen Reverbi sayəsində ilk dəfə keçən ilin oktyabrında ictimaiyyətə bildirildi. Eksperiment sifilisdən əziyyət çəkən afroamerikalıları müalicə etmədən kənardan müşahidə edilən dövrlərdə Taskeqidəki (Alabama ştatı) bir neçə il davam edən tədqiqatlar üçün uyğun gəlirdi.Bir tərəfdən komissiya heyəti belə qərara gəldi ki, şərait tədqiqatçıları o cür qəddar addımlar atmağa vadar edirdi. İş orasındadır ki, dəri-zöhrəvi İDM-dən evə qayıdan veteranlar arasında kütləvi yayılmışdı. Buna görə də doktor Katler pensilinin kömək edib-etməyəciyini qısa zaman ərzində öyrənmək üçün bu addımları atıbmış. O və onun əməkdaşları vətəndaşların icazələri olmadan 5 mindən çox qvatemalalıdan qan analizi, onurğabeyin analizi və bir neçə başqa maye analizləri alıblar. Bundan sonra iynə və fahişələrlə əlaqənin nəticəsi olaraq 1300-dən çox adam sifilisə, süzənəyə və yüngül şankra yoluxmuşdu. Digər tərəfdən isə ekspertlər qərara gəldilər ki, qvatemala layihəsi hətta o dövrdə olsa belə, etik normaları pozmuşdu. Onu həmin tədqiqatçıların daha bir neçə il öncə İndiana ştatındakı həbsxanada keçirdikləri eksperimentlə müqayisə etdilər. Orda da məhbusları süzənəyə yoluxdurmuşdular, lakin məhbuslardan öncədən məlumatlandırılmış şəkildə icazə alınmışdı. Həmçinin 1947-ci ildə “Amerika Tibb Assosiyasiyası Jurnalı” pasientlərin razılığını tələb edən Nyunberq kodeksini dərc etmişdi (bu nasistlərin eksperimentlərinə elmi birliyin reaksiyası idi). Komissiya bir sıra şokedici hadisələri aşkara çıxardı. Məsələn: Katler süzənək irinini psixiatriyada sifilisdən ölən qadının gözünə, sidik kanalına və düz bağırsağına yerləşdirmişdi. Sonra o yenə də eynilə həmin sifilisə yoluxdurmuşdu. Bir neçə gündən sonra xəstənin gözləri irinlə dolmuşdu, idrar yolunda isə qanaxma başlamışdı. Xəstə 6 aydan sonra vəfat edi.Metodologiya isə eksperimentin məntiqsiz müddəti və pis protokollaşma ilə bağlı suallar meydana çıxardı. Demək olar ki, heçnə dərc olunmayıb. “Bu sadəcə pis elmdir.” – Uolter Rid adına Hərbi Universitetdən Nelson Maykl vurğulayır.Bu gün belə şeylər demək olar ki, mümkün deyil, amma tibb etikasında hər şey elə də hamar deyil. Komissiya hələ də ABŞ və xarici ölkələrdə davam edən eksperimentlərin tədqiqat obyektlərinin müdafiəsi üçün etik standartlara uyğun olmasını araşdırır. İnsanlar cəlb olunan bütün eksperimentlər (yalnız yeni preparatların yoxlanışı deyil) hesabatın dəqiqliyi və zədə baş verərsə, kompensasiya ödənişini yaxşılaşdırmaq üçün dövlət bazalarında qeydiyyatdan keçməlidirlər.

