Dünya mətbuatı Bakı faciəsi haqqında

Dünya mətbuatı Bakı faciəsi haqqındaDünya mediası aprelin 30-da Azərbaycanda 13 nəfərin ölümünə səbəb olmuş qanlı olaya ad verməkdə çətinlik çəkirlər. "Amerikanın səsi"nin hazırladığı icmala görə, bəzi media vasitələri bu hadisənin terror aktı olduğunu, digərləri isə başqa məqsədlərlə törədildiyini bildirirlər. Nüfuzlu "Times" jurnalı diqqəti ona yönəldir ki, yayılan rəsmi açıqlamalarda hadisənin motivi ilə bağlı heç bir fikir işlədilmir.

"Forbes"in yazdığına görə isə, rəsmilər ümumiyyətlə, bu hadisənin arxasında hər hansı siyasi motivin dayandığını güman etmirlər. "Times"in əməkdaşı Toni Halpin Moskvadan yazır ki, qurbanlar arasında təhlükəsizlik içşisi, xadimə, fakultə rəhbəri və ikisi əcnəbi olmaqla tələbə və professorlar da var. Xüsusi təhlükəsizlik qüvvələri ilkin məlumatdan sonra binaya daxil olublar.

"Los Angeles Times"in müxbiri Meqan Stak isə yazır ki, hadisədə ölənlərdən başqa çoxlu yaralı da var.

Qəzet Azərbaycanın daxili işlər nazirliyinin sözçüsü Ehsan Zahidovdan belə bir sitat gətirir ki, adətən bu saatlarda universitet binası tələbə və professorlarla dolu olur. Zahidov deyib ki, qatil gənc olsa da, onun özünün tələbə olub-olmadığı müəyyənləşdirilməyib. Nazirlik rəsmisi hadisənin motivini adlandırmaqda çətinlik çəkir. Türkiyəli tələbə Bəkir Bələk isə "CNN-Türk"ə hadisəni belə təsvir edib ki, panika nəticəsində tələbələr dəhlizə çıxıb, qatil isə hamıya güllə açıb.

"Times" Neft Akademiyası haqda da məlumat verir. Vaxtilə Neft və Kimya İnstitutu adlanan bu təhsil ocağında Rusiyanın ən böyük neft şirkəti «Lukoyl»un prezidenti Vahid Ələkbərov, Anqola prezidenti Jose Eduardo dos Santos, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Stalin dövründə NKVD-nin rəhbəri olmuş Lavrenti Beriya da təhsil alıblar.

Bakı faciəsinə geniş yer ayıran "ABC" isə diqqəti ona yönəldir ki, qatilin istifadə etdiyi silah Rusiya istehsalı olan "Makarov" tiplidir, basqınçının özünün isə Gürcüstan vətəndaşı olduğu bildirilir. Gürcüstanın Bakıdakı səfiri Nikolas Natbiladze "Ria Novosti"yə açıqlamasında bu hadisə ilə əlaqədar iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı vacib sayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8921   Tarix: 03 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 593
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 220
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 500
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 280
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 587
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 299
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 206
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 364
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 225