Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Aysel Teymurzadə Tarkanın təklifindən imtina etdi,amma Kənan Doğulunun duet təklifini qəbul etdi

"Eurovision-2009"da Azərbaycana 3-cü yeri qazandıran Aysel Teymurzadə və Araş yenidən bir sıra layihələrlə bir araya gələcəklər.Aysel Teymurzadənin bildirdiyinə görə, son bir həftədə onlarla yaradıcılıq təklifləri alıb. Lakin o bunların bir neçəsindən imtina etmək məcburiyyətində qalıb. Onun üçün təkliflərdən ən əsası Tarkanla duet əməkdaşlığı və meqastarla birgə səhnədə oxumaq idi. Lakin əvvəlcədən planlaşdırılan Moskva səfəri bu ideyanın gerçəkləşməsinə imkan yaratmayıb: "Təklif Tarkanın özündən gəlmişdi. O, İstanbulda verəcəyi konserti mənimlə birlikdə oxumaq istəyirdi. Bu tarix iyunun ilk günlərinə təsadüf etdiyindən mən razılaşmamaq məcburiyyətində qaldım. Ona görə ki, həmin tarixdə mənim Araşla birlikdə Moskvada konsertimin keçirilməsi planlaşdırılıb. Bunun üstündən xətt çəkə bilmərəm. Tarkanla isə əməkdaşlığımın yaxın gələcəkdə reallaşacağına inanıram".

Ayselin əlavəsinə görə, oxşar təklifi ona türkiyəli müğənni Kənan Doğulunun prodüseri edib. Müğənninin istək və arzularını Ayselə çatdıran prodüser ondan müsbət cavab ala bilib. Məlum olub ki, cütlüyün tezliklə birgə duet mahnıları yazılacaq və bu, toplu şəklində satışa çıxarılacaq. Kənan Doğulu ilə əməkdaşlığına çox sevinən Aysel Teymurzadə onun da Araş kimi bir çox ölkələrdə tanındığını və sevildiyini deyir.

"Eurovision" finalçısının yaxın gələcək üçün nəzərdə tutulan yaradıcılıq planları genişdir. Belə ki, isti yay aylarında müğənni həmkarı Araşla birlikdə Yunanıstan, London, İsveçrə və bir sıra şəhərləri dolaşacaq. Danışıqları artıq başa çatdırılıb və həmin şəhərlərdə hər iki müğənninin geniş konsert proqramı təşkil ediləcək. Həmsöhbətim bildirdi ki, nəzərdə tutulan konsertlərin tarixi onun və Araşın boş qrafikinə uyğunlaşdırılır. Aysel bildirdi ki, İsveçrəyə səfəri zamanı Araşın ailəsi ilə yaxından tanış olacağı da gözlənilir: "Eurovision"un finalı ərəfəsində Araşın nişanlısı onun yanında idi. Əslən iranlı olan həmin xanımla tanış olmuşam. Araşın valideynlərini isə yaxından tanımıram. O mənə söz verib ki, İsveçrə səfərində bizi görüşdürəcək".

Aysel Teymurzadə Azərbaycanın bayrağını hələ uzun müddət uzaq ölkələrdə dalğalandırmağı düşünür. Onun bu sıradan növbəti layihəsi uzun zamandır çalışdığı bəstəkar İsa Məlikovla birlikdə həyata keçiriləcək: "Hazırda bu layihə üzərində hazırlıq işləri gedir. Burada mənimlə yanaşı, bir sıra musiqiçilər də çalışır. Bu işin başlanğıcı olaraq yeni mahnılar yazılır və onlar yaxın həftələrin birində radio dalğalarında səsləndiriləcək. Növbəti mərhələlər isə daha gərgin olacaq. Eyni zamanda, bunların uzaq ölkələrdə tanıtımı üçün xeyli işlər görmək lazım gələcək".

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaSamirlə Elnur səhnəyə qayıdır!

Cütlük Gövhər Həsənzadənin yeni musiqisini Avropaya təqdim edəcək

Gövhər Həsənzadə uzun müddətdir ki, hazırladığı müzikli artıq yekunlaşdırmaq üzrədir. Bəstəkarın sözlərinə görə, bu müzikli ötən il Azərbaycanı "Eurovision"da təmsil edən Elnurla Samir Avropada təqdim edəcəklər: "Müziklin əsas hissələri hazırdır. Çətin prosesləri geridə qoymuşuq. Artıq onu geniş kütləyə sərgiləmək üçün Avropaya üz tuturuq. Növbəti gərgin mərhələ isə onu təqdim etməkdən ibarətdir. İnanıram ki, onlar bunun öhdəsindən layiqincə gələcək və Avropada bunu qəbul etdirə biləcəklər. Amma müzikl texniki imkanlar çərçivəsində səsləndiriləcək. Onu da qeyd edim ki, layihəni öncə mətbuat işçilərinə təqdim etməyi düşünürük".

Söhbətdən bəlli oldu ki, musiqili layihədə Samir və Elnurla yanaşı, bir çox müğənnilərin ifasına da yer ayrılıb. Gövhər xanım hələlik Röyanın adını çəkərək onun iştirakının tərəddüdsüz olduğunu söylədi: "Digər müğənnilərin səs imkanları layihə ilə uyğunluq təşkil etməlidir. Bu səbəbdən seçim aparmaq məcburiyyətindəyik. Ola bilsin müğənnilərlə yanaşı, hansısa qrupun iştirakını da nəzərdə tutaq".

