Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)

6 tunelin tikintisinin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

Paytaxtda "Gənclik" metro stansiyasının yaxınlığında, "Qələbə meydanı"nda tunel tikintisi üzrə işlər intensiv davam etdirilir. İş icraçısı olan "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihənin birinci mərhələsində, yəni 2013-cü ilin mayınadək 6 tunelin istifadəyə verilməsi nəzərdə tutulur. Artıq "Gənclik" metro stansiyasının iki çıxışının istiqaməti dəyişdirilib. Həmçinin "Qələbə meydanı"nda tunellərin üzərində parkın salınması da planlaşdırılır.
Layihə ərazidə 6 tunelin, 10 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. İlk olaraq "Gənclik" metrostansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı"nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. F.Xoyski küçəsini N.Yusifbəyli küçəsilə birləşdirən yol hissəsi tamamlanaraq istifadəyə verilib. Tunellərin ümumi uzunluğu 2 min 766, ümumi sahəsi isə 35 min 563 metrdir. Ərazidə işlərin aparılması üçün "Akkord" Korporasiyasının müvafiq mütəxəssislər qrupu, 300-ə yaxın işçi qüvvəsi və 40-a yaxın xüsusi texnikası fəaliyyət göstərir.
Qeyd edək ki, layihəyə 2010-cu ilin aprel ayından başlanılıb. Layihədə Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur.
Əlavə olaraq Təbriz küçəsilə hərəkət edən maşınlar "Gənclik" dairəsinə girmədən birbaşa tunellə Dərnəgül şosesinə çıxa biləcək, həmçinin F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək də mümkün olacaq.
Eyni zamanda, Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək, Atatürk prospektinə çıxacaq. Layihənin tam həyata keçirilməsilə "Gənclik" dairəsində avtomobil sıxlığının aradan qaldırılmasına, ərazidə avtomobillərin maneəsiz və işıqforsuz hərəkətinin təmininə nail olunacaq. İşlərin birinci mərhələsi 2013-cü ilin mayında başa çatdıqdan sonra 2-ci mərhələyə start veriləcək.

mənbə: anspress.com

Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)Bakıda möhtəşəm layihə tamamlanır (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9655   Tarix: 26 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 0
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 0
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 341
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 354
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 111