IPB

Salam, qonaq ( Giriş | Qeydiyat )

> Koroğlu dastanı, Bildiklərimiz
MaKu
ismarıc 16.01.2010, 15:51
İsmarıc #1


اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ
******

Qrup: Forumçu
İsmarıc: 4119
Qeydiyyat: 02.07.2008
Şəhər: ๑۩۞۩๑SÜRGÜN๑۩۞۩๑
İstifadəçi №: 473
Təşəkkür ediblər: 5766 dəfə






Koroğlu - yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.


Bəs, siz Koroğlu dastanı haqında nə bilirsiniz?
Sizcə Koroğlu real yoxsa mistik qəhrəmandı?
Hansı qol daha çox diqqətinizi çəkib?
Nigara münasibətiniz necədir?
Gəlin, dastan haqqında hər bir şeyi müzakirə edək.


İsmarıcı redaktə etdi tarixden_xebersiz_tarixci - 20.04.2010, 9:46
Redaktəyə səbəb: Dedim sual verək ki, cavab verən də olsun)))


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
 
Yeni mövzu aç
Cavablar (1 - 12)
budis
ismarıc 28.01.2010, 10:21
İsmarıc #2


Sensizlik
*****

Qrup: Istifadəçi
İsmarıc: 1863
Qeydiyyat: 17.05.2009
Şəhər: SUMQAYIT
İstifadəçi №: 4100
Təşəkkür ediblər: 1726 dəfə




“Koroğlu” dastanı Orta Asiyada da dəfələrlə nəşr edilmişdir. Orta Asiya versiyası dövrü olduğundan hələ də tam şəkildə çap edilməmişdir. Əsasən də özbək Koroğlusu bir neçə nəslin qəhrəmanlıq salnaməsi canlandırdığından hər dövr müstəqil dastan kimi formalaşmışdır. Son zamanlarda Azərbaycanda “Koroğlu” dastanının yeni qolları toplanıb nəşr edilmişdir. Bunlardan “Qəhrəman Koroğlunun divlərlə görüşü”, “Koroğlunun Tehran səfəri”, “Misri qılıncın oğurlanması”, “Mərcan xanımın Çənlibelə gəlməsi”, “Zərnişan xanımın Çənlibelə gəlməsi”, “Ağca quzu” qollarını göstərmək olar
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
@ZAUR_DERVISH@
ismarıc 06.03.2010, 17:23
İsmarıc #3


Düşüncə ustası
*****

Qrup: Forumçu
İsmarıc: 1203
Qeydiyyat: 10.07.2009
İstifadəçi №: 4586
Təşəkkür ediblər: 1433 dəfə






Koroğlu - yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur. Məsələn: Gədəbəy rayonunda Çalburun kəndinin yaxınlığında yüksəklikdə "Koroğlu" qalası var və indiki dövürlərə qədər qorunub saxlanılıb. Şəmkir rayonu ərazizində isə "Çənlibel" kəndi hal hazırda var əvvəllər həmin kənd Gədəbəy rayonunun ərazisindəydi sonralar torpaq bölgüsü zamanı yasamal dağının üstündəki birçox kəndlər Şəmkir rayonuna verilib). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan EA Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
PANDA55
ismarıc 06.03.2010, 18:52
İsmarıc #4


AĞSAQQAL
******

Qrup: Istifadəçi
İsmarıc: 4002
Qeydiyyat: 25.06.2009
Şəhər: Bakı səhəri
İstifadəçi №: 4453
Təşəkkür ediblər: 7126 dəfə




Koroğlu qalası (Gədəbəy)




Qala Haqqında Məlumat
Orjinal adı: Koroğlu qalası
Tikili: qala Statusu:
Ölkə: Azərbaycan
Yerləşdiyi yer: Gədəbəyrayonu,Qala kəndi
Digər Məlumatlar
Vəziyyəti Xarabalıqları qalıb

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən qala yerli daşlardan kobud şəkildəlakin möhtəşəm möhkəmlikdə tikilib.Qala yüksək dağlıq ərazidə yerləşir.Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
BAHAR_CICEYI
ismarıc 07.03.2010, 2:10
İsmarıc #5


Dost istərsən, ALLAH yetər.
******

Qrup: Forumçu
İsmarıc: 4297
Qeydiyyat: 05.07.2009
Şəhər: Baki şəhəri
İstifadəçi №: 4527
Təşəkkür ediblər: 6981 dəfə






Mən istərdim ki, "Koroğlu" dastanı haqda - nəşri, bu günümüzdə bu dastana verilən qiymət haqqında bəzi məlumatlar verim.