Ağdamda yeni arxeoloji materiallar tapılıb

Qarabağ ekspedisiyasının rəhbəri professor Hidayət Cəfərov bildirmişdir ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda e.ə. XII-XI əsrlərə aid daha bir neçə torpaq qəbir aşkar edilmişdir.
Heç bir yerüstü əlamətə malik olmayan qəbirlər qadına, kişiyə və yeniyetməyə məxsusdur.
Ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə, ayaqları dizdən qatlanmış halda, başları əsasən qərbə olmaqla dəfn olunmuşlar.
Aşkar olunmuş qadın qəbri daha maraqlıdır. Onun sümüklərinin ümumi ölçüsü 190 santimetrdən çoxdur. Yanında müxtəlif tipli keramika nümunələri, boynunda 600-ə yaxın müxtəlif ölçülü, üçbucaq, uzunsov, piramida, silindir və s. formada muncuqlar, qulaqlarında tuncdan sırğalar, sırğanın içərisində əqiq muncuq, biləyində lentvarı, üstü bəzəkli bilərzik, barmaqlarında isə tuncdan üzüklər vardır.E.ə. XII-XI əsrlərə aid qəbirdə dəmir alətin çıxması mühüm tapıntıdır.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 04.03.2012, 14:49
İsmarıc #14


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə




Elmin cavab tapmadığı 10 "sirr"

Kainat necə yaranıb?
Yazıçı En Darayanın (Ann Druyan) dediyi kimi; “Bütün digər sirrlər, bu sirrdən yaranır”. Vaşinqton Universitetinin astrofiziki Erik Agolun (Eric Agol) bu sualı belə izah etməyə çalışır: “Əksər alimlərin gözü ilə baxsaq, kainatdakı hər şey, 14 milyard il əvvəl baş verən Böyük Partlayışdan yaranıb. Bu təklifin sonunda bu partlayışın nöqtədən baş verdiyini güman etdilər. Sonra isə ani olaraq, dəhşətli dərəcədə miqyas böyüyür. Bu son dərəcə güclü nəzəriyyədir. Amma ki, biz bu partlayışa səbəbin nə olduğunu heç cürə təsəvvür edə bilmirik”.

2.Yerdən kənar sivilizasiyalar varmı?
Əgər Yer kürəsində həyat varsa, niyə də başqa planetlərdə bu olmasın? “Hə” cavabı daha məntiqli sayılır, nəinki “yox” cavabı. Kaliforniyadakı yerdənkənar sivilizasiyaların tədqiqat mərkəzinin rəhbəri Cil Tarterin (Jill Tarter) : – “Baxın, biz ulduzların tozundan əmələ gəldik. Bu üsulla başqa yerdə də həyatın yaranması ehtimalı daha çoxdur”. Nobel mükafatı lauriyatı Frank Vilcek (Franck Wilczek) öz həmkarının sözlərinə bir neçə cümlə də əlavə edir. “Yerdə həyatın yaranmasından 4,5 milyard il keçsə də bəşəriyyət elmi-texniki sivilizasiya səviyyəsinə son 200 ildə çatıb. Buna istinad olaraq demək olar ki, Günəş sistemindən kənar planetlərdə belə elmi-texniki sivilizasiyaların olmasına heç bir şübhə yoxdur”.

3. Elə bir nəzəriyyə varmı ki, hər şeyi anlatsın?
Fiziklərin standart modeli var. Kainatın məlum olan hissəsini “bölüşdürüb” əksər hadisələri izah edirlər. Amma söhbət qravitasiyaya gəlib çıxanda, bu model gücsüz hesab edilir. Və bu qravitasiya anlamını yüksək enerjiyə aid edirlərsə, bu həm də daha böyük qarmaqarışıqlığa aparıb çıxarır. Elə bir nəzəriyyə irəli sürmək olarmı ki, bu hər şeyə aid olsun? Bu hələ ki, məlum deyil. Bəzi alimlərin fikrincə bu heç vaxt baş verməyəcək.

4. Qravitasiya hardan əmələ gəlir?
Qravitasiya – bizə təsir edən qüvvələrdən biridir, hansı ki, demək olar onun haqqında heç nə bilmirik. İllunoysda yerləşən fizik-nəzəriyyəçisi Mark Ceksonun (Mark Jackson) dediklərinə görə, “qravitasiya, standart modelin təsvir etdiyi digər qüvvələrdən tamamilə fərqlənir. O zaman ki, siz cüzi belə qravitasion əlaqələri hesablayırsız, sonda gülməli bir cavab alınır… Riyaziyyat heç cürə işə yaramır”. Bəzi nəzəriyyəçilər güman edir ki, bu qüvvəyə səbəb yüksüz hissəciklər sayılan qravitonlardır. Onlar özlərindən qravitasion sahələr “şüalandırmaqla” buna nail olur. Amma hələ ki, bu da tam cavab deyil.

