Atatürkün mənəvi qızı avtomobil qəzasında öldü (Video)

Atatürkün mənəvi qızı avtomobil qəzasında öldü (Video)Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü Adatepe ötən axşam avtomobil qəzasına düşüb. "Doğan" agentliyi (DHA) xəbər verir ki, 80 yaşlı Adatepe qəza nəticəsində avtomobilin şüşəsindən bayıra çıxıb və yerə çırpılaraq vəfat edib.

Məlumata görə, hadisə İstanbul – Ankara magistral yolunun Sakarya vilaytindən keçən hissəsində baş verib. Qeyd edək ki, avtomobildə olan digər şəxslər Ülkü Adatepenin həyat yoldaşı Öke Adatepe və avtomobilin sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Xarıeladaq ki, Ülkü Adatepe Atatürkün anası Zibeydə xanımın övladlığı Vəsfiyyə xanımın qızıdır. Vəsfiyyə xanımı kiçik yaşından etibarən Zibeydə xanımın yanında olub və onların bərabərliyi Atatürkün anasının vəfatına qədər davam edib. daha sonra Atatürkün bacısı Məqbulə xanımla birlikdə yaşmağa başlayan Vəsfiyyə xanım ailə həyatı qurana qədər burda yaşayıb.

Vəsfiyyənin övladı olacağını eşidəndə isə Atatürk dünyaya gələcək uşağın istər qız, istər oğlan, adının Ülkü olmasını xahiş edib. Ülkü Adatepe 9 aylığından 6 yaşına - Atatürkün vəfatına qədər prezidentin rəsmi iqamətgahı olan "Çankaya Köşkü"ndə Mustafa Kamalla birlikdə yaşayıb.

Mənbə:xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2177   Tarix: 02 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740