Türk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan “Koroğlu” dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə “Koroğlu” yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.

Türkiyədə “Koroğlu”nun ilk çapı 1887-ci ildə işıq üzü görüb. On beş səhifəlik bu nəşrdən sonra Koroğlu, dövrü və qəhrəmanın fəaliyyət göstərdiyi tarixi hadisələrlə bağlı bir çox araşdırmalar aparılmışdır. Bundan bir qədər əvvəl isə “Koroğlu” dastanının bir hissəsi erməni əlifbası ilə İstanbulda çap edilmişdir. 1897-ci ildə Aşıq Cəmalidən yazıya alınmış “Giziroğlu Mustafa bəy”, “Bolu bəy” qolları Tiflisdə nəşr edildi.

Azərbaycanda “Koroğlu” dastanının ilk nəşru 1913-cü ildə Orucov qardaşları mətbəəsində Rza Zaki tərəfindən çap edilmişdir. Bu nəsrlə olan nəşrin titul vərəqi farsca yazılıb. Dastanın 14 qoldan ibarət daha mükəmməl və qoşmalarla zəngin digər bir variantı 1941-ci ildə Hümmət Əlizadə tərəfindən nəşr edilmişdir.

“Koroğlu” dastanı Orta Asiyada da dəfələrlə nəşr edilmişdir. Orta Asiya versiyası dövrü olduğundan hələ də tam şəkildə çap edilməmişdir. Əsasən də özbək Koroğlusu bir neçə nəslin qəhrəmanlıq salnaməsi canlandırdığından hər dövr müstəqil dastan kimi formalaşmışdır. Son zamanlarda Azərbaycanda “Koroğlu” dastanının yeni qolları toplanıb nəşr edilmişdir. Bunlardan “Qəhrəman Koroğlunun divlərlə görüşü”, “Koroğlunun Tehran səfəri”, “Misri qılıncın oğurlanması”, “Mərcan xanımın Çənlibelə gəlməsi”, “Zərnişan xanımın Çənlibelə gəlməsi”, “Ağca quzu” qollarını göstərmək olar.

“Koroğlu” dastanının qısa nəşr tarixi göstərir ki, o XIX əsrin başlanğıcından son dövrlərə qədər çox məşhur olmuş, variant baxımından ən çox yayılan dastan halına gəlmişdir. Ancaq həm ingilis, fransız, həm də ilk rus nəşrləri təhriflərlə doludur. Folklorluq baxımından bu nəşrlərin qüsurları çoxdur. Bunlara misal kimi şeir hissələrinin nəsrlə verilməsi, tərcümədə sərbəstlik, yersiz əlavələr kimi müxtəlif təhrifləri göstərmək olar. Çox təəssüflə demək lazımdır ki, Azərbaycan nəşrləri də arzu ediləcək səviyyədə deyildir.



Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
PANDA55
ismarıc 11.03.2010, 16:30
İsmarıc #6


AĞSAQQAL
******

Qrup: Istifadəçi
İsmarıc: 4002
Qeydiyyat: 25.06.2009
Şəhər: Bakı səhəri
İstifadəçi №: 4453
Təşəkkür ediblər: 7126 dəfə





