Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Röya konsert günlərini dəyişə bilər!
Müğənni sentyabr ayında Yaşıl Teatrda verəcəyi konsertə hazırlaşır.

Xəbər verdiyimiz kimi, Röya sentyabr ayında Yaşıl Teatrda konsert verəcək. Hamiləliyinin son dövrünə təsadüf edəcək həmin konsertin düz dörd gün olacağı haqqında da məlumatınız var.

Röyanın konsert günlərinin tarixi dəyişdirilə bilər. Belə ki, indiyədək mediaya açıqlanan 17, 18, 19, 20 sentyabr tarixləri Ramazan ayının son günlərinə təsadüf etdiyindən, konset bir neçə gün gecikdirilə bilər. Bu barədə məluma müğənninin prodüseri Kənan verib. Onun sözlərinə görə, hazırda Röya özü ciddi şəkildə konsertə hazırlaşır və konsertin uğurlu keçəcəyinə də inanır. Kənan onu da əlavə edib ki, sentyabrın sonunda havaların necə olacağı da konsertin baş tutma tarixlərinə təsir edə bilər.

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaAysel Teymurzadə hansı xalq artistinə meydan oxumağa hazırlaşır?
Aysel Teymurzadənin ilk albomu "Warner Music" şirkətində hazırlanacaq!
"Eurovision" təmsilçimizin Slovakiyaya səfəri gözlənilir.


Başa çatmaqda olan iyul ayında Türkiyədə səfərdə olan Aysel Teymurzadə yaxın vaxtlarda yenidən bu ölkəyə gedəcək. Gənc müğənni dünya şöhrətli türk həmkarı Tarkanla oxuyacağı duet planını reallaşdırmaq üçün qardaş ölkəyə üz tutacaq. Türkiyədə xoş rəftarla qarşılandığını bildirən Aysel qeyd edib ki, Tarkan onun ünvanına olduqca xoş sözlər deyib. Ayselin sözlərinə görə, onun Türkiyədə konsert verməsini çox arzulasalar da, albomu hazır olanadək bu mümkün olmayacaq. "Eurovision" təmsilçimiz bildirib ki, bundan sonra onun bütün işlərini "Warner Music" şirkəti həyata keçirəcək. Həmin şirkətin Henrik Ulman adlı nümayəndəsi Ayselin prodüseri olacaq. Müğənni onu da əlavə edib ki, yaxın günlərdə Slovakiyaya yola düşəcək. Onun bu ölkədə konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.

"Eurovision" mahnı müsabiqəsindən sonra bir çox tanınmış bəstəkarlar Aysel Teymurzadə üçün mahnılar yazmağa başlayıb. Bəstəkarlardan biri də Hüseyn Abdullayevdir. O, gənc müğənni üçün yeni mahnı yazıb. Aysel Teymurzadə həmin mahnını yaxın vaxtlarda təqdim edəcəyini bildirib: - "Bu mahnının adı "Azərbaycan"dır. Mən bu mahnını çox bəyənmişəm. Yaxın vaxtlarda tamaşaçılar yeni mahnımı dinləyəcəklər!"

Xatırladaq ki, Azərbaycanla bağlı mahnıların arasında məhz, Hüseyn Abdullayevin müəllifi olduğu və Zülfiyyə Xanbabayevanın oxuduğu "Azərbaycan" mahnısı öz populyarlığı və kütləviliyi ilə seçilir. Aysel eyni müəllifin eyni adlı yeni mahnısını ifa edərkən, xalq artistinə meydan oxuya biləcəkmi?! Bunu zaman göstərəcək!

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaXalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı ana olub!

Xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşının dünyaya uşaq gətirməsi ilə bağlı mediada yayılan xəbərlər həqiqətə uyğun deyil.Nigar Topçubaşova 6 aylıq uşağını bir ay əvvəl itirib. Onun qardaşı Rüfət İsmayılov isə bacısının ana olması haqqında verilən sualları cavablandırmaq istəməyib. Xatırladaq ki, xalq artisti Faiq Ağayevlə boşanandan sonra Nigar Topçubaşova ötən il Ruslan adlı iş adamı ilə ailə həyatı qurub.

