Azərbaycan şou ulduzlarının bahalı avtomobilləri

Azərbaycan şou ulduzlarının bahalı avtomobilləriAzərbaycanın şou-biznes ulduzları adətən bahalı maşınları ilə həmişə diqqət mərkəzində olublar. Müğənnilər bir-birinin acığına geyim alırlarmış kimi avtomobillərini tez-tez dəyişdirirlər.

Qafqazinfo şou-biznes əhlinin avtomobillərinin markası ilə maraqlanıb. Məlum olub ki, ulduzlarımız ağlaya-ağlaya ən bahalı maşınların sahibidirlər. Bəziləri həmin avtomobilləri kreditə aldığını, bəziləri isə onlara hədiyyə verildiyini qeyd ediblər. Həmin sorğunu sizə təqdim edirik:

Xalq artisti Faiq Ağayev çoxdandır "Cadillac Escalade" markalı avtomobilin sahibidir. Həmin avtomobilin qiyməti isə 140 min dollardır.

Müğənni Sevda Yahyayeva 200 min dollarlıq "Mercedes Benz Viano Long" markalı maşını sürür. Maşının qiyməti əslində ucuz olsa da, müğənni avtomobilini xüsusi yığdığına görə, ona 200 min dollara başa gəlib. Yeri gəlmişkən, Sevdanın avtomobilindən Azərbaycanda yoxdur.

Röya daha çox sürücü ilə görünsə də, həmin avtomobilin markası "Dodge Durango"dur, qiyməti isə 70 min dollara qədərdir.

Həmişə bahalı avtomobillər sürən xalq artisti Aygün Kazımovanın sonuncu maşını "Offrouder"dir. Qiymeti 60 min dollardır.

Ayaz Qasımov 2012 model "Range Rover Autobiography Black" markalı maşın sürür. Qiyməti isə 150 min dollardır.

Səidə Sultanın maşını isə "Porsche Cayenne"dir. Qiyməti 115 min dollardır. Müğənni maşınını özü almadığını çox yaxın ailə dostunun hədiyyə etdiyini bildirib.

Xalq artisti Nazpəri Dostəliyeva ən son model "Mersedes" markalı avtomobildən istifadə edir. Qiyməti 100 min dollardır.

Natavan Həbibi "Lexus" markalı maşın sürür. O isə bu maşına 90 min dollar pul verib.

Elçin Cəfərovun "Hammer"inin qiyməti isə 75 min dollardır. İfaçı bildirib ki, maşını əslində bahalıdır, sadəcə, o işlənmişini alıb deyə belə ucuz başa gəlib.

Prodüser Tolikin (Tarix Əliyev) avtomobili "BMW X"dir. Prodüser bildirib ki, maşınını kreditə alıb. Bu isə ona 70 min dollara başa gəlib.

Teleaparıcı Zaur Baxşəliyev Jeep "Qrand Cherokee"markalı maşın sürür, qiyməti isə 40 min dollardır.

Ramal İsrafilovun "Hundai Genesis" markalı avtomobilinin qiyməti 40 min dollardır.

Xuraman Şuşalı isə kasıbçılıqdır deyib özünə "Audi Q7" markalı maşın alıb. Qiyməti isə 40 min dollardır.

Tanınmış rejissor Kənan MM "Hunday Sonata"markalı maşından istifadə edir. Qiyməti isə təxminən 20 min dollardır.

Abbas Bağırov isə "Lexus" maşını sürür və qiyməti 130 min dollardır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7996   Tarix: 01 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 279
.

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır. Bu barədə "PLOS Digital Health Journal" tibbi nəşrində dərc olunan araşdırmada deyilir. Tədqiqatçıları

16.03.2024 886
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 319
.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 381
.

Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı - VİDEO

Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub. Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib. Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyü

23.03.2024 443
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 696
.

"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMA

Həm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər. Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 mi

17.03.2024 446
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 436
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 427