Üzünə kimyəvi turşu atılmış qadınlar (Foto, Video)

Üzünə kimyəvi turşu atılmış qadınlar (Foto, Video)Üzünə yandırıcı kimyəvi maddə tökülmüş... şikəst və qorxunc... depressiyaya düşmüş... - Kolumbiyada turşu hücumuna məruz qalmış qadınların acınacaqlı vəziyyəti ürəkləri göynədir.

3 il ərzində 250-ə yaxın kolumbiyalı qadın eybəcər hala düşüb, bu ilin göstəricisi artıq 2011-ci ildəkini keçib.

Bu fiqurlar belə hücumlarla ad çıxaran Pakistan və Banqladeşlə müqayisəyə imkan yaradır. BBC-nin məlumatına görə, hər gün 150 pakistanlı qadın belə hücuma məruz qalır.

Baxmayaraq ki, Kolumbiya əhalisinin sayı təqribən Pakistandakından 4 dəfə azdır, amma bu ölkədə hücumlar daha sürətlə artır. Ekspertlər inanır ki, orada qurbanların sayı bəyan ediləndən çoxdur.

28 yaşlı "turşu qurbanı" Viviana Ernandez BBC-yə deyib ki, qorxularından səslərini çıxara, aidiyyatı qurumlara müraciət edə bilmirlər.

Ernandez 5 il əvvəl hücuma məruz qalıb. Üzü, sinəsi, qolların yanıb... Sol gözünün qapağını itirib...

O inanır ki, bunu edən əridir, hücumu onun evə qayıtmaqdan imtina etdiyinə görə təşkil edib:

"Turşunu ərim özü atmayıb, bunun üçün adam tutub. Məqsəd zərər verməkdir, öldürmək yox. Özü də ömrünün sonuna qədər qalacaq zərər".

Xanım Ernandez kimi qurbana çevrilənlər əsasən keçmiş sevgililəri tərəfindən və ya hadisə zamanı 22 yaşı olan karnaval iştirakçısı Mariya Fernanda Nunyez kimi xarici görünüşlərinə görə hücuma məruz qalır.

Keçmiş "Miss Kolumbiya" iştirakçısına 2010-cu ildə valideynləri ilə karnaval məşqindən qayıdanda, evinin yanında hücum olmuşdu.
Üzünə kimyəvi turşu atılmış qadınlar (Foto, Video)Kolumbiyanın Kukuta şəhərinin səlahiyyətli orqanları hücum edənləri axtarırlar.

"Colombia Reports"un xəbərinə əsasən, hücuma görə hələ də heç kim həbs olunmayıb. Ölkədə əvvəl hücuma görə cəza 6 aydan 2 ilə qədər idi. Hüquq nümayəndələrinin səyi nəticəsində cəza maksimum 20 ilə qədər qaldırılıb, əlavə olaraq qurbanlara müdafiə və hərtərəfli qayğı təminatı tələb edilib.

11 il əvvəl sevgilisi tərəfindən hücuma məruz qalan 51 yaşlı Konsuelo Kordoba indi infeksiyanı önləmək üçün maska və nəfəs almaq üçün boru taxmaq məcburiyyətindədir. Bu gün o, başqa turşu qurbanları kimi zahiri görünüşünə görə iş tapa bilmədiyi üçün Boqota bazarında xırda pul dilənir.

Üzünə kimyəvi turşu atılmış qadınlar (Foto, Video)"Mən intihar etmək barədə düşünmüşdüm, 3 dəfə həyatıma son verməyi fikirləşirdim. Öz-özümə dedim ki, mən niyə yaşayıram? Yaşadığım həyat nəyə dəyir axı?" – xanım Kordoba NPR-ə danışıb.

"Mənim mükəmməl dişlərim vardı. Çox gözəl idim... ancaq indi məhv olmuşam."

Xanım Kordoba kimi, 26 yaşlı Qloriya Piamba da keçmiş sevgilisi tərəfindən kimyəvi turşu ilə yandırıldıqdan sonra Boqotada iş tapa bilmədiyini və intihar etmək niyyətində olduğunu deyir.

Ağzının ətrafını maska ilə örtən və boru vasitəsi ilə nəfəs alan qadın "Reusters"ə deyib: "Bu görünüşlə mənə kim iş verəcək?"
Üzünə kimyəvi turşu atılmış qadınlar (Foto, Video)Hücum edən ərindən balaca oğlu var. Uşağın qayğısına o, qalmalıdır.

O, 6 yaşlı oğluna ilk dəfə üzünü açanda oğlu "Ana, gəl sənə bunu edəni gedib öldürək" - deyib -"Mən böyüyəndə iş tapacam və sənə üzünü sağaltmaq üçün xüsusi krem alacam".

Anasının dediyinə görə, o, hələ də hadisənin təfərrüatlarını bilmir, ancaq psixoloqun məsləhətləri ilə bəzi şeyləri öyrənib.

"Həkimlər mənə üzüm barədə unutmağı dedilər. Bu sözlər məni az qala öldürdü. Xəstəxananın 7-ci mərtəbəsindən özümü atmağı düşündüm. Amma oğluma görə sağ qaldım. Onu tək qoymağa gücüm çatmadı".

Mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3362   Tarix: 10 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051