Xatırladaq ki, müzikli yazmaq Gövhər Həsənzadəyə Musiqili Komediya Teatrının rəhbərliyi tərəfindən sifariş olunub. Gövhər Həsənzadə bildirdi ki, bu üzdən də layihənin öncə teatrda nümayişi vacibdir: "Hansısa təşkilat müziklin səhnələşdirilməsini öz üzərinə götürsə, təbliğat işində o qurumun təklifləri də nəzərə alınacaq".

Sonda Gövhər xanım bildirdi ki, növbəti çıxışları ilə Samir və Elnur Avropanı yenidən təəccübləndirməyi bacaracaqlar: "Bəzi ölkələr müziklin məhz onlar üçün səsləndirilməsinin marağındadır. Artıq indidən bu tələbatı hiss etməyə başlamışıq. Bu gün Avropanı peşəkarlıq və bir qədər də müasir elementlərlə maraqlandırmaq mümkündür. Müzikli yazarkən bu tələbləri nəzərə almışam. Eyni zamanda, musiqini dinləyən hər bir əcnəbi musiqidəki şərq elementlərini açıq şəkildə duya biləcək. Biz musiqi gücümüzü onlara göstərməliyik. Avropalıya öz musiqisini göstərmək isə yenilik hesab olunmur".

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaGənc müğənni Amal «AVROVİZİON»A iddialıdır

Amal: "Yarışmada ötənilki çıxışımızı daha uğurlu sayıram"

Klip: «Azərbaycanın «Avrovizion 2009»-dakı çıxışı, seçilən mahnını kifayət qədər uğurlu sayıram. Amma məncə Elnurla Samirin ifasında ötənilki çıxışımız daha maraqlı və uğurlu idi». Bu sözləri Klip.az-a açıqlamasında gənc müğənni Amal söyləyib. Bir müddətdir ki, Türkiyədə yaşayan müğənni yenidən səhnəyə qayıdaraq, gələn il Norveçdə keçiriləcək «Avrovizion» yarışmasında iştirak etmək niyyətini açıqlayıb: «Mən bu ilki seçimlərdə də iştirak edib, müxtəlif mərhələlərdən keçmişəm. Amma bu dəfə fikrim qətidir. Düşünürəm ki, həm səs rəngim, həm də görünüşüm bu yarışmanını tələblərinə cavab verir».

Azərbaycandakı müğənnilərin başlarının toylarda pul qazanmağa qarşıdığın deyən Amal özünün hal hazırda bir sıra ciddi mahnılar üzərində işlədiyini vurğuladı.

Amalın sözlərinə görə, o bundan əvvəl də bir sıra beynəlxalq musiqi yarışlarının qalibi və laueratı olub. Qazaxıstan, Türkiyə, Rusiya, Ukraynada təşkil olunan müxtəlif yarışmalarda fərqlənən Amal eyni zamanda Yay festivalında da 2 il ard-arda «ən uğurlu müğənni» adına layiq görülüb.

Xatırladaq ki, Amal musiqi təhsilini Rusiyada, Alla Puqaçova, Flipp Kirkorov kimi tanınmış müğənnilərin oxuduğu akademiyada alıb.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaManeken Nigar Talıbovaya "dilini qopardaram!" dedilər

Həmkarları məşhur manekenin açıqlamalarına sərt cavab verib

Türkiyədə yaşayan azərbaycanlı maneken Nigar Talıbovanın "Bugün" qəzetinə verdiyi açıqlamalar podium aləmində səs-küy yaradıb. Talıbovanın "həmkarlarım zəngin kişi axtarışına çıxıb"açıqlamalarından sonra həmkarları onun haqqında müxtəlif fikirlər səsləndirib.
Manekenlərin bir çoxu Nigarın fikirlərinə qatılsa da, bu qədər sərt dillə tənqid etməsini düzgün hal hesab etməyib.
Eşq dedi-qoduları ilə mətbuatın gündəmində olan məşhur maneken Aysu Bacaoğlu isə Nigarın açıqlamalarına sərt ismarıcla cavab yollayıb: "Bu peşənin sahibi olub, lakin işini bəyənməyən insanlara nifrət edirəm. Varlı kişi ilə birlikdə olmayıb, bulka satan axtarmayacağıq ki! Nigar manekenlər arasında əxlaq dərsi verməyi unudub, dövlətə nə qədər vergi verdiyini söyləsin. Heç kimə dostlarım haqqında bu cür danışmağı icazə vermərəm. Danışsa, dilini qopardaram!"

Nigar Talıbova Eurovisionda

Bir müddət Gizəm Özdilli və Doğa Bəklərizlə "Adrenalin" adlı musiqi qrupunda yer alan Nigar Talıbova, yaxın 2 ildə "Eurovision"da Azərbaycanı təmsil edə biləcəyini söyləyib.
Aysel ve Araşın mahnısı ilə Azərbaycanın 3-cü olmasının vətənində böyük bir sevinc yaşatdığını bildirən Nigar "Bakıdan və Türkiyədən albom təklifləri alıram. "Eurovision"a marağım var. Kənan və Ozan Doğulu qardaşları ilə çalışaraq, Azərbaycana birinciliyi gətirə biləcəyimə inanıram", - deyə planlarını açıqlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10873   Tarix: 05 iyun 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964