5. Kainatın bəzi hissələri hara yoxa çıxıb?
Təsəvvür edin ki, böyük tortdan sizə qalan sadəcə qırıntıdır. Kainatın sirrlərini öyrənən alimlər özlərini belə hiss edirlər. Onların dediklərinə görə, bu gün kosmoloqlar materiyanın cəmi 4 faiznin yerini tapıblar. Qalan 96 faizi elə yox olan tortla müqayisə edirlər. Çikago Univeristetinin kosmologu Mixayel Turner (Michael Turner) özünün qara enerji və materiya haqqında fikirlərinə belə sitat gətirir. “Mən bunu kainatın qaranlıq üzü adlandırardım”.

6. Beyin necə işləyir?
elm beyin haqqında çox məlumata malikdir. Amma biz bildiklərimiz, bilmədiklərimizin yanında heç nədir. Milyardlarla neyron, hansı ki, öz aralarında minlərlə əlaqələri var. alimlər bizi əmin edir ki, 10 ildən sonra süni beyin kəşf edəcəklər. Duke Universitetinin nevroloqu Skot Huettelin (Scott Huettel) sözlərinə görə; “Biz ancaq öz beynimizi başa düşməyi bacarırıq. Amma bu subyektiv təcrübəmiz beynin necə işləməsi sualı üçün çox kasıb bələdçidir”.

7. Yer kürəsində həyat necə yaranıb?
Bir tərəfdən bu mövzuda saatlarla danışmaq olar, digər tərəfdən nəzəriyyələr, nəzəriyyələr və başqa heç nə… Heç kim dəqiqliklə deyə bilməz ki, milyard il əvvəl planetimizdə mikrobial həyatın əmələ gəlməsi necə baş verib? Ehtimallar çoxdur. Suda baş verən kimyəvi reaksiyadan tutmuş, daşlarda baş verən kimyəvi reaksiyalara kimi. “Çox nəzəriyyələr irəli sürülüb. Amma onlardan hər hansı birini inkar etmək və yaxud tam təsdiqləmək çox çətindir”- New Mexico universitetinin bioloqu Diana Hortup (Diana Horthup).

8. Sən kimsən?
Özünü dərketmə təbiətini psixoloq və filosoflardan başqa, digər elmləri də maraqlandırır. Bu sualın bəzi hissələrinə cavab tapılıb və bu cavab çox təəccüblüdür. Bu və ya digər hərəkətlərimizi idarə edən impulslar sinir əlaqələrində qabaqcadan “yazılıb”. Amma bu “yazılar” hər dəfə düşüncə tərzinə açıq olmur. Lazımdırmı bu? Bu özünü dərketmə hər nədirsə, bu gün də alimlərin fikirləşib cavab tapa bilmədiyi suallardandır. Onlar necə formalaşır? Hardan əmələ gəlir? Və s… “Özünü dərketmə, bütün hərəkətləri idarə edir.” ideyasını alimlər düzgün cavab saymır. Hərçənd ki, bizə elə gəlir ki, biz özümüz-özümüzü idarə edirik. Bu təhtəlşüur haqqında dəlillərimizin olmamağından irəli gəlir.

9. Zəlzələnin “ürəyində” nə baş verir?
Alimlər zəlzələ haqqında çox şey bilirlər. Yer kürəsinin müxtəlif regionlarında seysmoloji aktivlik barəsində minlərlə qrafiklər tərtib olunub. Amma yenə də bu biliklər zəlzələlər haqqında çox bilik vermir. Alimlər hansı ərazidə kataklizmin baş verəcəyi, nə qədər davam edəcəyi, nəticəsinin nə qədər ağır olacağı haqqında məlumat verə bilərlər. Ancaq seysmoloqlar dəqiq deyə bilmirlər ki, zəlzələ zamanı Yer kürəsinin mərkəzində nə baş verir. “Zəlzələ zamanı friksion (sürtünmə) sürüşmə – Yer haqqında fundamental elmlərdən biridir” – Bunu geofizik Tom Heyton (Tom Heaton) hesab edir.

10. Təkamülü hansı faktor idarə edir?
Bir tərəfdən bu suala çoxdan cavab tapıblar. Təbii seçmə. Amma göründüyü kimi, bu bir aksiom yox, hələ də nəzəriyyə olaraq qalır. Əksər ekspertlər hesab edir ki, hər şey təkcə bu faktorla təkamülə təsir edə bilməz. “Mən düşünürəm ki, bu gün biologiyada olan ən böyük sirlərdən biri təbii seçmədir. Yəni ki, həqiqətənmi bu təbii seçmə orqanizmlərin mürəkkəbləşməsinə aparan proseslərin müəyyən olmasında rol oynayır, yoxsa hər hansı başqa faktor da var? Mən güman edirəm ki, axırıncı variant daha düzgün olar”. – Stony Brook Universitetinin ekologiya və təkamül üzrə mütəxəssisi Masimo Pigluçi (Massimo Pigliucci).

P.S. Bu hər şeyi elm izah edir deyənlərin fikirləri idi. Əslində bunlar heç də sirr deyil. Bunların hamısının cavabı var. Elm öyrənmək gözəldir. Amma elm öyrənməklə yanaşı Allahı da tanımaq lazımdır. Çünki ən böyül ALİM ODUR!


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 14.03.2012, 4:02
İsmarıc #15


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə




Xərçəngə yoluxma və ürək tutmanın səbəbi açıqlandı

Araşdırma zamanı məlum olub ki, mal və qoyun ətindən istifadə xüsusilə xərçəngə yoluxma və gənc yaşda ürək tutması riskini artırır. Araşdırma dövründə 37 min 698 kişi 22 il, 83 min 644 qadın 28 il ərzində müşahidə olunub. Hər gün mal və qoyun ətindən yemək bişirənlərin ölümü riskinin 13 faiz, hər gün sosiska, kolbasa kimi ət məhsullarından istifadə edənlərin isə ölüm riskinin 20 faiz çox olduğu üzə çıxıb. Araşdırma zamanı ağ ətin (toyuq, balıq əti ) ölüm riskini artırmadığı, əksinə, azaltdığını da təsdiq edib. Müntəzəm balıq əti yeyənlərin ölüm riski 7 faiz, toyuq əti yeyənlərin ölüm riski 14 faiz azalıb. müntəzəm fındıq yeyənlərin ölüm riskinin 19 faiz aşağı düşdüyü üzə çıxıb. Ümumiyyətlə, mal və qoyun ətindən hazırlanmış, doymuş yağ dərəcəsi yüksək olan, soda, duz və bəzi kanserogen, yəni xərçəng yaradan maddələrin olduğu ət məhsullarının ürək xəstəlikləri və xərçəngə yoluxma riskini daha da artırdığı məlum olub.

bu, Harvard Universitetinin 120 min insan üzərində apardığı araşdırma nəticəsində üzə çıxıb.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Kumeyl
ismarıc 27.04.2012, 5:58
İsmarıc #16


Düşüncə ustası
*****

Qrup: Istifadəçi
İsmarıc: 1045
Qeydiyyat: 28.10.2011
Şəhər: Baku
İstifadəçi №: 13637
Təşəkkür ediblər: 1023 dəfə




Azərbaycanda ali təhsil müəssisələrində bakalavr və magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri (dövlət təhsil standartı) yenilənir.Yeni standartlarda tələbənin ixtisası üzrə bakalavr və magistr səviyyələrini bitirdikdə kompetensiyalara, yəni səriştələrə malik olması dövlət tələbi kimi qoyulacaq. İndiyədək isə tələbələr üçün kompetensiyalar müəyyənləşdirilməmişdi.Bu kompetensiyalar sayəsində tələbənin öz ixtisası üzrə bakalavr və ya magistraturanı bitirdikdə hansı bacarıqlara, qabiliyyətlərə sahib olacağı bilinəcək.Yeni tələblərdə qeyd olunur ki, baklavr və magistraturanı bitirən tələbə digər insanlarla ünsiyyətə girməyi, kollektivdə işləməyi bacarmalı, dünyagörüşü olmalı, hansısa xarici dili bilməlidir.Yeni standartlarla əlaqədar hər ixtisas üzrə ayrıca təhsil proqramı hazırlanacaq. Burada hər ixtisas üzrə tələbənin bacarmalı olduğu kompetensiyalar öz əksini tapacaq. 100.gif
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
ASI
ismarıc 29.04.2012, 15:48
İsmarıc #17


