Aktrisa Suğra Bağırzadə gənclərə dəstək oldu

Aktrisa Suğra Bağırzadə gənclərə dəstək olduGənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan "Gənclərin II Ümumrespublika Teatr Festivalı"-na ssenari qəbulu davam edir.

Lent.az-ın məlumatına görə, "Bizə ideya lazımdır" devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.

Aktrisa və rəssam Suğra Bağırzadə festival haqqında öz düşüncələrini bölüşərək, bu cür təşəbbüslə çıxış etdikləri üçün təşkilatçıların fəaliyyətini yüksək qiymətləndirib.

- Suğra xanım, gənclər arasında keçirilən teatr festivallarını necə dəyərləndirirsiniz ?

- Mən elə fikirləşirəm ki, hər bir dövlətin gələcəkdə qüdrətli olması üçün ilk növbədə vətəndaşlarını, əsasən də gənc nəsli maarifləndirməyə, tərbiyə etməyə ehtiyacı var. Mən tərbiyəni, insanın öz ictimai vəzifəsini başa düşməsini hər şeydən əsas sayıram. Belə bir layihənin olmasını da həm gənclərin maarifləndirilməsi, həm də onlarda ictimai-sosial məsuliyyətin artırılması üçün əsas hesab edirəm. Biz gərək hər bir sahədə gəncləri dəstəkləyək. Birinci festival vətənpərvərlik mövzusunda keçirilmişdi. Ümumiyyətlə dünyada bundan daha yaxşı nə ola bilər?! İnsan hələ uşaqlıqdan ilk növbədə öz anasını, doğulub boya-başa çatdığı vətənini sevməlidir ki, böyüyəndə də çevrəsinə yararlı bir vətənpərvər, əsil vətən daşı ola bilsin. Çünki yaxşı vətəndaş, yaxşı insan heç vaxt çevrəsinə ziyan gətirə bilməz. Əksinə daima millətinə, xalqına, vətəninə baş ucalığı gətirər. Mən çox istəyərəm ki, mənim də nəvələrim vətənpərvər olsun. Məhz elə vətənpərvər ruhda böyüyən gənclər tarixin bütün dövrlərinin əsas qurucuları olublar. Bu indi də belədir. O ki qaldı ikinci festivalın mövzusu olan ekologiya özündə daha qlobal bir problemi cəmləşdirir. Şəxsən mən hansısa bir ölkəyə gedəndə ilk növbədə həmin ölkənin küçələrinin, su hövzələrinin, ümumiyyətlə ətrafın nə dərəcədə təmiz olmasına baxıram və özü-özlüyümdə Azərbaycanla müqayisə edirəm. Azərbaycandan daha çox təmizliyə riayət edən ölkələri görəndə, nə yalan deyim, mən paxıllıq edirəm. Bu işlərin kökündə bir növ mədəniyyət gəlir. Bu mədəniyyəti, kulturologiyanı biz uşaqlıq yaşlarından, elə bağçadan, məktəb dövründən uşaqlarımıza öyrətməliyik. Mən uşaq tərbiyəsinə çox fikir verirəm. Həm də uşaqlar, gənclər tədrisdən, valideynlərindən öyrəndiklərindən daha çox internetdən, televiziyadan, öz çevrələrindən öyrənir. Bax bu layihədə gənclərə belə tərbiyəvi mövzular mədəniyyət, teatr vasitəsilə öyrədilirsə bu da ayrı bir üstünlükdür.

- Ümumiyyətlə müasir dövrdəki gənc aktyorların rollarını ifa etmələrindən necə, razısız?

- Aktyorun işi elə bir işdir ki, ona demək olmaz ki, sən bu tamaşada yaxşı oynadın, digərində isə pis. Çünki bu işlər komanda işidir və aktyordan asılı olduğu qədər də onun səhnə yoldaşından, qrim ustasından, rejissordan və digərlərindən çox şey asılıdır. Məsələn hərdən elə olur ki, aktyor filmi gözəl oynayır, amma film elə montaj olunur ki, tamamilə fərqli alınır, korlanır. Amma bunu rəssamlıqda demək olar ki, sənin çəkdiyin bu rəsm gözəl alınmayıb, digəri isə gözəl alınıb. Çünki orda iş individual olur. Bir sözlə aktyorluqda işin keyfiyyətli alınması üçün iş yoldaşlarınla qarşılıqlı anlaşma olmalıdır, əsasən də rejissorla.

- Aktyor olmaq insana həyatda istər cəmiyyətlə əlaqələr qurmaqda olsun, istərsə də digər sahələrdə nələr qazandırır?

- İlk növbədə onu demək istəyirəm ki, aktyor nə qədər rol oynayırsa, o qədər həyat yaşayır. Bu elə çox şey qazanmaq deməkdir. Elə bu səbəbdən çox vaxt aktyorlar mənfi obraz yaratmaq istəmirlər. Əsasən də qadın aktrisalar. Çünki biz ekran vasitəsilə teatr, film, kino, serial ilə tamaşaçıya üzün müddət o qədər yaxın oluruq ki, onlar bizi elə ailə üzvlərindən biri kimi hesab etməyə başlayırlar. Mənfi rol oynayan aktyor, bu rolu peşəkar ifa edibsə o zaman insanlarda ona qarşı müəyyən qədər antipatiya yaranmış olur. Onun hətta həyatda pis insan olduğuna inananlar da az olmur. Bunun üçün çox yüksək mədəniyyətli insan lazımdır ki, aktyor və ya aktrisa işinə baxıb onu hər cəhətdən lazımınca dəyərləndirə bilsin. Bu da bəzi hallarda belə olmadığı üçün, əsasən müsbət rollar oynamaq istəyirik.

- Bilirik ki, siz keçən ilki festivalı yaxından izləmisiniz. Festivalda nə xoşunuza gəlir və ya nəyi bəyənmirsiniz?

- Mən Ümumdünya Floristlər Şurasının üzvüyəm. Bu şuraya 27 ölkə daxildir. Burada türkdilli ölkələrdən qatılan yeganə təmsilçi mənəm. Şura tərəfindən "Floristika Sənayesində yeni professional sənət yaratdığına görə" sertifikatı ilə təltif olunmuşam. Bu şura hər dəfə müxtəlif ölkələrdə professional ustad dərsləri keçirir. Məşğul olduğum sənət haqqında biliyimi daha da artırmaq, inkişaf etdirmək üçün mən də bu dərslərə qatılıram. Amma dərslər çox baha qiymətə keçirilir. Mənim layihədə xoşuma gələn xüsusiyyət ondan ibarətdir ki, gənclərə özlərini bu sahədə inkişaf etdirmələri, aktyor kimi yetişmələri üçün ustad dərsləri keçirilir. Və bu dərslər tam pulsuzdur. Bu daha yaxşıdır ki, istedadına güvənən hər bir gənc özünü inkişaf etdirməyə şans qazanmış olur. Sizə də işlərinizdə uğurlar arzulayıram.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4861   Tarix: 26 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571