Britney Spears , Charlize Theron, Nikolas Sarkozi

Britney Spears , Charlize Theron, Nikolas Sarkozi


Britney Spears yəhudi dinini qəbul etmək isdəyir

Tanınmış müğənni Britney Spears yəhudi dinini qəbul etmək niyyətindədir. Böyük Britaniyanın «Sun» qəzetinin verdiyi xəbərə görə, bu səbəbdən müğənni müvafiq prosedurdan keçməyə hazırlaşır.

Spears i bu addımı atmağa sövq edən başlıca amil onun yeni sevgilisi JaysonTravikin yəhudi köklərə malik olmasıdır. Müğənninin şəxsi meneceri olan Travik Britaniya yəhudisidir.

Qeyd edək ki, bu, Britney Spearsin yəhudi dinini qəbul etməsinin ikinci cəhdidir. Birinci dəfə müğənni 2005-ci ildə Madonna ilə görüşdən sonra bu fikrə düşmüşdü. Lakin sonradan nədənsə Spears planlarını dəyişmək qərarına gəlmişdi

Britney Spears , Charlize Theron, Nikolas Sarkozi Charlize Theron komaya düşüb

Oskar mükafatlı aktrisa, 4 gündür reanimasiya şöbəsində müalicə edilir
Amerikan National Enquirer jurnalının məlumatına görə, oğlan dostuyla xarici ölkələrdən birinə tətilə gedən aktrisa, Los Angelesdəki evində xəstələnib. Yüksək hərarət və qarın ağrısı şikayətilə Cedars Sinai xəstəxanasına aparılan aktrisanın vəziyyəti daha da pisləşib. Əvvəlcə qida zəhərlənməsi diaqnozu qoyulan Theronun vəziyyətində heç bir dəyişiklik müşahidə olunmayıb. Qan analizləri zamani bilinməyən bir virus aşkar edilib. Reanimasiya şöbəsinə alınan aktrisanın antibiotik müalicəsi aldığını deyən həkimlər, xəstəlik haqqında təfərruatlı bir məlumat verməyib.

Aktrisanın oğlan dostu Stuart Townsendin reanimasiya bölməsinin qapısından bir an olsun ayrılmadığı və aktrisa üçün çox narahat olduğu bildirilib. Townsend yaxınlarına "Həkimlər ona nə olduğunu hələdə anlamır. Çox sayda testlərin edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Mənə sadəcə "vəziyyəti ağırdır" deyirlər. Charlize neçə gündür ki, huşsuz halda yatır onun heç vaxt xəstələndiyini və ya sağlamlığı barədə şikayət etdiyini eşitməmişəm. Ölməyindən çox qorxuram" deyib.

Britney Spears , Charlize Theron, Nikolas Sarkozi Sarkozi və həyat yoldaşı Karla Bruini

Farnsa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruniyə hiss etdiyi eşq artıq sərhəd tanımır
Fransa prezdentinin maliyyə böhranı olmasına baxmayaraq sifariş etdiyi, prezident üçün nəzərdə tutulan 3 xüsusi təyyarəsindən ilki olan "Dassault Falcon 7x model " 75 milyon dollarlıq super lüks təyyarə dünən təslim edilib. Sarkozi təyyarənin adı nə olacaq sualına heç düşünmədən "Karla" deyə cavab verib. Sarkozinin bu istəyinə gör "Fransa dövləti" yazısını daşıyan təyyarənin gövdəsinə təyyarənin adı olaraq "Karla one" (Karla bir) yazdırılıb.

Prezidentin bu təyyarəsi paytaxt Paris yaxınlığındakı Villacoublay bölgəsindəki gizli bir anqarda saxlanılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9167   Tarix: 31 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939