Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaRöyanın Akademik Opera və Balet Teatrını seçməsinin səbəbi məlum oldu!

Bu barədə məlumatı müğənninin mətbuat katibi Ülviyyə Alovlu verib.
Hər zamankı konsertlərindən fərqli olaraq, Röyanın bu dəfə verəcəyi konsert möhtəşəm tamaşa şəklində olacaq!
Müğənninin mətbuat katibi Ülviyyə Alovlu elə buna görə də, konsertin keçirilməsi üçün məqsədə uyğun məkan Opera və Balet Teatrının səhnəsinin seçildiyini deyib. Onun sözlərinə görə, səslənəcək hər mahnı müxtəlif teatrların aktyor truppaları tərəfindən səhnələşdiriləcək. Mətbuat katibi əlavə edib ki, konsert həm dekoru, həm də ssenarisi ilə heyrətamiz nağılı xatırladacaq. Səhnə lazer və işıq effektləri ilə bəzədiləcək. Bu məqsədlə tədbirin həyata keçirilməsi üçün Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aktyor və kuklaları, Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımovun rəhbərliyi ilə adıçəkilən teatrın aktyor kollektivi, Musiqili Komediya Teatrının aktyorları, Akademik Opera və Balet Teatrının balet ustaları və eləcə də, Pantomima Teatrının aktyor kollektivi cəlb olunmuşdur. Beləliklə, konsertdə 70-ə yaxın aktyor iştirak edəcək. 180 dəqiqəlik çıxışı zamanı Röyanın həm sevilən mahnıları, həm də ən yeni və hələ heç yerdə səslənməyən mahnıları, o cümlədən, çoxsaylı yeni duetləri səslənəcək. Buraya Xalq Artisti Faiq Sücəddinov, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, tanınmış bəstəkar Vüqar Camalzadə və bir sıra gənc bəstəkarların bəstələri daxildir. Bundan əlavə, xalq mahnıları da müğənninin repertuarına daxil edilib. Bu zaman müğənnini milli rəqs qrupu müşaiyət edəcək. Möhtəşəm dekorasiya fonunda Röyanın ritmik mahnıları və tamaşaçılarla canlı ünsiyyəti tədbirə gələn hər bir qonağa şən əhval-ruhiyyə bəxş edəcək.
Qeyd edək ki, konsert oktyabr ayının 1-6-sı tarixlərində keçiriləcək. Biletlərin qiyməti isə 20-50 manat arasındadır.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaNura Surinin Türkiyə istirahəti...

Müğənni "Mardan Palace"da dincəlib?!
Yerli şou-biznes nümayəndələri bu yay daha çox bağda dincəlməyə üstünlük verdi. Amma azsaylı müğənnilər var ki, xarici ölkələrdə dincəlib.
Show.az etibarlı mənbəyə istinad edərək xəbər verir ki, Nura Suri Türkiyədə "Belek"də dincəlib. Mənbənin verdiyi məlumata görə, "Adam Eve" otelində müğənni geniş fotosessiya da edib.
Xatırladaq ki, Nura Surinin "Mardan Palace" otelində dincələcəyi deyilirdi.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaXatirə İslam haqqında danışılanlara münasibət bildirib!

Bu gün müğənni Xatirə İslam qəzet və saytlarda haqqında yazılanlardan sonra bildirib.
Müğənni jurnalistlərin ona çox saylı telefon zəngləri etdiyini və hamısının da açıqlama istəməsindən bezdiyini deyib: - "Bütün bunların hamısı şayiədir. Artıq buna alışmışam. Üç-dörd aydan bir məni istəməyənlərə 5-6 manat pul verib belə şayiə yayırlar. Hesab edirəm ki, bu puldan bəzi "media işçilərinə" də pay düşür. Etiraf edirəm ki, həmin insanlarla bir neçə il bundan tanışlığım olub, amma nə kimsə mənə pul verib, nə də ki, mən kimisə şantaj etməmişəm. Xatirə haqqında belə həqiqətə uyğun olmayan informasiya yayanları bu müqəddəs aya tapşırıram!"

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaRəqsanə növbəti dəfə əməliyyat olundu!

5 saata yaxın cərrah stolunda yatan müğənninin vəziyyəti qeyri-qənaətbəxşdir.
Öz əməliyyatlarının sayı ilə həmkarlarını kölgədə qoymaq istəyən Rəqsanə dünən yenidən əməliyyat olunub.
BiG.AZ xəbər verir ki, Rəqsanə dünən Bakıdakı özəl klinikalardan birində üzündən və bədənindən əməliyyat olunub. Müğənninin rəfiqəsinin verdiyi məlumata görə, müğənninin üzü və bədəni şiş olduğundan danışa bilmir. Buna baxmayaraq, Rəqsanə bu gün evinə buraxılıb. Rəfiqəsinin sözlərinə görə, müğənni sarğılı olduğundan danışa bilmir!

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaSəbinə Babayeva "Eurovision" milli seçimlərində dinləmələrə çağırılmadığını açıqlayıb.

