Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Pakistanda uşaqlar üçün iftar süfrəsi açılıb

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Pakistanda uşaqlar üçün iftar süfrəsi açılıbAzərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş nazirinin katibliyi nəzdində fəaliyyət göstərən "Pakistan Sweet Home" Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baraha Ko şəhərində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın birinci xanımı Nüsrət Parvez Aşraf və qızı, Baş nazirin müşaviri Şahnaz Vazir Ali, "Pakistan Sweet Home" Fondunun icraçı direktoru, tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli Assambleyasının üzvləri, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən humanitar, təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilib və Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edilməsi qeyd olunub.

Həmçinin bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürək əməliyyatları aparılıb, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber Göz Fondunun yeni binasının inşası üçün maddi yardım edilib.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın birinci xanımı Nüsrət Parvez Aşraf Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi layihələrə, həmçinin Ramazan ayında kimsəsiz uşaqlara iftar süfrəsi təşkil etdiyinə görə dərin minnətdarlığını bildirib və bu aksiyanın uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək olduğunu vurğulayıb.
Pakistan Baş nazirinin müşaviri xanım Şahnaz Vazir Ali öz müraciətində Mehriban xanım Əliyevanın təşkil etdiyi genişmiqyaslı aksiyanı təqdirəlayiq adlandıraraq digər təşkilatları da bu təşəbbüsə qoşulmağa çağırıb.

"Pakistan Sweet Home" Fondunun icraçı direktoru Zamurad Xan mərasimdə çıxış edərək Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Ramazan sevincini kimsəsiz uşaqlarla bölüşdüyünə görə minnətdarlığını bildirib.

Konsert proqramı zamanı Pakistanın PTV dövlət televiziyası mərasim iştirakçılarından canlı yayımda müsahibələr alıb.

Tədbirin sonunda hər bir uşağa hədiyyə təqdim edilib.

Bahara-Ko-da keçirilmiş tədbir "PTV", "ARY TV","Navai Vakt", "ATV", "Express News", "GEO NEWS", "CNBC Pakistan", "Aaj News","Dunya News", "Channel-5" televiziya kanalları tərəfindən nümayiş etdirilmiş, "Navai Vakt", "Daily Janq", "National Herald Tribune", "Pakistan Observer", "Daily Times", "The Nation", "Frontier Post", "Daily Statesman" qəzetlərində, "APP","Lahore Times", "DNA News", "Online news" informasiya agentliklərinin buraxılışlarında, həmçinin "Al-Bab" strateji araşdırmalar institutunun bloqunda dərc edilib.
menbe:milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2135   Tarix: 13 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0