"Koroğlu" eposunun yaranması

Eposun meydanagəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B.A.Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, E.Muşeq, A.Təbrizi, Ö.Çələbi, İ.Şopen, A.Xodzko, S.S.Penn, İ.Petruşevski, H.Samuelyanın və b. Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi statlar sonralar dərslikləri bəzəmişdir.
Alim H.Samuelyanın belə bir qənaəti ilə razılaşır: «Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən vari-antlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdir». H.Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin (1670-ci ildə ölmüşdür) və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdi-rən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğu-nu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mah-nıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. «Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini «cəlalilər» (ərəb sözü «cəlal» - məşhur, şöhrətli, qorxu yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızc-asına vuruşurdular. O yazırdı: «Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi; qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar; haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar».
Beləliklə, tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı «Ta-rix» kitabında məlumat vermişdir. Şəhərlərin kasıb əhalisi-nin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən o gö-stərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Öv-liya Çələbinin XVII yüzilliyə aid «Səyahətnamə»sində də Koroğlu cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri tək xatırlanmışdır. Eləcə də Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin də məlumatları böyük maraq doğurur. B.A.Karrıyev H.Samuelyana istinadən bildirir ki, Eliyas Muşeq İran şahı tə-rəfindən Ruyiyaya göndərilmişdi. Ancaq Həştərxanda İranın gizli agenti kimi həbs edilmiş və topladığı «Nəğmələr» dəftəri əlindən alınmışdı. Bu topluda Koroğlu barədə 1721-ci ildə erməni əlifbası ilə yazıya alınmış 13 qəhrəmanlıq nəğməsi var. Həmin şerlər 1954-cü ildə Yerevanda , 1969-cu ildə Bakıda işıq üzü görmüşdü. Maraqlıdır ki, Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini qısa, izahate-dici mətnlərdə bildirir və şerlərlə yanaşı verir. Onun qeydlə-rindən məlum olur ki, Koroğlu osmanlı ölkəsinin dağ və meşələ-rində yaşamışdır. Başına topladığı çoxsaylı qaçaq atlılarla yollarda ağalıq etmiş; hərdən ötüb-keçən tacirləri basqınla soy-muş, hərdən də özlərinin razılığı ilə onların pullarını əllə-rindən almışdır. Bu hadisələr iranlı şah Abbasın və türk sul-tanı Muradın hakimiyyətdə olduğu çağlarda baş vermişdir» .
«Tarixi mənbələrdə göstərilir ki, 1518-ci ildə Toqatda Şeyx Cəlali ilk böyük üsyan qaldırmışdır, çox güman ki, cəlalilər onun adı ilə əlaqədardır» .
Paris nüsxəsində qəhrəmanlar Cəlali Koroğlu və Nəzər Cəla-li adıyla verilir. Molla Cumanın düzüb-qoşduğu dastanların biri ndə də bu addan istifadə olunur: «Cəlali Məhəmməd və Tavat xa-nım».
1571-1573-cü illərdə Təbrizdə sənətkarlar və şəhər yoxsulla-rının böyük bir üsyanı olmuşdur. Çəkməçi, mahud toxuyan, şalvar-duz, dəvəçi, səbzəfruş və b- iştirak etdiyi üsyanı şah amansızca-sına yatdırmışdır. H.Rumlunun, İ.Münşinin yazdıqlarına görə, üsyanda qəssablar silki mühüm rol oynamışdır. H.Rumlu pəhləvan hərəkatının başçılarından birinin adının Əvəz olduğunu yazır. İ.T.Petruşevski bunun Eyvaz ola biləcəyi fikrini irəli sürür . P.Əfəndiyev faklar üzərində müqayisələr apararaq belə qənaətə gəlir ki, Eyvaz əvəzsiz bir pəhləvan, həm də Qəssab Alının oğlu-dur. Belə olduqda dastandakı Eyvazın tarixi Əvəz-Eyvazın prototi-pi olmasına şübhə yeri qalmır .
1577-1578-ci illərdə Şirvanda yeni bir xalq üsyanı olmuşdur. Tarixçi h.rumlunun təsvir etdiyinə görə üsyan qəddarcasına yatı-rılmış və onun iştirikçılarından 400 nəfərin başı kəsilib şahın sarayına göndərilmişdir. P.Əfəndiyev İ.P.Petruşevskiyə istinadən göstərirdi ki, Azərbaycan kəndəlrində 35 növ vergi və mükəlləfiyyat tətbiq edilirdi.
Əndəlib Qaracadaği 1804-cü ildə İrivan istila edildiyi zaman rus ordusunun mayoru Şubinin xahişi ilə soydaşlarının dilin-dən qələmə alıb sistemləşdirdiyi «folklor toplusu»nda Koroğlu-nun adı ilə bağlanan çoxsaylı aşıq şerləri verir.
Xalq qəhrəmanı Koroğlunu saz-söz sənətkarı adı ilə tanıtmaq ənənəsi keçən əsrin otuzuncu illərinədək davam etdirilmişdir. Azərbaycan EA-nın Memarlıq və Arxeologiya İnstitunun arxivin-dən tapdığımız 1938-ci ilə aid bir «Aşıq şerləri» toplusunda Koroğlu adlı aşığa ünvanlanan qoşma və gəraylılara rast gəli-rik. Doğrudur, gənc Ərtoğrul Cavidin (Hüseyn Cavidin oğlu) rəyi ilə çapa hazırlanmış bu toplu müəyyən səbəblərdən işıq üzü gör-məmişdir. Eləcə də şerlər eposun ayrı-ayrı qolları ilə səslə-şir. Daha dəqiq desək, məzmununda eposun hadisələrini tam əks etdirir.


