Su - həyat mənbəyidir

Su - həyat mənbəyidirSəhər yeməyi zamanı bəziləri çay, bəziləri isə kofe içir. Nahar yeməyini də şirə və ya kompotla başa vururlar. Təkcə adi təbii suya qida rasionunda yer tapılmır. Ancaq təəssüf. Çünki adi su orqanizmə ən çox lazım olan içkidir. Orqanizmdə gedən əsas proseslər məhz suyun iştirakı ilə baş verir. Onun çatışmazlığı zamanı isə orqanizm sanki «paslanır» və qocalma prosesi sürətlənir.
Su orqanizmdəki bütün mübadilə proseslərində və fiziki-kimyəvi reaksiyalarda iştirak edir, orqanizmdə qidalı maddələr üçün nəqliyyat rolunu oynayır və bədən temperaturunun sabit saxlanmasına kömək edir. Əgər orqanizmdə suyun defisiti varsa, bu zaman:
·böyrəklərin normal fəaliyyəti mümkün deyil və bunun bir hissəsi qaraciyərin üzərinə düşür;
·limfa durğunluğu yaranır, tromblar əmələ gəlir, damarların divarı nazikləşir;
·orqanizmdə toksinlər toplanır, infeksiyalara qarşı müqavimət azalır;
·əzələlər tonusunu, dəri isə elastikliyini itirir;
·qəbizlik başlayır.

Diqqət: yadda saxlayın ki, çəkinin azalması ilə bağlı bəzi pəhrizlər qəbul olunan suyun miqdarını azaltmağı tələb edir. Hər bir kəs bilsin ki, bununla çəkinin azalması uğrunda mübarizədə həqiqətən sürətli nailiyyətlər əldə etmək mümkündür. Bu zaman hər azalan kiloqram məhz bədəndəki suyun itirilməsi ilə bağlı olacaq.
Bəs nə qədər su içmək lazımdır?

Yaşlı insan normada 3 litrə yaxın su itirir. Ona görə də bu miqdarı bərpa etmək lazım gəlir. Onun təxminən yarısını biz qida ilə qəbul edirik. Qalan 8-10 stəkanı isə gündəlik maye qəbulu ilə əvəzləşdirməliyik. Daha dəqiq isə: hər kq çəkiyə stəkanın 5-də biri qədər maye qəbul edilməlidir.
Nə içməli?

Ən müxtəlif faydalı içkilərin (şirələr, yaşıl çay və s.) qəbul edilməsinə baxmayaraq, mütləq adi suya yer ayrılmalıdır. Bu isə nə mineral, nə də distillə olunmuş və digər sular deyil, adi su olmalıdır. Çiy və ya quyu və ya bulaq suyu olmalıdır. Belə su əslində özü dərman kimidir. 1-2 həftə belə su içməklə bağırsaqlar normal işləməyə başlayır, təmizlənir, dəri dartılır, baş ağrıları azalır, tənəffüs bərpa olunur. Lakin qeyd edək ki, bugünkü gündə bu dərman, yəni təmiz təbii su tapılmır. Planetin ekoloji vəziyyəti elədir ki, alimlər yerin su ehtiyatlarından yalnız bir faizini içmək üçün yararlı hesab edirlər.
İri şəhərlərdə artıq neçə vaxtdır ki, içməli suları plastik qablarda satırlar. Əgər bu, reklamlarda deyildiyi kimi həqiqətən də təbii sudursa, o zaman fayda verər. Lakin ekspertizanın rəyinə görə, qablaşdırılmış suyun 70 % saxtadır.
Su kəməri suyu

Hamı istifadə edə bilər, lakin birbaşa krandan içmək məsləhət deyil. Onu yararlı edib içmək üçün aşağıdakıları edin:
1. Süzgəcdən keçirin. Hüceyrə membranı prinsipi ilə işləyən filtrdən istifadə etmək daha sərfəlidir. Bu üsülla suyu toksiki metalların ionlarından, aktiv xlordan, üzvi və qeyri-üzvi birləşmələrdən təmizləmək mümkündür.
2. Durultma. Şüşə və ya emallı qabda suyu 4-3 saatlığa, yaxud gecə ərzində durultmaq lazımdır.
3. Qızdırmaq. Durulmuş suyu qaynatmamaq olar; sadə bakteriyaları öldürmək üçün onu 40 dərəcəyə qədər isitmək kifayətdir.
4. Dondurmaq və əritmək. Bu, ev şəraitində su kəməri suyunun keyfiyyətli təmizlənməsidir. Durulmuş suyu emallı və ya paslanmayan polad qabda buzxanaya qoyun. Suyun yarısı donan kimi, donmayan suyu boşaldın, buzu isə əridin.
Necə içməli?

Adətən səhər yeməyini çayla, naharı kompot və ya şirə ilə içməyə öyrəşmişik. Lakin həzm sisteminə nə qədər əziyyət verdiyimizi heç düşünmürük. Qida qəbulu zamanı maye içərkən mədə şirəsi durulaşır. Qida qəbulundan dərhal sonra maye içdikdə mədədən bağırsağa hələ həzm üçün hazırlanmamış qida kütlələri daxil olur, orada onlar qıcqırır və çürüyür. Ona görə də bir neçə sadə qaydaları yadda saxlayın:
* Gününüzü 1 stəkan çiy su ilə başlayın. Ona gecədən, içərisinə bir dilim limon ataraq hazırlayın.
* Suyu yalnız qida qəbulu arasında, yeməkdən 20 dəqiqə əvvəl və ya 2-4 saat sonra (qəbul edilən qidanın tərkibindən asılı olaraq) için.
* Suyu kiçik porsiyalarla için, çünki böyrəklər və sidik axarları suyu məhz bu cür içdikdə duzların çökməsinin qarşısını ala bilir.
* Özünüzlə plastik qabda su götürün.
* Çiy suya birdən-birə və tamamilə keçməyin. Əvvəlcə 3-4 stəkandan başlayın, sonra yavaş-yavaş artırın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2533   Tarix: 08 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181