Bu gün H.Əliyevin anadan olmasının 85-ci ildönümüdür

Bu gün H.Əliyevin anadan olmasının 85-ci ildönümüdür

Heydər Əliyev 1923-cü ildə mayın 10-da Naxçıvanda anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildə artıq Naxçıvan Muxtar Respublikasının Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işə başlayan Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti isə 1944-cü ildən hesablanır. 20 il sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində çalışaraq, general-mayor rütbəsinədək yüksəlir. Beləliklə o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsi almış ilk azərbaycanlı olur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikanın rəhbəri olur.
Qısa vaxt ərzində Azərbaycan, SSRİ respublikaları arasında ən inkişaf etmiş və perspektivli ölkələrdən birinə çevrilir. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir. Heydər Əliyevin köməyi ilə yüzlərlə azərbaycanlı gənc xaricə, dünyanın ən inkişaf etmiş və sanballı ali təhsil ocaqlarına oxumağa göndərilir. Bakı kondisionerlər zavodu, indi onun adını daşıyan keçmiş Respublika sarayı, Neft emalı zavodu, Cəmşid Naxçıvanski adına Hərbi Akademiya və daha onlarla bina bilavasitə Heydər Əliyevin göstərişi ilə inşa olunur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş Heydər Əliyev eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. 1987-ci ilin oktyabrında isə tutduğu vəzifədən istefa verir.
1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qırğınla əlaqədar ertəsi gün bəyanatla çıxış edərək, cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılımasını tələb edir. 1991-ci ilin iyulunda isə Sovet İttifaqı Komunist Partiyasından uzaqlaşır. 1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev Azərbaycan Ali Sovetinə deputat seçilir. 1991-93-cü ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifəsində çalışır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandıqda Heydər Əliyev rəsmən Bakıya dəvət edilərək, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir, iyulun 24-də isə prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayır. 1993-cü il oktyabrın 3-də birinci, 1998-ci ilin oktyabrın 11-də isə ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilir. İkinci dəfə rəhbərliyə qayıdandan sonra Heydər Əliyev səhhətindəki problemlərlə əlaqədar 1998-ci ildə Gülhanə hərbi tibb akademiyası, sonrakı illərdə həm də Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına bir neçə dəfə müraciət edir. Son dəfə isə Heydər Əliyevin vəziyyəti 2003-ci ilin, aprel ayında, Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. O iki dəfə müvazinətini itirsə də, sonradan öz çıxışını davam etdirməyə özündə güc tapdı. Bir müddət Heydər Əliyev, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədiyindən yenidən Türkiyəyə müalicəyə yollanır, avqust ayında isə Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına yola düşür. 2003-ci il dekabrın 12-də həkimlərin rəsmi açıqlamasına görə, Heydər Əliyev ürək çatışmazlığından vəfat edir.
Bu gün mərhum prezident Heydər Əliyevin yubileyidir. Səhər saat 8-də gül paradı ilə başlayacaq yubiley mərasimləri axşam saat 11-də atəşfəşanlıqla başa çatacaq. Yubiley münasibətilə paytaxtda təhlükəsizlik tədbirləri gücləndiriləcək, şəhərin bəzi istiqamətlərində nəqliyatın hərəkəti məhdudlaşdırılacaq.
ALLAH RƏHMƏT ELƏSİN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10147   Tarix: 10 may 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Rəsmi açıqlama

"Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb". Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

15.04.2024 467
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Nazpəri Dostəliyeva: "500 manat verib trenddə olurlar"

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlə

15.04.2024 102
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Azərbaycanda 4-cü sinif şagirdi vəfat etdi

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib. Məktəbin 4-cü sinif şagirdi Kərimov Ruslan Elşən oğlu uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. Məktəbdən bildirilib ki, Ruslan fəal şagird olmaqla yanaşı dərs əlaçısı idi. Allah rəhmət eləsin!. /Qafqazinfo

15.04.2024 722
.

Avstraliyada ticarət mərkəzində dəhşətli bıçaqlı hücum oldu - VİDEO

Ötən gün Avstraliyanın Sidney şəhərində ticarət mərkəzlərindən birində bıçaqlı hücum baş verib. BİG.AZ xəbər verir ki, hadisə zamanı bir nəfər güllələnib, bir neçə nəfər bıçaqlanıb. Hücum nəticəsində ölən və yaralananlar var. Faktla bağlı polis araşdırmaya başlayıb

15.04.2024 225
.

İcra başçısının birinci müavini və müavini vəzifəsindən getdi (FOTO)

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və müavini işdən çıxıb. -ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və qurumun digər müavini Gülnaz İsrafilova xidmətdə olmağın son yaş həddi ilə əlaqədar olaraq vəzifələrindən azad edilərə

15.04.2024 405
.

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (küll

15.04.2024 387
.

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini "yararaq" bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar il

15.04.2024 224