Müğənni Nura ATV-nin cavabını verdi

Müğənni Nura ATV-nin cavabını verdiBu həftə ATV-də yayımlanan "Onlar" verilişində qəribə bir hadisə baş verdi. Belə ki, Mila adlı səhnəyə yeni atılmlş müğənni əlbəttə ki, asan yolla populyarlaşmaqdan ötrü həmkarlarının ünvanına söz atdı. O, əsasən Nuranı ağ yuyub, qara sərdi. Mila üçün bu şəraiti yaratmış "Onlar" verilişi isə onu yerdən göyə qədər təriflədi. Bircə mahnının ifaçısı olmuş bu xanımı nədənsə həddindən artıq qabartdılar. Milanın dilincə desək, "seksi-pepsi" müğənnini qaldırıb göyün yeddinci qatına qoydular. Sən demə, "Arxiv"in məqsədi varmış! Bu verilişin işçiləri dost veriliş olan "Onlar"ın vasitəsilə Nuradan qisas almaq istəyiblərmiş. Beləcə, bir güllə ilə iki quş vurmaq qərarına gəliblərmiş!

Nura Suridən əldə etdiyimiz məlumata görə, bu "Onlar" və "Arxiv" verilişlərinin əməkdaşları tərəfindən hazırlanmış qərəzli süjetdir. Belə ki, Nuranı ikinci dəfə verilişə dəvət edən "Arxiv" onun rədd cavabından möhkəm əsəbiləşib və nəticədə müğənnini rüsvay etmək qərarına gəlib. "Milanın heç bir günahı yoxdur. Bu, sifarişli süjet idi. Səbəbini də bildiniz. Amma "Onlar" verilişinin mənə qarşı bu addımını heç cür başa düşə bilmədim. Həmçinin Röyaya olan sərt addımı da anlamadım. Eybi yoxdur, gec-tez haqq yerini tapacaq", - deyə açıqlama verən N.Suri hər iki veriliş haqda heç bir ölçü götürmək niyyətində olmadığını da vurğuladı:

- Mənə yaxınlarım dəfələrlə dedilər ki, Facebook səhifəmdə bu məsələ ilə bağlı statusu silim. Amma oxuculara açıqlama verməyi özümə borc bildiyim üçün silmədim. Və efirdə də o qızın cavabını vermədim, vermək fikrim də yoxdur, bu, onun üçün böyük reklam ola bilər.

Bəli, həqiqətən də düz deyiblər ki, əgər şou-biznes aləmində tez bir zamanda populyarlaşmaq istəyirsənsə, ya gərək aşıq-saçıq geyinəsən, ya da onun-bunun bostanını daşlayasan. Necə ki, Mila da bu şüara üstünlük verdi və artıq çoxları tərəfindən tanınmağa başladı. O, bircə mahnısı ilə tez bir zamanda "solo-konsert" verdi, dostları sağ olsunlar, gəlib salonu doldurdular. Əgər belə davam etsə, mahnılar yazdırıb, albom-filana ehtiyac qalmayacaq. Bir-iki aya Milanın H.Əliyev adına Sarayda konsert verəcəyini eşitsəniz, heç də təəccüblənməyin. Yox, əgər bilet almağa imkan etməsəniz, yenə də narahatçılığa gərək qalmayacaq. Çox güman ki, biletlər pulsuz paylanılacaq. Bu vasitə ilə də konsertdə iştirak edə bilməsəniz, yenə də nigaran qalmayın. Milanın reklamı ilə məşğul olan "Onlar" və "Arxiv" verilişləri uzun-uzadı bu konsertin "səs-sorağından" bəhs edəcəklər...

Mənbə: azxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7193   Tarix: 02 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 610
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 446
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 345
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 505
.

Yeganə həyat yoldaşının qazancından danışdı

Müğənni Yeganə Akbudak (Mürsəlova) həyat yoldaşı Fateh Akbudakın işindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "7 tamam" proqramında onun dövlət məmuru olduğunu açıqlayıb. Yeganə bildirib ki, qazancı həyat yoldaşınınkından çoxdur:. "Həyat yoldaşım dövlət məmurudur. O da bəlli bir maa

18:00 145
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 790
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 624
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 307
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 439