24 ölkənin gözəli Azərbaycana gəlir

24 ölkənin gözəli Azərbaycana gəlirMüsabiqənin qalibinə 12 min avro dəyərində brilyant qaşlarla bəzədilmiş tac bağışlanılacaq

Azərbaycanda ilk dəfə olaraq "Miss Civilization of The World 2012" (Mədəniyyətlər Gözəli 2012) gözəllik müsabiqəsi keçiriləcək. Müsabiqə ilə bağlı bu gün keçirilən mətbuat konfransında yarışmanın təşkilatçısı CFC Organizationun rəhbəri Kemal Cenk bildirib ki, müsabiqənin böyük finalında iştirak etmək üçün ilk öncə Azərbaycan seçimi aparılacaq.

18-28 yaş arası, boyu 170-dən yuxarı olan, gözəlliyinə, zəkası, savadı, mədəniyyətinə güvənən subay, yaxud ailəsi və uşağı olmayan xanımlar müsabiqədə iştirak edə bilərlər. İştirak etmək üçün sənəd verən xanımlar arasında seçim aparılacaq. Müsabiqənin finalına 20 ən layiqli iştirakçı vəsiqə qazanacaq. 20 iştirakçı bəlli olduqdan sonra final gecəsinədək onların məşqləri keçiriləcək. Avqust sonuna yaxın Azərbaycan seçiminin final gecəsi keçiriləcək. Sənəd qəbulu Capones Night Club və Af Hotel Novxanıda olacaq. Gözəllərin tək xarici görünüşü yox, onların müxtəlif sahələrdə bilik və bacarıqları, istedadları yoxlanılacaq.

Kemal Cenk bildirib ki, 2008-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilən yarışma bu dəfə fərqli – mədəni çərçivədə olacaq: "Bakıya gələn qonaqlara Azərbaycanın tarixi yerləri nümayiş olunacaq. Şəki, Qəbələ və bir çox rayonlara turları təşkil ediləcək. Əsas hədəfimiz gözəllik yarışması təşkil etməkdən çox, Azərbaycanı tanıtmaqdır".

O, bildirib ki, münsiflər heyətində Türkiyənin ən tanınmış modelləri, eləcədə müxtəlif illərdə gözəllik müsabiqəsində qalib olan gözəllər olacaq. Azərbaycandan isə cəmi bir neçə nümayəndə iştirak edəcək. Azərbaycan tərəfdən müsabiqənin siması xalq artisti Aygün Kazımova olacaq.

Müsabiqədə Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan, Qazaxıstan da daxil olmaqla, ümumilikdə 24 ölkə iştirak edəcək.

Təşkilat rəhbəri yarışmanın proqramını da açıqlayıb: "Birinci gün hər bir ölkə öz milli geyimində səhnəyə çıxacaq, daha sonra bütün ölkə təmsilçiləri Azərbaycan milli geyimində, "Sarı gəlin" sədaları altında podiuma çıxacaqlar. Növbəti günlər isə gecə libası, gəlinlik və idman geyimlərində olacaqlar. Çimərlik geyimi olmayacaq. Çünki biz düşündük ki, bu, mədəniyyət yarışmasıdır və daha səviyyəli təşkil olunsun".

Qalibə hansı hədiyyə veriləcəyinə gəlincə isə Cenk bildirib ki, hazırda hədiyyənin hazırlanması prosesi gedir: "Artıq qalibin başına taxılacaq tac hazırlanır. Brilyant qaşlarla bəzədilmiş 12-15 min avro dəyərində tac olacaq".

Müsabiqənin təşkilatçısı CFC Organizationun rəhbər Kamal Cenk İçtendir. Təşkilat Komitəsinin sədri Fərid Bağırov, koordinatoru Cengiz Aşkın, rejissoru Pərviz Əzimovdur.

mənbə : lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3008   Tarix: 26 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 133
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 350
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 395
.

İsrailin Qəzzaya hücumları başlayandan bəri BMT-nin 171 işçisi həlak olub

İsrailin Qəzzaya hücumları başlayandan bəri BMT-nin işçiləri də ölüb. BİG.AZ xəbər verir ki, BMT-nin 171 işçisi həlak olub. BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər Agentliyi (UNRWA) Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜƏMT) məlumatına görə

16:47 69
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 411
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 176
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 259
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 135
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 206