Səni haramla sevsəm?

Səni ayaqlarımlamı sevsəm?

Hər gün məni səni görməyə aparan o ayaqlarlamı, sənə doğru yerimək istədiyimdə o məni qaçmağa məcbur edən ayaqlarımlamı.

Səni gormək həvəsi ilə məni sənə sürükləyən o ayaqlarımlamı.

İməkləyən körpənin yeriməyə can atması kimi yorğun bədəni sənə doğru sürükləyən ayaqlarımlamı???
Səni haramla sevsəm?Səni əllərimləmi sevsəm?

Hər sənə toxunduğunda geri çəkilmək istəməyən, səndən sonra heç bir yerə toxunmaq istəməyən əllərimləmi?

Hər əlindən tutduğumda həyəcandan əsən, hər sənə uzadılanda geri çəkilmək istəməyən əllərimləmi?

Səni haramla sevsəm?Səni gözlərimləmi sevsəm?

Səndən başqa heç kəsi görməyən, hər baxdığı yerdə səni görən o gözlərimləmi sevsəm?

Baxdıqca doymayan, bir körpənin şaşqınlıqla anasına baxdığı o gözlərləmi səni sevsəm?

Gözlərimi açanda baxdığım hər şeydə səni görən, yumunca gözlərimin önünə gələn o gözlərləmi sevsəm?

Səni haramla sevsəm?Səni dilimləmi sevsəm?

Dilimdən adın düşməyən, hər gözəllikdə sənin adını sadaladığı bu dilimləmi sevsəm?

Hər yerdə sevginin ali qüvvə olduğunu və mənim də sevdiyimi söyləyən o dilimləmi sevsəm?

Səni haramla sevsəm?Səni qulaqlarımlamı sevsəm?

Səndən eşitdiyim hər kəliməni qulağında sırğa edən ,bütün səsləri səssiz edib də sadəcə səni eşitmək istəyən qulağımlamı sevsəm?

Artıq heç bir nfrət, iztirab, xəyanət eşitmək istəməyən,ancaq sənin adını,sənin səsini eşitmək istəyən,sevgi səslərinə açıq olan bu səsimləmi səni sevsəm?

Hər dinlədiyim romantik musiqidə səni axtaran qulaqımlamı səni sevsəm?

Səni haramla sevsəm?Səni dodaqlarımlamı sevsəm?

Səni bir öpməyimlə ən böyük neməti hiss edən, ən böyük şirinliyi dadan o dodaqlarımlamı sevsəm?

Sanki arı şanından təzə çıxmış təzə bal kimi şirin və təravətli olan o hissləri hiss edən dodaqımlamı sevsəm?

Səni haramla sevsəm?Səni burnumlamı sevsəm?

Dünyanın bütün ətirlərini səndən alan, sənin qoxunu heç vaxt unutmayan burnumlamı sevsəm?

Istər ən çirkin yerdən,istər dünyanın bütün güllərinin olduğu yerdən keçsəm belə uzun məsafələrdən sənin ətrini hiss edən o burnumlamı sevsəm?

Səni haramla sevsəm?Səni urəyimləmi sevsəm?

Hər döyündüyündə sənin adını çəkən, hər döyüntüsünün mənasında sən olan urəyimləmi sevsəm?

Sevginin simvolu olan, kimsəyə yer verməyən o ürəyimləmi səni sevsəm?

Səni haramla sevsəm?Səni damarlarımdakı qanımlamı sevsəm?

Bütün vücudumu qidalandıran,hər yerimə enerji və qida daşıyan o qanımlamı sevsəm?

Bitməyən,tükənməyən, varlığımı yaşadan o qanımlamı sevsəm səni?

Səni haramla sevsəm?Səni ciyərimləmi sevsəm?

İçimə nəfəs verən, mənə həyat verən, yaşamın hər anını mənimlə paylaşan ciyərimləmi sevsəm?

Sən olmayanda nəfəs almağa çətinlik çəkdiyim, sanki boğulur kimi olduğum,amma sənin olduğun yerdə cənnət havası aldığını hiss edən ciyərimləmi sevsəm?

Səni haramla sevsəm?Səni beynimləmi sevsəm?

İçində sadəcə sən və sən olan,sadəcə səni düşünən…

Hər elmin,hər yeniliyin sonunda sən olduğunu anlayan

Və bütün gözəlliklərin səndə olduğunu qəbul edən beynimləmi sevsəm?

Səni haramla sevsəm?Səni vücudumlamı sevsəm?

İstər dərisi soyulsun, istər yandırılsın,amma yenə də sənə aid olan bu vücudumlamı sevsəm?

Səni haramla sevsəm?Səni ruhumlamı sevsəm?

Nə gözlərim,nə ayağım,nə ürəyim,nə də damarımda axan qanım olmasa da belə səni sevən o ruhumlamı sevsəm?...mən cismən ölsəm belə o səni sevsin..

Səni haramla sevsəm?

Müəllif: Tural İsayev

BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 9117   Tarix: 30 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş