Yelpiklə sərinləşmək daha yaxşı imiş.

Yelpiklə sərinləşmək daha yaxşı imiş.El dili ilə desək, iyul ayının "qorabişirən" vədəsidir. Son günlər isə havaların dəhşətli dərəcədə isti keçdiyindən günorta saatlarında açıq havaya çıxmaq demək olar ki, mümkün deyil. İnsanlar nəfəskəsən istilərdən qaçaraq özlərini "kondisionerlərin altına verirlər". Ancaq bir yayın istisində, qışın soyuğunda köməyimizə çatan bu məişət texnikası insanı sərinlədib isitməklə yanaşı onun sağlamlığına da təsirsiz ötüşmür.

Kondisionerlərin sağlamlığımıza təsiri barədə araşdırma apardıq.

Kondisioner insana rahatlıq bəxş edən çox gözəl bir avadanlıq olsa da, onun insan sağlamlığına ciddi ziyanı barədə həmişə xəbərdarlıqlar olur. Əsasən də isti havadan otağa daxil olarkən çox ciddi temperatur fərqi ilə qarşılaşdıqda, həmçinin otağın havasını uzun müddət dəyişmədikdə insanda nəfəs çatışmazlığı, qrip, iflic, burun qanaması, yuxarı nəfəs yolu xəstəlikləri, farengit, bronxit, əzələ spazması və göbələk kimi xəstəliklərə səbəb olur. Həkimlər isə deyir ki, bunlardan qorunmaq üçün kondisionerdən mümkün qədər az və düzgün qaydada istifadə etmək lazımdır.

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımovun sözlərinə görə, kondisionerlərin havaya buraxdığı qaz ozon qatına, təbiətə və insan sağlamlığına böyük zərər vurur: "Hazırda bir çox firmalar çalışır ki, istehsal etdiyi məhsullar təbiətə az zərər vursun. Amma kondisionerlərin insan sağlamlığına vurduğu zərərin qarşısını almaq mümkün deyil".

N.Qasımov hesab edir ki, kondisionerlər insanın təbiətə adaptasiya prosesinin qarşısını alır. Belə ki, onun sözlərinə görə, qışın soyuğunda bir düyməni basmaqla yay fəslinə, yayda isə əksinə keçmək mümkündür ki, bu zaman da insan orqanizmi təbiətə öyrənə bilmir: "Tanrı 4 fəsil yaradıb ki, insanlar soyuqda və istidə yaşamağı öyrənsinlər. Kondisionerlərin istifadəsi ağciyər xəstəliklərinin yaranmasına, bronxial astma, nəfəs çatışmazlığı xəstəliklərinə səbəb olur". Ekspertin fikrincə, insan orqanizminə ən çox zərəri texnika vurur. Son dövrlərdə daha az enerji ilə çalışan kondisionerlər istehsal edilsə də, orqanizmə dəyən zərər dəyişilməz olaraq qalır. Ekspertin sözlərinə görə, kondisioner işləyən otaqların havasını mütəmadi olaraq dəyişmək lazımdır.

Kondisionerlərin eyni zamanda bakteriya mənbəyi olduğunu deyən N.Qasımov istifadəçilərə kondisionerləri ara-sıra təmizlətməyi məsləhət görür. Onun fikrincə, əks halda, pnevmaniya, nəfəs borusu xəstəlikləri qaçılmazdır.

İslaq həsirlər və hind "punkah"ları

Elmi-texniki təkamül nəticəsində müasir vəziyyətinə gəlib çatan kondisionerlərin kökü antik dövrə gedib çıxır.

Qədim Romada insanlar sərinlənmək üçün evlərinin qapılarına islaq həsirlər asırdılar. Ancaq hava isti olduğuna görə bu həsirlər çox tez quruyurdu. Ona görə də məcbur qalıb bu parçaları tez-tez isladırdılar. Tarixin inkişafının sonrakı dövrlərində sərinlənmək üçün daha təkmil vasitələrdən istifadə etməyə başladılar.
Ticarətin inkişafı ilə Hindistanda istifadə olunan və hindlilərin "punkah" adlandırdığı yelpiklər Avropaya da gəlib çıxdı. Bu yelpiklər hava axınlarının qarşısına asılırdı və indiki sərinkeşlərin verdiyi sərinliyi nisbətən almaq olurdu.0 tonluq ilk kondisioner

1901-ci ildə ABŞ-ın Kornel Universitetinin elektrik mühəndisliyini bitirən Uillis Karrier Buffalo şəhərində "Buffalo Forge" şirkətində işləməyə başladı. Parlaq fikirləri və problemlərə qarşı ixtira etmiş olduğu praktik çözümlərlə gözə girən Karrier 6 ay sonra şirkətin araşdırma şöbəsinin müdiri təyin edildi.