"Ambestar" müsabiqəsinin qalibi olan gənc müğənni oxumağa mahnı tapa bilmir.
Səsi və oxuduğu "Röya kimi" mahnısı özündən çox populyar olan gənc müğənni Səbinə Babayeva Riqadakı "Ambestar" müsabiqəsindən sonra media nümayəndələrinin diqqət mərkəzindədir! Bəlkə də Səbinə Babayevanın elə Bakıda təşkil edilən tədbirlərdən birində Andrea Boçelli ilə duet oxumağını çoxu bilmir! Həmkarlarından fərqli olaraq bu xanım özü haqqında danışmağa utanır!
Əməkdaşımız onunla qalibi olduğu müsabiqədən daha çox, keçmişdə olanlardan və gələcəkdə baş verə biləcəklərdən danışıb. Gənc müğənni tərəddüdlə də olsa, bəzi nüansları Show.az-a açıqlayıb. Onun sözlərinə görə, ötən il İTV-yə, "Eurovision" müsabiqəsinin milli seçimlərinə ərizə versə də, nədənsə, gənc müğənni dinlənilməyə dəvət edilməyib. Müğənni buna görə də, ruhdan düşdüyünü və qisməti ilə barışdığını bildirib.
Müsabiqədən sonra görəcəyi işlərdən danışan müğənni daha ətraflı açıqlama verməkdən yayınıb: - "Həyata keçirmək istədiyim planlarım var. Amma istəmirəm ki, görməyi planlaşdırdığım işlərdən danışım."
Əməkdaşımızın, "niyə yeni mahnılar oxumursan", sualına Səbinə belə cavab verib: - "Mahnı var? İnanın ki, saysız-hesabsız bəstəkarların yanına gedib, yazdıqları mahnılara qulaq asmışam. Amma ürəyimcə olan mahnı yox dərəcəsindədir. Bir neçə mahnı diqqətimi çəksə də onların da başqa səbəbləri oldu. Həm də, elə bəstəkarlar var ki, mahnını olduqca baha qiymətə satırlar. Bu da mane olan amillərdən biridir. Hazırda bir neçə mahnı tapmışam ki, onların üzərində işləyirəm."

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaSamir Bağırov bəstəkarla mahnı davası edir

Bəstəkar Azər Nəsibovla müğənni arasında mahnı qalmaqalı böyüyür.
Xeyli vaxtdır səssizliyin hökm sürdüyü şou-biznesdə daha bir qalmaqalın təməli qoyulub. Bu dəfə səbəbkarlar həm jurnalist, həm də yazdığı mahnılarla tanınan Azər Nəsibov və çoxdandır ki, görünməyən Samir Bağırovdur. Bütün söz-söhbət bəstəkarın "Xəzər" kanalında yayımlanan "Nar Star" müsabiqəsini tərk edən iştirakçı Rüstəm Cəfərova Samir Bağırov üçün yazdığı mahnını hədiyyə etməsi olub.
Bəstəkar baş verənlər haqqında ətraflı danışıb: - "Bilindiyi kimi, mən bir neçə həftə "Nar Star" müsabiqəsinin münsiflər heyətində təmsil olunmuşam. Rüstəmin səhnə performansı çox xoşuma gəlirdi. Gənc ifaçıya dəstək olsun deyə, onunla işləməyə başladım. Mənim üçün fərqi yoxdur, mahnımı populyar müğənni ifa etsin, yoxsa gənc ifaçı. Tam təfərrüatı ilə açıqlamaq istəmirəm, nə səbəbdən söz və musiqisi mənə məxsus olan "Bağışla" mahnısını ifa etməkdən ötrü, Samiri Rüstəmlə əvəzlədim. Əsas odur ki, yazdığım bəstə mən istəyən səviyyədə tamaşaçıya təqdim olunsun. Rüstəm də bunun öhdəsindən layiqincə gəldi."
Samir Bağırovun prodüseri Samir Əliyev isə bəstəkarın reklam olunmaq üçün bu vasitəyə əl atdığını deyib: - "Hamı bilir ki, Samir Bağırov istənilən mahnını populyar edir. Açığı "Bağışla" mahnısı çox xoşuna gəlmişdi. Sadəcə həmin vaxtlarda Samir depressiyada olduğu üçün studiyaya gedib, mahnını oxuya bilmirdi. Bu günlərdə oxumaq istəsə də, yox cavabı aldı. Yəqin ki, Azər bəstəkar kimi özünə reklam qazanmaqdan ötrü belə bir addım atıb."
Bəstəkar müğənninin prodüserinin ittihamlarını gülünc adlandırıb. Azərin sözlərinə görə, indiyə qədər yazdığı mahnılarla gənc müğənnilər populyarlıq qazanıb. Peşəkar jurnalist olduğunu bildirən mahnı müəllifi şou-biznes nümayəndəsi ilə ucuz reklama başlamağın tərəfdarı olmadığını deyib. Sonda bəstəkar Samir Bağırova təkliflə çıxış edib: - "Əgər yazdığım mahnıları oxumaq istəyirsə, ona yeni bir mahnı yazaram!"
Təməli yeni qoyulan bu qalmaqalın aqibəti hələ də, sual altındadır!

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaTeymur Əmrah: - "Azərbaycan dinləyicilərinin 70 faizi Baloğlan Əşrəfovdur!"

Tanınmış pedaqoq dinləyicilərin kütləvi zövqsüzlüyündən gileylənib.
Hər zaman öz ifaları ilə diqqət çəkən tanınmış pedaqoq-müğənni Teymur Əmrahdan şok açıqlama!
Teymur Əmrah yerli dinləyicilərin kütləvi zövqsüzlüyündən gileylənib: - "Azərbaycan dinləyicilərinin 70 faizi Baloğlan Əşrəfovdur!"
Etibarlı mənbə Teymur Əmrahın niyə belə dediyinin səbəbi haqda heç bir məlumat verməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14664   Tarix: 02 sentyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686