MEYDAN MƏNİMDİR


Məndən salam olsun əcəm oğluna,
Meydana girəndə meydan mənimdir.
Qıratım köhləndir, özüm mərdanə,
Çalaram qılıncı, düşmən mənimdir.

Meydana girəndə meydan tanıram,
Haqqın vergisini hər an qanıram.
Əl verirsə, İran, Turan xanıyam,
Zəbt etmişəm, indi Yəmən mənimdir.

Adımı soruşsan, Rovşən Aloğlu,
Atamdan, babamdan cinsim Koroğlu.
Aldım Hələb, Qeysər, şəhr İstanbulu,
Gün doğandanla gün batan mənimdir.




Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
1_damla_heqiqet
ismarıc 10.06.2010, 14:24
İsmarıc #7


Yaralı ürək
*****

Qrup: Forumçu
İsmarıc: 1012
Qeydiyyat: 24.12.2009
Şəhər: Yasamal4 ev43 gəlin
İstifadəçi №: 6296
Təşəkkür ediblər: 839 dəfə




Koroğlu tarixi şəxsiyyətddir.16-17 əsrlərdə yaşamış və o dövrün Anadolusunda (kiçik asiya) cəlalilər hərəkatı Azərbaycana keçmişdi.Koroğlu Naxçıvan yaxınlığında Mərv qalası olan ərazidəki Çənlibel mahalında yaşamışdır.Koroğğlu Dəli Həsən Dəmirçioğlu hamısı bu hərəkatı başçılarından olmuşdur.Və real şəxsiyyətlərdir.Hətta I Şah Abbas da onları türklərlə döyüşlərdə (yəni osmanlı türkləri) istifadə etmişdir.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Xanum~Femida...
ismarıc 16.06.2010, 17:39
İsmarıc #8


ƏDALƏT CARÇISI
*****

Qrup: Forumçu
İsmarıc: 1408
Qeydiyyat: 31.03.2010
Şəhər: BADI~~KUBE
İstifadəçi №: 7503
Təşəkkür ediblər: 1477 dəfə




Görün dastanda Koroğlu qarının dili ilə necə tanıdılır:

Yedigün boynuna almaz,
Heç kim belə qılıq çalmaz,
Əmisi Şabandan qalmaz
Bir utanmaz vardır üzü.

Zörə deyər baxsın sözə,
Əcəb qonaq oldu bizə.
Dədəsi Miləxor Mirzə
Qırat üstə çıxdı gözü...

- Bütün bunlardan sonra demək olarmı ki, can Koroğlu, yazıq Koroğlu səni bizə necə fərqli tanıdıbmışlar! 122.gif


İsmarıcı redaktə etdi XANUM__GETA - 16.06.2010, 17:39
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Qonaq_X_Pirat_*
ismarıc 09.07.2010, 11:26
İsmarıc #9
No Avatar




Qonaqlar







Azərbaycan dastanıdır.Bəyənilməlidir. Çün ki, özümüzküdür.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Soci_girl
ismarıc 09.07.2010, 11:50
İsmarıc #10


Sociable
****

Qrup: Moderator
İsmarıc: 690
Qeydiyyat: 21.04.2010
Şəhər: :)
İstifadəçi №: 7734
Təşəkkür ediblər: 2584 dəfə




