"Zerkalnı nömrə"ləri baha satılması oyunu

Zaman elə gətirib ki, indi yaddaqalan mobil nömrə işlətmək də nüfuz gətirir. Bir vaxtlar dəbdə olan mobil telefon markasını almaq üçün dəridən-qabıqdan çıxanlar, indi də yaddaqalan nömrə əldə etmək üçün ciblərinin son qəpiyini belə xərcləyirlər.

"Filankəsin" nömrəsi "zerkalnıdır", məndə niyə olmasın!?" prinsipi ilə əlində-ovcunda olan qəpik-quruşunu xərcləyənlər prinsipcə heç nə əldə etməsələr də, bahalı nömrələrə olan maraq azalmaq bilmir. Elə bunun nəticəsində də ölkədə yaddaqalan mobil nömrələrin qiyməti günü-gündən bahalaşır. Nömrələrin satışını həyata keçirən diler və distribüterlər də son illərdə ölkədə "qızıl nömrə"lərin qiymətinin xeyli artdığını təsdiqləyirlər. Amma maraqlı fakt odur ki, bizdə mobil operatorların çoxu satışda olan bahalı nömrələrin qiymətinin adi nömrələrin qiymətindən fərqlənmədiklərini iddia edirlər. Beləcə bizdə rəqəmlərin düzülüşünə görə seçilən nömrələr əslində, baha qiymətə satılsa da, mobil operatorlar tərəfindən adi nömrələrin qiymətinə sənədləşdirilir. Bu isə vergidən yayınmağa yol açır.

Şirkət nə deyir

Ölkədə hegemon mobil operator sayılan "Azercell" şirkətindən bildirdilər ki, onlar qiyməti nömrələrin yaddaqalanlığına görə təyin etmirlər: "Azərbaycanın lider mobil operatoru "Azercell" abunəçilərin istifadəsinə verilən mobil telefon nömrələrinin satışı ilə birbaşa məşğul olmur. Şirkət istifadəyə təqdim etmək üçün nəzərdə tutduğu nömrələrini rəsmi diler və distribyutorları vasitəsilə yayır. Abunəçilərin istifadəsinə verilməsi üçün nəzərdə tutulan nömrələr isə standart qiymətlərə rəsmi diler və distribütorlara təqdim edilir. "Azercell Telekom" MMC ilə diler və distribütorları arasında münasibətlər isə müvafiq müqavilələrlə tənzimlənir. Lakin bu müqavilələr və təlimatlar ilə yalnız birbaşa nömrələrin abunəçilərə təklif edilməsi və nömrələrin (o cümlədən "qızıl", "cüt" və ya "yaddaqalan" adlandırılanların da) standart qiymətləri ilə əlaqədar məqamlar tənzimlənmədiyindən onlara "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən kommersiya sirri rejimi tətbiq edilir".

Şirkətdən onu da bildirdilər ki, diler və distribyutorlar mobil telefon nömrələrini öz qərarlarına əsasən müəyyən etdiyi qiymətə sata bilərlər. Belə olan halda diler və distribütorlardan nömrələrin satışı zamanı kassa çeki təqdim edilməlidir.

Nəzərə alsaq ki, nömrələrin alışı zamanı alıcıya heç bir çek təqdim edilmir, onda açıq aşkar vergidən yayınma halı baş verir. Amma mobil operator diler və distribütorlar tərəfindən yol verilən qanun pozuntuları, vergidən yayınma hallarına görə isə araşdırma aparılması və hər hansı tədbirlər görülməsi onların səlahiyyətləri xaricində olduğunu dedilər.

Dilerlər başqa söz deyir

Amma dilerlər şirkət sözçülərinin dediyini təkzib edirlər. Baş çəkdiyimiz nömrə satışı mağazalarından bizə bildirdilər ki, onlar yaddaqalan nömrələri elə "Azərcell" şirkətindən baha alırlar. Bu səbəbdən də həmin nömrələrin qiyməti adi nömrələrin qiymətindən fərqlənir.

Qeyd edək ki, satışda adi nömrələrin qiyməti 10-15 manat arasında dəyişir. Bu mobil operatorun ən yaddaqalan nömrəsi isə 3 min manata qoyulub. Amma rəqəmlərin düzülüşünə görə bir qədər fərqli olan rəqəmləri isə 1000 manata da almaq olar. Mağazalarda 500-800 manata olan mobil nömrələr satılır. Amma bunlar 3 min manata satılan nömrələr kimi prestijli sayılmır.

