Azəri milyarder dünyaya meydan oxuyacaq

Azəri milyarder dünyaya meydan oxuyacaq24 min kvadrat metrlik hovuz, hər biri 80 min avro qiymətində əntiq kətil və kreslolar, 2500 kvadrat metr sahəsi olan "Royal Lux" nömrələr... Bunlar Rusiyada çalışan azərbaycanlı iş adamı, "AST Group" şirkətlər qrupunun sahibi və multimilyarder Telman İsmayılovın Türkiyənin Antalya kurortunda inşa etdirdiyi "Mardan İstanbul Palace Hotel"inin sadəcə, bəzi özəllikləridir.
Antalyanın Aksu səmtində yerləşən hotel bu ayın sonlarında ilk müştərilərini qəbul edəcək.
Yalnız çəngəl-bıçaqların alınmasına 17 milyon avro xərclənmiş bu hotel dünyanın ən bahalı və dəbdəbəli mehmanxanalarından birinə dönəsidir.
Antalya Aksuda yerləşən bu hoteldə bir nəfərlik otaqların qiyməti $400-dən $20 minə qədərdir.
500 nömrəlik bu hoteldəki otaqların 70%-i hovuzla təmin olunub. Standart otaqların sahəsi 45-50, dupleks nömrələrdə isə 200 kvadrat metrdir.
Bütün bunlardan savayı, əsas binası İstanbuldakı Dolmabağça Sarayından örnək alınaraq tikilmiş hotelin üst mərtəbələrində "Royal Lux" nömrələr, köməkçi binaların yaxınlığında isə hər biri 100 kvadrat metr sahəyə malik 20 villa inşa olunub.
"Mardan İstanbul Palace"ni inşa edən "Zafer İnşaat" şirkətinin icraçı direktoru Necati Yağçının dediyinə görə, tikinti işlərində 2500 mühəndis və işçi çalışıb.
Onun dediyinə görə, hotelin birinci mərtəbəsinin divarları və tavanı bütünlüklə qızıl lövhələrlə örtülüb. Avropanın ən böyük hovuzuna malik hoteldə bundan savayı, 4 okeanın balıqlarının üzəcəyi 4 ayrı nəhəng akvarium da qurulub.
Və ən nəhayət, Telman İsmayılovun inşa etdirdiyi hotel kompleksinə digər obyektlər də daxildir. Belə ki, idmançılar üçün nəzərdə tutulmuş 3 min yerlik hotel və 8 min yerlik 5 stadion da inşa olunur.
Xatırladaq ki, mutlimilyarder, $7 milyard dəyərində "AST Group"un sahibi Telman İsmayılovun oğlu Sərxan İsmayılov hazırda "Antalyaspor" klubunun vitse-prezidentidir.
Azərbaycanlı milyarderin xobbiləri arasında saat toplamaq da yer alıb. Onun 2 mindən artıq qol saatı var..


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9563   Tarix: 18 may 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 437
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 137
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 311
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 258
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 156
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1529
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1345
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 272
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 209