Düşüncə ustası
*****

Qrup: Forumçu
İsmarıc: 2313
Qeydiyyat: 12.06.2009
Şəhər: ♥ I Go♥♫•*�?�*•▲
İstifadəçi №: 4336
Təşəkkür ediblər: 2119 dəfə




Sitat(Kumeyl @ 27.04.2012, 6:58) *
Azərbaycanda ali təhsil müəssisələrində bakalavr və magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri (dövlət təhsil standartı) yenilənir.Yeni standartlarda tələbənin ixtisası üzrə bakalavr və magistr səviyyələrini bitirdikdə kompetensiyalara, yəni səriştələrə malik olması dövlət tələbi kimi qoyulacaq. İndiyədək isə tələbələr üçün kompetensiyalar müəyyənləşdirilməmişdi.Bu kompetensiyalar sayəsində tələbənin öz ixtisası üzrə bakalavr və ya magistraturanı bitirdikdə hansı bacarıqlara, qabiliyyətlərə sahib olacağı bilinəcək.Yeni tələblərdə qeyd olunur ki, baklavr və magistraturanı bitirən tələbə digər insanlarla ünsiyyətə girməyi, kollektivdə işləməyi bacarmalı, dünyagörüşü olmalı, hansısa xarici dili bilməlidir.Yeni standartlarla əlaqədar hər ixtisas üzrə ayrıca təhsil proqramı hazırlanacaq. Burada hər ixtisas üzrə tələbənin bacarmalı olduğu kompetensiyalar öz əksini tapacaq. 100.gif



yaa yoldaw Kumeyl user nasil desem bu nediki indi?tam anlamadim???yeni iw bacariqlari,dil falan filan hamisi diploma yazilacaq yoxsa???1 az aciq yazinda plzz

Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Tebriz134
ismarıc 24.06.2013, 13:54
İsmarıc #18
No Avatar

Forumda yeni
*

Qrup: İstifadəçi
İsmarıc: 2
Qeydiyyat: 24.06.2013
İstifadəçi №: 15936
Təşəkkür ediblər: 0 dəfə




Salam dostlar. Qafqaz tələbələri olaraq elektron ticarəti araşdırmaq, elektron ticarətdə olan catışmazlıqları öyrənmək məqsədi ile anket hazırlamışıq. Elektron ticarət həyatımızda getdikcə geniş yer almağa başlayır və elektron ödəniş formaları artdıqca bu ticarətin dövriyyəsinin də artacağı gözlənir. Sorğunun bizim araşdırmamızda xeyirli olacağı qədər gələcəkdə elektron ticarətlə bağlı uğurlar və yeniliklər əldə edeəcəyimiz halda sizin üçün də xeyirli olacağı qənaətindəyəm. Anketdə iştirak edib, araşdırmamıza yardımcı olsanız çox sevinərəm. Hər birinizə öncədən təşəkkür edirəm.

https://docs.google.com/forms/d/1vEFIod3yS3...QA0e6o/viewform

P.S. bu reklam deyil araşdırma məqsədi daşıyan sorğu anketidir. əgər anket yaymaq qaydalara ziddirse üzr istəyirəm. mən sadecə qaydalarda bu haqda bəndə rast gəlmədim.

İsmarıcı redaktə etdi Tebriz134 - 24.06.2013, 14:04
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir

İndiki mövzuya cavabYeni mövzu aç
1 nəfər bu mövzuya baxış edir (qonaq: 1, gizli istifadəçilər: 0)
istifadəçilər: 0

 

Mətn versiyası İndi: 24.04.2014, 4:47
 
 IPB Romantic Style by Fisana