İşlədiyi şirkətin isitmə sisteminə külli miqdarda pul xərcləndiyini görən Karrier bəzi təcrübələr həyata keçirməyə başladı. Sonra o məqsədini dəyişərək qapalı yerləri necə soyutmaq barədə araşdırmalar apardı. Bu araşdırmalarını davam etdirərkən Nyu-Yorkdakı bir mətbəə Karrierin təcrübələrini təhlil edib ondan soyutma sistemi qurmasını istədi. Uillis Karrierin 17 iyul 1902-ci ildə hazırlayıb başa çatdırdığı bu maşın dünyanın ilk kondisioneriydi və tam 30 ton ağırlığındaydı. Elm dünyasında çox maraqla qarşılanan bu maşının yaradıcısı Karrier 1906-ci ildə bu kondisioneri bir az da inkişaf etdirib patent aldı. Bu sistemdə hava pər vasitəsilə maşının içinə çəkilir və geri püskürdüləndə soyuq hava çıxırdı. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə "Carrier" firmasının əsasını qoyurlar və kondisionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hazırda dünyada istehsal olunan kondisionerlərin 12 %-i bu firmanın payına düşür. Kondisionerlər ilk vaxtlarda yalnız istehsal müəssisələrində tətbiq olunurlar. Kondisionerlərin getdikcə geniş tətbiqi onların şəxsi evlərdə tətbiqinə maraq yaradır. Belə ki, 1950-ci ildən başlayaraq kondisionerlər ABŞ-da məişət malları kimi satışa çıxarılır. Avtomobillərdə isə kondisionerlərin tətbiqi 1938-ci ildən başlayıb.

SSRİ-də ilk kondisioner zavodu – Bakı

Keçmiş SSRİ-də ilk kondisioner zavodu 1970-ci illərdə Bakıda tikilir. Bu zavod Yaponiyanın "Hitaşi" firmasının lisenziyası əsasında məişət kondisionerləri hazırlayır. 80-ci illərdə Bakı kondisionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxırdı. Bunlardan hər 100-150 mini xaricə ixrac olunurdu. Bakı kondisionerlərinin ən böyük alıcısı Kuba sayılırdı, onlar ildə 700 ədəd kondisioner alırdılar. Başqa ixrac ölkələri Çin, İran, Misir və Avstraliya idi. Bakı kondisionerləri öz qabariti və səsi ilə başqa xarici kondisionerlərdən geri qalsalar da, onların uzunömürlülüyü çox yüksək idi. Bu meyara görə, onunla heç bir xarici ölkədə istehsal olunmuş məhsul rəqabətə girə bilmirdi.

Evimizi sərinlədir, bəs dünya?

Soyutma sistemlərinin havaya buraxdığı qaz təbiətə və ozon qatına böyük zərər vurur. Eyni zamanda, kondisionerlər ifrat miqdarda elektrik enerjisi udur. Araşdırmalara görə, ABŞ-da istifadə olunan elektrik enerjisinin 15%-i kondisionerlərə gedir. İsti günlərdə isə bu rəqəm 40%-ə çatır. Bütün bunları nəzərə alaraq demək olar ki, kondisionerlər evimizi sərinlədir, amma dünyanı isidir. Müasir kondisionerlər bunu da nəzər alır. İndiki kondisionerlərin bazardakı əsas rəqabəti məhz təbiətə daha az ziyan vurmasıdır. Şirkətlər çalışır ki, istehsal etdikləri kondisionerlər daha az elektrik enerjisi istifadə etsinlər. Qapalı yerləri sərinlətmə üçün istifadə oluna kondisionerlər 70 voltluq lampayla eyni miqdarda elektrik istifadə edir.

Müasir kondisionerlərdə olan "ekonom" rejim istənilən temperatura çatanda işləmə tepmini azaldır. Beləliklə də enerji istifadəsini azaldır.

Bayırdakı hava ilə temperatur fərqi maksimum 10 °C olmalıdır

Bir çoxlarımız isti havada bayırdan otağa daxil olduqda kondisionerin temperaturunu mümkün qədər aşağı salırıq ki, daha tez sərinləyək. Bu isə sağlamlığa ciddi zərər yetirir. Ekspertlər bildirirlər ki, bayırdakı hava ilə otaqdakı havanın temperatur fərqi maksimum 10 °C olmalıdır. Belə olduqda soyuqdəymə və orqanizmdə digər narahatlıq hallarından özümüzü qorumuş oluruq.

Həkim, terapevt Surxay Musayev deyir ki, kondisionerlərin ən böyük fəsadı legioner xəstəliyini yaratmasıdır. Bu xəstəlik ağ ciyələrin kəskin iltihabı və sonda sətəlcəmə çevrilmə riski yaradır: "Əsasən də isti havadan otağa daxil olarkən çox ciddi temperatur fərqi hiss olunur. Belə olan halda tez sərinləmək üçün temperaturun süni şəkildə daha da aşağı salınması ciddi xəstəliklərə səbəb olur. Hava belə dəyişmə şəraiti ağciyərdə, böyrəklərdə, qan dövranında ciddi fəsadlara yol açır".

İsti havalarda kondisionersiz keçinməyin mümkünsüz olduğunu deyən terapevt xəstəliklərdən qorunmaq üçün bu texniki avadanlıqdan düzgün istifadə məsləhət görür. Onun sözlərinə görə, kondisionerdən istifadə edərkən düzgün rejim seçmək daha məsləhətlidir. Belə olan halda sərinləşdirici qurğular daha az təhlükəlidir. Odur ki, bu vasitələrdən imtina etmək yox sadəcə düzgün istifadə etmek lazimdir.
Müasir dövrün sərinlətmə sisteminin skleti olan kondisionerin ortaya çıxması XX əsrin əvvəllərinə təsadüf edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3851   Tarix: 01 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018