Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaAysel Teymurzadə: "Bu dəqiqə təhsilim hər şeydən vacibdir"

"Araşın bəstələdiyi mahnıları oxuyacağam"

Moskvadakı 54-cü "Eurovision" yarışmasının 3-cüsü olan Aysel-Araş cütlüyünün işbirliyi davam edəcək. SİA-nın məlumatına görə, Aysel yarışmada türk dünyasından da tam dəstək aldığını bildirib.
Azərbaycan Dillər Universitetindəki (ADU) təhsilinin hər şeydən vacib olduğunu söyləyən Aysel, təhsillə bərabər musiqi ilə də məşğul olacağını qeyd edib. " Önümüzdəki günlərdə çox yaxşı işlər görəcəyik", - deyən 20 yaşlı müğənni Araşın bəstələdiyi mahnıları ifa edəcəyini vurğulayıb.
Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaAraş Azərbaycanda evlənmək istəyir

"Bizi musiqi birləşdirir. İfa etdiyimiz mahnılar bir-birinə yaraşır"

Müğənni Araş "Eurovision 2009" mahnı müsabiqəsində birgə çıxış etdiyi Aysel Teymurzadə ilə münasibətlərinə aydınlıq gətirib.
Mənbələrin məlumatına görə Araş nişanlı olduğunu açıqlayıb. O, toyunun gələn il baş tutacağını bildirib.
Əslən İrandan olan müğənni hətta toyunu Azərbaycanda keçirməsinin mümkünlüyünü də dilə gətirib. Bununla yanaşı, Araş Ayselə simpatiyasının olduğunu vurğulayıb: "Ayseli özümə dost bilirəm. Bizi musiqi birləşdirir. İfa etdiyimiz mahnılar bir-birinə yaraşır".

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaTürk müğənnisi Hadisə menecerindən ayrılıb

Menecer sənətçi ilə birgə işləməkdən imtina etdi

"Eurovision" 2009 musiqi müsabiqəsində Türkiyəni təmsil edən Hadisə menecerindən ayrılıb. Menecer Süheyl Atay müğənni ilə işləməkdən imtina edib.
"Eurovision" musiqi yarışması müddətində verilən şərtlər və tənqidlər üzündən bundan sonra Hadisənin menecerliyini etməyəcəm", - deyən S.Atay bildirib ki, bu müddətdə Türkiyədə bənzəri olmayan məşqlər keçirilib və bütün bunlar daxili maliyə vəsaiti hesabına həyata keçirilib.
"Bu müddətdə bizə təklif olunan 120 konsertdən imtina etdik. Yüksək səviyyədə ölkəsini təmsil edərək 4-cü olmasına baxmayaraq, gənc sənətçini komandası ilə birgə tərk edirəm", - deyə menecer bildirib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında
Elza Seyidcahan heyvanlara dəvətnamə göndərəcək

Elariz: "Mənim pişiyim də konsertə getmək istəyir!"

Müğənni və bəstəkar Elza Seyidcahanın 13 iyun tarixində heyvanlara verəcəyi "Tapmaca" adlı konsert artıq müğənni Elarizin diqqətini çəkib. Müğənni Senator adlı pişiyinin onun konsertində tamaşaçı kimi iştirakını təmin etmək istədiyini bildirib. Əlavə edib ki, pişiyinin konsertdə iştirak etmək istədiyini onun hərəkətlərindən anlayır: "Elza xanımla dostluğumuzun tarixi uzun illəri əhatə etdiyi üçün, bilirəm ki, Senatora "yox" cavabı verməyəcək. İnşallah, dəvətnamə bizə çatar və həmin konsertdə pişiyimlə məmuniyyətələ iştirak edərik".
E.Seyidcahan isə onun konsertinə tamaşa etmək istəyən bütün həmkarlarına məxsus olan heyvanlara dəvətnamə göndərmək niyyətindədi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8570   Tarix: 25 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147