Qeyd edək ki, etibarlı mənbənin məlumatına görə, Faiq Ağayevlə evli olduğu müddətdə də, Nigar Topçubaşova iki dəfə uşaq salıb.

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaMadonna İstanbulda yəhudi məclisində oxuyacaq!
Dünya ulduzu Atatürkün Anıt Qəbirini də ziyarət edəcək.


Hər zaman konsertinə minlərlə insanı toplaya bilən dünya ulduzu Madonna İstanbula gələcək. Müğənni İstanbulun ən böyük arenası hesab olunan "Atatürk" stadionunda konsert proqramı ilə çıxış edəcək.
Ttürk mediasına istinad edərək xəbər verir ki, Madonnanın İstanbuldakı konserti təşkilatçılara 3 milyon 250 min dollara başa gələcək. Konsertə biletlərin qiyməti isə 250-1200 türk lirəsi arasında olacaq ki, bu da bizim pulla təxminən, 125-600 manat edir. Türk mediası yazır ki, Madonna konsertdən sonra Ankarada Atatürkün Anıt Qəbirinə də (mavzoley) baş çəkəcək.
Dünya ulduzunun İstanbulda olarkən, yəhudi milyonerlərindən birinin məclisində çıxış edəcəyi də bildirilir. Madonnanın avqustun 7-də Türkiyəni tərk edəcəyi ehtimal edilir.

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaİzzət Bağırovdan Maykl Ceksona xatirə jesti!

Hər zaman öz kliplərində "romantik və qəmli" baxışları, dərdli davranışları ilə yadda qalan İzzət Bağırov sonuncu klipində yeni obraz canlandırıb.Müğənni söz və musiqisi Nazimə məxsus olan "Heç kim sevəməz səni" mahnısına klip çəkdirib. Klipmeyker Nail Naiboğlu klipin qrafika ilə yığıldığını bildirib. Onun sözlərinə görə, İzzətlə ikinci işi olmasına baxmayaraq, müğənni ilə ortaq dil tapmaqda çətinlik çəkib. Nail deyib ki, adətən, İzzət bahalı villalarda çəkdirdiyi kliplərlə yadda qalsa da, bu dəfə onu pavilyonda çəkə bilib. Hətta, iki peşəkar rəqqasənin də çəkildiyi klipdə nə qədər təəccüblü görünsə də, müğənni seksual pozalar verib. Artıq hazır olan klipin ən yadda qalan məqamlarından biri də, İzzət Bağırovun Makyl Ceksona jest etməsi olub. Belə ki, müğənni klipdə mərhum pop kralının xatirəsinə onun kimi qara şlyapa qoyub.

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaYeganə toya hazırlaşır!

