Qırmızı paltarlı azərbaycanlı kişilər

Qırmızı paltarlı azərbaycanlı kişilərHələ 2012-ci ilin modası haqqında ilk fikirlər səsləndirilərkən, xüsusən kişilərin öz geyimləri ilə bizi təəccübləndirəcəkləri vurğulanırdı. Modelyerlər bildirirdilər ki, kişi dəbində inqilab hələ ötən ildən özünü göstərməyə başlayıb. Əks cinsin nümayəndələrinin daha cəlbedici və bir çox hallarda adət etdiyimiz "kişi" imici ilə bir araya sığışdırmadığımız geyimlərdə görünəcəyi təxmin edilirdi.

Ötən ildən başlayan bu "inqilabın" təsiri bu oldu ki, kişilər klassik üslublu geyimlərdən və ya dünya dəbinə çevrilən cins şalvarlardan imtina etməyə başladılar. Əslində, bir neçə il əvvəldən etibaran dünya modasının aparıcıları qadınlara təqdim edilən modellərlə yanaşı, kişilər üçün də fərqlı dəb yaratmağa çalışırdılar. Amma ilk belə cəhd nəticəsiz qaldı. Lakin cəmi bir neçə il kifayət etdi ki, nəinki dünyada, eləcə də Azərbaycanda kişilər öz komplekslərindən əl çəkərək, dəblə ayaqlaşmaq həvəsilə indiyə qədər qəbul etmədikləri geyimləri qarderoblarına daxil etsinlər. Beləliklə kişilərin, xüsusilə də gənc nəslin qarderobunda "geyim inqilabı"nın küləkləri əsdi. Bu "küləklər" tünd rəglı şalvarları, klassik üslubda geyımləri, hətta illərin dəyişməyən dəbi olan cins şalvarları belə, özü ilə apararaq yerinə qırmızı rənglı paltarları gətirdi. Artıq gənclərin geyimlərində dar, qırmızı, sarı, bənövşəyi rənglı şalvarlar, bəzəklı və əsasən qırmızı rəngdə ayaqqabılar, hətta şortiklər şəhərin küçələrində "bərq vurur". Baxırsan ki, həqiqətən də modelyer Fəxriyyə Xələfovanını da dediyi kimi, 2012-ci ildə kişi geyim kolleksiyasında daha əlvan rənglər, daha dar şalvarlar dəbdədir.

Mütəxəssislərın fikrincə, 15 yaşdan başlayaraq gənclər imicləriylə fərlənməyə çalışırlar və bunu daha çox öz geyimləri ilə edirlər. Qeyri-ənənəvi üsluba ən çox məhz bu yaşda olan gənclər arasında rast gəlinir. Yuxarı yaş qrupuna daxil olan insanlar isə geyım sərbəstliyini qəbul etməyərərk öz istəkləri və cəmiyyətin münasibəti ilə ayaqlaşmalı olurlar.

Satan utanır, geyinənin vecinə də deyil

Lakin bu ilin kişilər üçün dəbli qırmızı şalvar və digər libasları təkcə 15-18 yaşlı gəncləri yox, hətta daha yuxarı yaş həddində olanları belə, "həvəsləndirib". Kişi paltarları mağazasınını satıcısı Elman bildirir ki, müdir mağazaya hələ yanvar ayında qırmızı rəngli şalvarlar və ayaqqabıları gətirib: "Biz yaya qışdan hazırlaşırıq. O vaxt mən elə fikirləşirdim ki, bu qırmızı şalvarları, bəzəkli ayaqqabıları alan olmayacaq, malımız batacaq. Amma indi o qədər alıcı var ki (gülür)… Əksəriyyəti gənclərdir, çox vaxt alış-verişə tək gəlirlər, amma bəzən yanlarında valideynləri də olur". Elman bu cür paltarları satdığına görə utandığını da etiraf etdi: "Mən satmağa utanıram, onlar geyinməyə utanmırlar. Elə olur ki, burada paltar üstündə valideynlə uşaq savaşır. Sonda uşaq deyən olur, yəni qırmızı şalvar ki, qırmızı şalvar. Bir neçə il əvvəl damalı şalvarlar gəlmişdi, heç kəs almadı ki, adamı klouna axşadır. İndi isə dövran dəyışıb, hamı hər şeyi alır, təki dəblə ayaqlaşsın olsun. Məgər bu dəbdir?".

Aqressivlərin rəngi – qırmızı

Psixoloqların fikrincə, paltarların rəngi, stili insan haqqında çox şey deyir. Məsələn, qara rəngə üstünlük verənlər daha bədbin kimi görünürlər. Bununla belə onlar özlərinə qarşı daha çox inam yaradırlar. Rəngli geyimlərə üstünlük verənlər isə daha çox özlərini düşünüb ətraf aləmin fikirləri ilə maraqlanmayan, nikbin yaşam həvəsli insanlar olur. Təbii ki, burada dəb amilini də unutmaq olmaz. Geyindiyi paltar əslində ürəyincə olmayan, ancaq dəb və ya seçilmək xatirinə əyninə sözün əsl mənasında pərçimləmək məcburiyyətində qalanlar da az deyil.