"Baksell" etiraf etdi

"Bakcell" şirkətindən isə etiraf etdilər ki, nömrələrin qiyməti onların yaddaqalan olmasından, eyni rəqəmlərin bir neçə dəfə təkrarlanmasından və s. amillərdən asılı olaraq dəyişir: "Dünya təcrübəsində mobil operatorlar öz abunəçilərinə müxtəlif dəyərdə və kateqoriyada olan mobil telefon nömrələri təqdim edir. Nömrələrin qiyməti isə onların yaddaqalan olmasından, eyni rəqəmlərin bir neçə dəfə təkrarlanmasından və s. amillərdən asılı olaraq dəyişir. Digər bütün mobil operatorlarda olduğu kimi, "Bakcell" şirkəti də özünün həm "CİN", həm də "Klass" abunəçiləri üçün müxtəlif dəyərdə olan nömrələr təklif edir. Şirkətin diler və distribütor fəaliyyətinə dair siyasətinə müvafiq olaraq yalnız "Bakcell"-in rəsmi tərəfdaşları SİM kartları və nömrələri birbaşa şirkətdən əldə edir. Bütün digər abunəçilərimiz isə bu məhsulları bizim agentlərdən, yəni diler və distribütorlarımızdan ala bilirlər. Eyni zamanda, hər satılmış SİM kart üçün tələb olunan sənədlər, şirkətimizin agentləri tərəfindən aramızda bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq bizə göndərilir".

Qeyd edək ki, bu mobil operatorun təqdim etdiyi "Klass" nömrələrin qiyməti 15-20 manatdır. Amma satışda bu qiymətə nadir hallarda rast gələrsən. Yaddaqalan "Bakcell" nömrələri satışda 500-2 min manat arasında dəyişir. Lakin nəzərinizə çatdıraq ki, bu mobil operatorların nömrələrini satışda bu qədər baha olmasını şirkətin günahkar olduğunu dedilər.

Tələb var araşdırma necə?

Beləliklə mobil operatorlar yaddaqalan nömrələri dilerlərə baha qiymətə satmadıqlarını iddia etsələr də, bu reallığı əks etdirmədiyi göz qabağındadır. Bəs görəsən bu işlərindən Vergilər Nazirliyi xəbərdardırmı?

Vergilər Nazirliyindən isə bildirdilər ki, əgər nömrələrin satışından gələn gəlir mobil operatorların gəlirlərində əks olunmursa, deməli, vergidən yayınma halı mövcuddur. Amma mobil operatorlar dilerlərə nömrələri hansı qiymətə satırlarsa həmin məbləğin vergisini ödəyirlər. Dilerlərin isə nömrələrə hansı qiyməti qoymasını bazar müəyyənləşdirir. Əgər nömrə satıldıqda məbləğ kassaya vurulmursa, bu vergidən yayınma halı hesab olunur. Belə halların qarşısını almaq üçün hər gün nazirliyin əməkdaşları mülki geyimdə belə yerlərə nəzarət edirlər. Vergidən yayınma halı aşkar olunanda obyekt sahibləri müvafiq qaydada cərimələnirlər.

Qeyd edək ki, xarici ölkələrdə bahalı nömrələr açıq hərraclarda satıldığından bu biznesdən gələn gəlirləri gizlətmək mümkün deyil.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8760   Tarix: 07 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 259
.

Özündən 35 yaş kiçik nişanlısı ilə Ağ evdə - Foto

80 yaşlı Hollivud ulduzu Robert De Niro 45 yaşlı nişanlısı Tiffani Çenlə uzun aradan sonra görüntülənib. Axşam.az xəbər verir ki, cütlük Ağ Evə şam yeməyinə gədib. Onlar Yaponiyanın baş naziri Fumio Kişidanın səfəri şərəfinə verilən şam yeməyində iştirak ediblər. Qeyd edək ki, Robertlə Tiffaninin Cia

13.04.2024 402
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 476
.

Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?. "Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallar

13.04.2024 273
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 648
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 497
.

Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlandı - SİYAHI

2023-cü ildə turistlərin ən çox ziyarət və axın etdiyi şəhərlər məlum olub. -in xəbərinə görə, "Euromonitor International" 2023-cü il üçün dünyanın ən çox ziyarət edilən şəhərlərinin məlumatlarını açıqlayıb. Siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Sözügedən şəhərləri təqdim edirik:

05.04.2024 506
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 318