Dastan 18 qoldan ibarətdir..Eposun 19 əsrə aid Tiflis əlyazmasinda isə 28 məclis vardir..Eposdaki qollar müstəqil dastan təsiri bağişlasa da ,əsərin ana xətti ilə uzalşir..Yalniz "Dərbənd səfəri"qolu eposun ümumi məzmununa uyğun gəlmir..burada guya Koroğlunun özünün tanimadiği bir oğlundan və onun atasini axtarmasindan dnaişilir..Eposda Koroğlunun dəlilərinin sayi 7777 göstərilir ki,bu dasonsuzluğu bildiriir..Ən maraqli boy məncə "Həmzənin Qirati qaçirmasi boyudu"burda Koroğlu sonda mənali bir cümlə işlədir..Həmzə ona qirati səsizcə aoarmagi desə də,Koroğlu çox gözəl cavab vreir.""Əgər ati səssiz-sədasiz aparsam,mən də olaram Həmzə də..Onda sənlə mənim aramda day nə təfavüt qalar"


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
@ZAUR_DERVISH@
ismarıc 20.09.2010, 17:42
İsmarıc #11


Düşüncə ustası
*****

Qrup: Forumçu
İsmarıc: 1203
Qeydiyyat: 10.07.2009
İstifadəçi №: 4586
Təşəkkür ediblər: 1433 dəfə




Canim qardasim bu haqqda artiq Super Moderatorumuz olar hormetli BAHAR_CICEYI artiq menim movzumda genis sekilde yazib mence bu movzunu Baglamaq lazimdir.buda linki KOROGLU

Mən istərdim ki, "Koroğlu" dastanı haqda - nəşri, bu günümüzdə bu dastana verilən qiymət haqqında bəzi məlumatlar verim.

KOROGLU DASTANI

Türk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan “Koroğlu” dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə “Koroğlu” yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.

Türkiyədə “Koroğlu”nun ilk çapı 1887-ci ildə işıq üzü görüb. On beş səhifəlik bu nəşrdən sonra Koroğlu, dövrü və qəhrəmanın fəaliyyət göstərdiyi tarixi hadisələrlə bağlı bir çox araşdırmalar aparılmışdır. Bundan bir qədər əvvəl isə “Koroğlu” dastanının bir hissəsi erməni əlifbası ilə İstanbulda çap edilmişdir. 1897-ci ildə Aşıq Cəmalidən yazıya alınmış “Giziroğlu Mustafa bəy”, “Bolu bəy” qolları Tiflisdə nəşr edildi.

Azərbaycanda “Koroğlu” dastanının ilk nəşru 1913-cü ildə Orucov qardaşları mətbəəsində Rza Zaki tərəfindən çap edilmişdir. Bu nəsrlə olan nəşrin titul vərəqi farsca yazılıb. Dastanın 14 qoldan ibarət daha mükəmməl və qoşmalarla zəngin digər bir variantı 1941-ci ildə Hümmət Əlizadə tərəfindən nəşr edilmişdir.

“Koroğlu” dastanı Orta Asiyada da dəfələrlə nəşr edilmişdir. Orta Asiya versiyası dövrü olduğundan hələ də tam şəkildə çap edilməmişdir. Əsasən də özbək Koroğlusu bir neçə nəslin qəhrəmanlıq salnaməsi canlandırdığından hər dövr müstəqil dastan kimi formalaşmışdır. Son zamanlarda Azərbaycanda “Koroğlu” dastanının yeni qolları toplanıb nəşr edilmişdir. Bunlardan “Qəhrəman Koroğlunun divlərlə görüşü”, “Koroğlunun Tehran səfəri”, “Misri qılıncın oğurlanması”, “Mərcan xanımın Çənlibelə gəlməsi”, “Zərnişan xanımın Çənlibelə gəlməsi”, “Ağca quzu” qollarını göstərmək olar.