O ki qaldı qırmızı rəngdə olan şalvarların kişilər arasnda yayılmasına, psixoloq Mehparə Şirinova bunu müxtılif amillərlə əlaqələndirir: "Qırmızı rəng insanının daxilindəki aqresivliyin göstəricisi olur. Əsasən daxilən aqresiv olanlar bu rəngi sevimli rənglərinə çevirirlər. Gənclər arasında bu rəngin yayılmasının bir səbəbi onların yaş xüsusiyyəti ilə əlaqədardır. Bu yaşda gənclər hər şeyə fərli yanaşmağı, hətta valideynlərinə, onları əhatə edən mühitə sərt münasibət bəsləməyi xoşlayırlar".

Gələcək üçün təhlükə varmı?

Digər tərəfdən, psixoloq belə hesab edir ki, qırmızı rəngli dar şalvarların gənc oğlanlar arasında yayılmasının bir səbəbi də aparılan təblığat və təqlid hissinin yaranmasıdır: "Gənclər televizorda görüb-eşitdiklərini özlərində tətbiq etmək istəyirlər. Təsəvvür edin ki, hansısa şou ulduzunu xoşlayırlar, özlərini ona bənzətməyəy çalışırlar. "Ulduzlar" kimi yaşamağa onların imkanı çatmır, buna görə də imkanları çatan bir məsələdə onları təqlid etməklə kifayətlənirlər. Çox vaxt zamanla bu hiss onları tərk edir. Digər tərəfdən, modanın beşiyi olan ölkələrdə dəyərlərə qarşı mübarizə gedir. Sanki kimsə bilərəkdən qadin və kişilər arasında fərqi aradan qaldırmağa çalışır, əlbəttə yaxşı mənada yox. Amma mən gələcək üçün ciddi təhlükənin olacagını güman etmirəm. Deməzdim ki, bu gün qırmızı rəngli dar şalvar geyinən gənclər milli ruhdan tamamilə uzaqdırlar. Yaş dövrü ilə əlaqədar gənclərin bu meyli ötüb keçəcək. Amma onları yeniləri, bəlkə də bizi daha çox təəccübləndirəcək geyimi ilə fərqlənənlər əvəzləyəcək. Çünki təbliğat çox şeyə qadirdir".

Sosioloq Elşən Məmmədli də belə hesab edir ki, gənclərin dəb axınına qoşularaq geyimlərini "əvəzləməsinin" orta və yaşlı nəsl tərəfindən qəzəblə qarşılanması təbiidir: "Təhlükə vəziyyət nəzarətdən çıxdıqda yaranır. Biz Avropaya inteqrasiya ediriksə, belə vəziyyətlərə hazır olmalıyıq. Avropa həmişə yaxşıları diqtə etmir. Xatırlayırsınızsa, 10-15 il əvvəl şalvar geyinən qızlarla bağlı böyük müzakirələr aparılırdı. İndi isə şalvar qadın qarderobunda əsas yer tutur. Şalvar geyinmək heç də qadınların qadın olmayacağı anlamına gəlmədi. İndi də kişilər qadinların rəngini onlardan oğurlayırlar. Əlbəttə kişilərin ənənlərdən uzaqlaşması yaxşı hal deyil, amma bu hal da keçicidir. İnanıram ki, belə gənclər hələ özlərini tamamilə tapmayanlardır".

Dar paltarlar sonsuzluq yaradır

Həkimlər kişilərin öz geyim seçimlərində daha diqqətli olmağa çagırır. Artıq tibbdə kişilər arasında daha çox təsadüf edilən xəstəliklərin bir çoxunun məhz dəb həvəsindən yarandığı məlumdur. Xüsusən sonsuzluqla bağlı həyəcan siqnalı çalınır. Məsələn, Kanadada aparılan araşdırma yeni ailə həyatı quran gənclərdə sonsuzluğa səbəb olan amillər arasında geyimin xüsusi yer tutduğunu ortaya çıxarıb. Belə ki, yeni evlənənlərin 20 faizə yaxını məhz geyim tərzlərinin "qurbanı" olaraq dünyaya övlad gətirmək qabiliyyətlərini itiriblər. Dar şalvarlarla gün ərzində saatlarla qalan gənclər bununla hüceyrələrin zəiflədiyini düşünsəydilər, yəqin ki, bu paltarlardan imtina edərdilər. Həkimlər bildirir ki, dar paltarlar həm də qan dövranı zəiflədir ki, bunun da nəticəsində hüceyrələrdə zəiflik müşahidə olunur. Bundan başqa dar geyım insanda yorğunluq hissinin daha tez ortaya çıxmasına səbəb olur. Həmçinin dar geyım həzm sisteminin çətinləşməsinə, sidik kisəsində iltihaba səbəb ola bilir. Dar geyimlərin öd kisəsində daşların yaranmasına təsiri də sübut olunub.

Beləliklə, gənc oğlanların dəblə ayaqlaşmaq arzusu bir çox keyfiyyətlərin itirilməsi ilə nəticələnə bilər. Bəlkə də qırmızı rəngə yaranan meyillər keçicidir və gələn ilin modası bu şalvarları gənclərin qarderobundan çıxaracaq. Bəs düşüncələr necə, dəyişəcəkmi? Axı bir çox gənc oğlanların kişiyana yerişi-duruşu dar şalvarlar çərçivəsində məhdudlaşır. Əlavə şərhə ehtiyac duymuruq.

Mənbə:xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10275   Tarix: 03 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942