Sevgi nədir?

[img=default]uploads/1205181575_romange12.jpg[/img]

• Sevgi; Yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə,
doyulmayacaq qədər doyulmaz duyğudur.

• Sevgi; Çiçəklər sinfindən bir bitkidir; Onu gözəlləşdirən sadəcə sevgidir.

• Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət
edər. Sevgiyə güvənilir, insanlara ƏSLA!

• Sevgi pislik görəndə azalmayan, yaxşılıq görəndə çoxalmayandır.

• Sevgi insana nə yuxarıdan gələn yüksək bir güc, nə də insanlara zorla qəbul
etdirilən bir duyğudur.

• Sevgi ruhun gözəlliyidir.

• Sevgi peşmançılıq duymamaqdır. Çünki o anları istəyərək yaşamısan.

• Sevginin ölçüsü; Ölçüsüz sevməkdir.

• Sevgi qaranlıqda yandırılan bir şam işığı kimidir. Sizə yolunuzu göstərir amma
uzaqda nə olduğunu bildirməz.

• Sevgi; Yaşamanın gücüdür.

• Sevgi insana güc verir, cəsarət verir, həyata qatılma istəyi verir, yaratma
istəyi verir.

• Sevgi, insan duyğularının ən gözəli, insana ən yaxınıdır.

• Sevgi; Həyatın zənginliyidir və bir gənclik duyğusudur.



• Sevmək inanmaqdır.

• Sevmək yaşamaqdır.

• Sevdiyini özü kimi, özündən də çox sevməkdir.

• Sevmək sevdiyi olmaqdır.

• Sevməkdə ikili başlayıb, bir olaraq gedilər. İki can, iki qəlb, iki könül
yoxdur sevgidə. Tək bir qəlb olar, tək bir ürək olar.

• Sevmək bölüşməkdir. Sevdiyi ilə sevgisini bölüşməkdir. Sevdiyi ilə qəlbini
bölüşməkdir. Sevmək ki tək qəlb yaransın.

• Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur,
bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca
yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq
saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.

• Sevməkdə istəmək yoxdur. Sevgilinin olduğu yerdə bitər bütün istəklər. Bir şey
vardırsa istədiyin bu sənin üçün deyil, sevgili üçün istədiyindir. Ondan onun
adına istəyərsən. Onu daha sonsuzadək sevə bilmək üçün istəyərsən. Sevmə
azadlığını istəyərsən və bunu qəbul etməyini istəyərsən. İstəyərsən amma bir gün
gələr bu istəklər də sona çatar. Özün özündən istəyərsən artıq. Sevdiyini daha
çox sevmək istəyərsən özündən. Əbədi yaşatmaq istəyərsən.

• Sevmək həyatının ən mənalı anlarını soruşduqlarında sevdiyinin adını verə
bilməkdir.

• Sevmək sevdiyini istəməməyi öyrənməkdir. Sevmək sevdiyini sevgili olduğuna
görə sevməkdir.

• Sevmək; sevmək-sevilmək deməkdir.

• Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir. Elə bir yer ki
bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini gözləyərsən, nə
də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun
olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.

• Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.

• Sevmək sevgilidən gələn „öl" əmrinə belə „ölərəm" deyə bilməkdir. Sevmək öz
əlləri ilə ürəyini bir bıçağın ucuna qoya bilməkdir.

• Sevmək ölməkdir.

• Sevmək, ölməyi bilməkdir.

• Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun
bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!

• Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.

• Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir. Ağlayan gözlərə nəzakət
və təbəssümlə qarşılıq verə bilməkdir.

• Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq
bir damla su olmaqdır.

• Sevmək sevgilinin limanı olmaqdır.

• Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.


• Sevmək alov olmaqdır. Yanmaqdır, kül olmaqdır.

• Sevmək inanmaqdır.

• Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə
çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır
sevmək.

• Sevmək, yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevmək, ilk insanın,
Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.


• Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı
yarpağı kimi yalnız olmamaqdır.

• Sevgilisiz ikən sevgilini sevməkdir.

• Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.

• Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir. Sevmək, sevgilinin olduğu
cəhənnəmə getməkdir. Sevgilinin olmadığı Cənnətə də getməməkdir.

• Sevmək, sevgilini cənnət eləməkdir.

• Sevmək bir olmaqdır.

• Sevmək yaşamaqdır.

• Sevmək bir başqasının həyatını yaşamaqdır.

• Sevmək sevilməyə layiq olmaqdır.

• Sevmək sevgilinin baxdığı yerdə, susduğu yerdə olmaqdır.

• Sevmək sevgilisiz keçən gecələrdən sabaha çıxa bilməkdir.

• Sevmək SEVMƏK olmaqdır.

• EŞQ olmaqdır.

• EŞQ bir dəfə sevməkdir.

• Və ən nəhayət sevmək sevginin özü olmaqdır.

Əgər bir həyat vardırsa sevgisiz o həyatda mən yaşamaram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 41751   Tarix: 10 mart 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş