"Xaricdə oxumaq istəyirəm"

"Uzun illər kirayələrdə qalmışıq, çətin günlərimdə hər zaman valideynlərim mənə dəstək olub"

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu, IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent Kamran Elçin oğlu Həmidov 700 bal toplamağın sirrini bölüşüb.
Respublika üzrə rekord nəticə toplayan Kamran Həmidov təhsilini bundan sonra Azərbaycanda deyil, xaricdə davam etdirmək istədiyini bildirib.

"Düzün desəm, 700-ə yaxın bal toplayacağımı gözləyirdim. Universitetə var gücümlə hazırlaşırdım. Qarşıma məqsəd qoymuşdum ki, yüksək nəticə göstərəcəm. Dərslərimə ciddi yanaşırdım. Hardasa özlüyümdə düşünürdüm ki, 650-700 arası bal toplayaram. Amma konkret 700 bal toplayacağıma tam əmin deyildim.

Suallar normal idi. Amma imtahan o qədər də asan deyildi. İmtahan zamanı özümü çox yaxşı hiss edirdim. Həyəcan yox idi. Bəlkə də ona görə, belə yaxşı yazmışam", - deyə K.Həmidov qeyd edib.

K.Həmidov digər 700 bal toplayan abituriyentlərdən fərqli olaraq, repititor yanına getmədiyini və imtahanlara özü hazırlaşdığını deyib. Onun sözlərinə görə, hər bir abituriyent qarşısına məqsəd qoyarsa, özü də repititor olmadan hazırlaşa bilər.

"Mən bu vaxta kimi repititor yanına getməmişəm. Bizim məktəbdə kurslar var orada hazırlaşırdıq. Öz müəllimlərimiz bizimlə məşğul olurdular. Onlar bizim üçün çox əziyyət çəkirdilər. Sözün açığı bizim sinifdən iki nəfərin 700 bal toplayacağı təsadüf deyil. Biz 4 nəfərdən 700 bal gözləyirdik, amma iki nəfər buna nail oldu. Sinifimizdə başqa uşaqlar var ki, 696 bal toplayıb.

Mənim üçün əziyyət çəkən bütün müəllimlərimə minnətdarlığımı bildirirəm. Eləcə də valideynlərimə borcluyam. Biz uzun illər kirayələrdə qalmışıq, çətin günlərimizdə hər zaman valideynlərim mənə dəstək olub. Onlar mənim oxumağım üçün hər bir köməkliyi edirdilər. Üzərimdə işləyirdim. Tez-tez sınaqlarda iştirak edirdim.

Qeyd edim ki, sınaqlarda ən çox 695 bap toplamışam. Tibb Universitetinin Müalicə işi ixtisasına daxil olmaq istəyirəm. Amma təhsilimi xaricdə davam etdirmək istəyirəm".

K.Həmidov deyib ki, bu il onun üçün uğurlu olub. Buraxılış imtahanlarını da əla qiymətlərlə verdiyinə görə, qızıl medala layiq görülüb.

"Alınsa, təhsilimi xaricdə davam etdirəcəm. Mən bütün abituriyentlərə demək istəyirəm ki, yüksək nəticə əldə etmək istəyirlərsə, qarşılarına məqsəd qoysunlar. Hər şey insanın öz əlindədir", - deyə Kamran Həmidov əlavə edib.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında III ixtisas qrupu üzrə bir, IV ixtisas qrupu üzrə isə iki abituriyent maksimum nəticə əldə etməklə 700 bal toplayıb.

Mənbə:xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1916   Tarix: 02 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189