“Koroğlu” dastanının qısa nəşr tarixi göstərir ki, o XIX əsrin başlanğıcından son dövrlərə qədər çox məşhur olmuş, variant baxımından ən çox yayılan dastan halına gəlmişdir. Ancaq həm ingilis, fransız, həm də ilk rus nəşrləri təhriflərlə doludur. Folklorluq baxımından bu nəşrlərin qüsurları çoxdur. Bunlara misal kimi şeir hissələrinin nəsrlə verilməsi, tərcümədə sərbəstlik, yersiz əlavələr kimi müxtəlif təhrifləri göstərmək olar. Çox təəssüflə demək lazımdır ki, Azərbaycan nəşrləri də arzu ediləcək səviyyədə deyildir.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
MaKu
ismarıc 22.09.2010, 11:01
İsmarıc #12


اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ
******

Qrup: Forumçu
İsmarıc: 4119
Qeydiyyat: 02.07.2008
Şəhər: ๑۩۞۩๑SÜRGÜN๑۩۞۩๑
İstifadəçi №: 473
Təşəkkür ediblər: 5766 dəfə




Sitat(@LOMONIZ@ @ 20.09.2010, 19:42) *
Canim qardasim bu haqqda artiq Super Moderatorumuz olar hormetli BAHAR_CICEYI artiq menim movzumda genis sekilde yazib mence bu movzunu Baglamaq lazimdir.buda linki KOROGLU

Canım qardaşım mən supermoder də deyirəm ki,16.01.2010 ildə bu adda mövzu var idi.
Sən isə fərqinə varmadan,yəni,06.03.2010 eyni adlı mövzu açmısan.
Onda belə çıxır ki,sənin mövzun birləşdirilir 2 ay əvvəl açılan mövzuya 100.gif
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
misilsiz
ismarıc 29.09.2010, 14:59
İsmarıc #13


Əməkdar forumçu
***

Qrup: Istifadəçi
İsmarıc: 115
Qeydiyyat: 16.04.2010
İstifadəçi №: 7672
Təşəkkür ediblər: 112 dəfə





16 ci əsrin sonları və 17yüzilliyin başlanğıcında Türkiyədə “cəlalilər “ adı daşıyan böyük xalq üsyanları başlamışdır. Üsyan Azərbaycanda da geniş vüsət almışdır. 1519 cu ildə Toqat Ətarafında baş qaldıran qiyamın rəhbəri cəlalın adı ilə Cəlalilər (yəni hökümətin əmrlərinə və padşahın fərmanlarına asi olanlar , başqa sözlə , “qiayamçıalar, quldurlar ) adlandırılan bu hərəkat haqqında A. Təbrizli geniş məlumat vermiş , koroğlunu da bu qiyamın İştirakçılarından biri kimi xatirlatmışdir.
Burada bu məlumati oldugu kimi çatdirmam da səbəb Koroglunun Cəlalilər hərakatinin başçısı olmadigini , sadəcə iştirakçı oldugunu bəlirləməkdir.
Mənə görə bu dastanda bir çox xoşa gəlməyən məqamlar var. məsələn.
Alı kişinin Rövşənə dediklərindən
-Bala, ay keçər, il dolanar , sənin adın məğribdən Məşriqətən Bütün dünyada məşhur olar.O köpüyü ki, Sən içdin , ondan sənin qollarına Qüvvət , özünə də şairlik verildi. Bir də sənin səsinə , nərənə elə bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək viziltisi olacaq. Bəylər , xanlar , paşalar sənin qorxundan tük tökəcək , quşlar qanad salacaq.
Xanlarin , bəylərin tük tökməsini başa düşdük. Bəs yaxşı koroglunun səsi nədən israfilin surunun yaninda yüksək məqama catir ?. olmaz ki, koroglu səsi israfil suru ilə eyniləşsin, . ola bilsin o zamanlar ali kişinin ya imani az olmuş , ve ya dinlə baglı az məlumatsizlıq ,ve yaxud da başqa səbəb ,onun ogluna olan məsləhətini bu formaya gətirib çıxarmışdır.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir

İndiki mövzuya cavabYeni mövzu aç
1 nəfər bu mövzuya baxış edir (qonaq: 1, gizli istifadəçilər: 0)
istifadəçilər: 0

 

Mətn versiyası İndi: 23.10.2014, 21:51
 
 IPB Romantic Style by Fisana