Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında


Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaRöya və Rəhim Rəhimli cəbhə bölgəsinə turneyə çıxacaq

Ana olmağa hazırlaşan Röya Ayxan gələn həftə Rəhim Rəhimli ilə sərhəd rayonlarına və cəbhə bölgələrinə turneyə çıxacaq. Sənətçilərə "Klan-A-Plan" rep qrupu və gənc müğənni Samrina da qoşulacaq. "İstiot"un məlumatına görə, müğənniləri media nümayəndələri də müşayiət edəcək.
Turne başa çatdıqdan sonra isə Röya hamilə halda telekanalların birində yarışma proqramı aparacaq. Sənətçi həftədə bir dəfə canlı efirə çıxacaq və telefon bağlantısı yaradaraq tamaşaçı ilə yarışacaq.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaRəşad İlyasov "Uşaqları qoruyaq" adlı klip çəkdirir

Rəşad İlyasov bəstəkarı Novruz Aslana, sözləri isə Gülnur Aslana məxsus olan "Uşaqları qoruyaq" adlı mahnını ekranlaşdıracaq. Müğənninin sözlərinə görə, ekran işi rejissor Günel Şakirə həvalə olunub: "Belə bir klip ərsəyə gətirmək 2-3 il bundan öncədən planımda vardı. Belə bir layihəyə imza atmaq bir valideyn kimi mənim üzərimə düşür, çünki bu kriteriyalara mən cavab verirəm. Amma bəzi səbəblərdən klipi Uşaqlar Gününə qədər ekranlaşdıra bilmədik. Düşünürəm ki, bu ilin "Uşaq ili" elan olunması ilə bağlı ekran əsəri hələ də aktualdır". Qeyd edək ki, klip təbiət qoynunda çəkiləcək.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaİradə İbrahimovanın boşanma xəbəri yayılıb

Yenicə evlənən, toyu dillərdən düşməyən populyar müğənni İradə İbrahimovanin həyat yoldaşı Ceyhundan boşanmağa hazırlaşması barədə xəbərlər yayılıb.
Deyilənə görə, müğənninin bal ayı bitməmiş, həyat yoldaşı ilə aralarında sərinlik yaranıb. Evlilyini sürdürmək istəmyən müğənni boşanmaq barədə düşünməyə başlayıb. Lakin İradə İbrahimova RİA-ya açıqlamasında bəzi televiziyaların yaydığı bu xəbərləri şayiə adlandırıb. Xəbərin yalnış olduğunu deyən müğənni evlilik həyatından məmnun olduğunu və özünü çox xoşbəxt hiss etdiyini söyləyib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaMəleykə Əsədovanin veb-saytı hazırlanır

Rejissorlardan filmlərə, seriallara çəkilmək dəvəti alan aktrisa hələ ki götür-qoy edir. Deyir, sadəcə efirdə görünmək xatirinə filmə çəkilmək istəmir: "Mənə ssenarilər təqdim edirlər, oxuyuram və imtina edirəm. Vallah, bu, kapriz deyil. İstəyirəm səviyyəli ssenari, keyfiyyətli iş olsun. Bilirsiz ki, Azərbaycanda ekranlaşdırılan ilk teleseriala çəkilmişəm. "İtkin gəlin"də baş qəhrəman olan Əfsanə obrazını yaratmışam. İndi durub səviyyəsiz bir seriala çəkilə bilmərəm". Gələn ay şəxsi saytını təqdim edəcəyini deyən Məleykə Əsədova, onu sevənlərin bu sayta daxil olmaqla, onun haqqında bütün məlumatları əldə edə biləcyini bildirib. Yay tətilinə gəlincə, bu il o, qızı Gülərlə birgə Amerika Birləşmiş Ştatlarında istirahət edəcək.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaZülfiyyə Xanbabayevaya təyyarə hədiyyə edildi

Azərbaycanın tanınmış estrada ulduzu, respublikanın xalq artisti Zülfiyyə Xanbabayevaya təyyarə hədiyyə olunub. Bu şok hədiyyə müğənniyə həyat yoldaşı tərəfindən verilib. Müğənninin şəxsi səyahətləri üçün nəzərdə tutulan təyyarənin üstündə onun adı - "Zülfiyyə" sözü həkk olunub.Bu günə qədər şou ulduzlarının ən bahalı avtomobil yarışına girdikləri bəlli idi. Görünür indən belə şəxsi təyyarələr dəbə minəcək. Görəsən ikinci kim olacaq?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13049   Tarix: 18 iyun 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042