Türkiyədə yaşayan və qardaş ölkənin şou-biznesində maraqlı, yaddaqalan layihələrə imza atan və hər çıxışında Azərbaycanı təmsil etdiyini deməyi unutmayan Yeganə Bakıdadır.
Məlumata görə, bir neçə günlük Vətəninə gələn Yeganə elə yenilikləri ilə bağlı yerli media mənsublarını da məlumatlandırmağı unutmayıb. Müğənni Türkiyədə yeni klipinin də artıq nümayişinə başlandığını deyib. Bu klip isə Yeganənin türkiyəli həmkarı Doğuşla birgə ifa etdiyi, elə sözü və musiqisi də Doğuşa məxsus olan "Her kesemi evet" mahnısına çəkilib. Klipdə də azərbaycanlı müğənninin tərəfmüqabili Doğuşun özüdür.
Kliplə bağlı ətraflı məlumat verən Yeganə deyib ki, bu klipdə onun tərəfmüqabili olmaq təklifi də məhz Doğuş tərəfindən gəlib. Doğuşla işbirliyinin çox uğurlu olduğunu xüsusi vurğulayan Yeganə sözügedən həmkarı ilə gələcək əməkdaşlığının olacağını da istisna etməyib. Klip çəkilişlərindən sonra isə Yeganə və Doğuş birgə Almaniyanın Frankfurt və Köln şəhərlərində də konsert proqramı ilə çıxış ediblər.
Almaniya səfərindən sonra isə sənətçi az da olsa istirahət etmək məqsədi ilə bir neçə günlük Vətənə gəlib: "Bütün yorğunluğumu ancaq öz Vətənimdə atıram. Başqa məkanda istirahət edə bilmirəm. Burada ailəmlə birgə bir neçə gün keçirmək mənim üçün hər bir istirahətdən daha üstündür".
Onu da öyrəndik ki, uğurla Azərbaycanı hər çıxışında təmsil edən Yeganə bu həftə sonu yenidən Türkiyəyə qayıdacaq. Belə tez geri qayıtmasının səbəbi isə Yeganənin yaradıcılıq yenilikləri ilə bağlıdır. Belə ki, artıq bir müddətdir ki, danışıqları gedən televiziya layihəsi məhz bu ərəfədə həll olunacaq. Yaxın vaxtlarda Yeganənin Türkiyənin hansı televiziyasında aparıcılıq edəcəyi məlum olacaq.
Xatırladaq ki, müğənni sözügedən layihə ilə bağlı Türkiyənin bir neçə televiziyasından dəvət alıb, ancaq hazırda seçim aparır. Sentyabrda ad gününü qeyd edəcək Yeganə doğum gününü Türkiyədə keçirəcəyini etiraf edib. Bunun səbəbi isə həmin ərəfədə onun işinin çoxluğudur. Sənətçi elə doğum günü ərəfəsində yeni, üçüncü albomunun hazırlıqlarına başlamağı qarşısına məqsəd qoyub. Bu qədər işin arasında müğənni şəxsi həyatında da yenilik edəcək.
Müqəddəs Ramazan ayından sonra Yeganə, bir müddət əvvəl elə bizlərin qarşısında söz verdiyi kimi toy edəcək. Sənətçi bu ilin oktyabrında ailə həyatı quracaq. Sənətçi həm Azərbaycan, həm də Türkiyədəki dostları üçün hər iki ölkədə toy etməyi düşünür. Bəyin kimliyini açıqlamayan Yeganə gələcək həyat yoldaşının kim olduğunu ilk dəfə olaraq, məhz toya təşrif buyuracaq qonaqların görəcəyini deyib. Həmin qonaqlar sırasında isə toya dəvət olunacaq yerli media media mənsubları da olacaq.

 Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaHazırda həbsdə olan repçi Hüseyn Dərya boşanıbmı?
Repçinin həyat yoldaşı açıqlama yayıb.


Bir müddətdir həbsdə olan repçi Hüseyn Dəryanın boşanması haqqında müxtəlif şayiələr yayılıb. Repçinin boşanması haqqında yayılan xəbərlər dezinformasiyadır. Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım qəzetə verdiyi açıqlamada şayiələrin kimin tərəfindən və hansı məqsədlə yayıldığını bilmədiyini deyib: - "Hüseynlə ailə həyatı qurandan sonra bizim ciddi problemimiz onun həbs olunması ərəfəsində olmuşdu. O məni hər şeyin yolunda getdiyinə inandırdığı ərəfədə həbs olundu. Bu hadisə məni çox təsirləndirdi və bizim mübahisəmiz yarandı. Lakin ayrılmaq barədə heç vaxt düşünməmişik. Səbirsizliklə yolunu gözləyirəm. Bu ərəfədə söz yayıb məni sındırmaq istəyənlər istəklərinə nail ola bilməyəcəklər!"

Xatırladaq ki, Hüseyn Dərya ötən il, dekabrın 2-də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Repçi barəsində Azərbaycan Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Bu ilin martında isə məhkəmənin qərarı ilə repçi 1 (bir) il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15126   Tarix: 01 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun oxuduğu SONUNCU TOY - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

16:38 0
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 8186
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

19.04.2024 301
.

Zümrüd sevgili iddialarına aydınlıq gətirdi

Aparıcı Zümrüd Bədəlova müğənni Elvin Babazadə ilə haqqında çıxan xəbərlərə aydınlıq gətirib. OLAY yazır ki, o, bu haqda "Xəbər ətər" verilişində danışıb. "Elvin dostluğa, çox istədiyi adamlara qarşı başqa cürdür. Sevgisini gizlədə bilmir. Xoşu gəlməyən adamlara olan kinini də gizləd

10:34 434
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1726
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1087
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 6109
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1064
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 856