Yerli Və Xarici Şou Biznesdən Son Xəbərlər

İradə İbrahimovanın toyunun təfərrüatları

Yerli Və Xarici Şou Biznesdən Son XəbərlərMüğənni toy mərasimində həyat yoldaşına ithafən mahnı oxudu

Bakıda müğənni İradə İbrahimovanın toy mərasimi keçirilib. APA-nın məlumatına görə, İ. İbrahimova Ceyhun İzzət adlı Azərbaycan əsilli türk biznesmenlə ailə qurur. Toydan əvvəl Mirmöhsün Ağanın məzarını ziyarət edən bəylə gəlin saat 20.00-da mərasimin keçirildiyi şadlıq evinə gəliblər. Toyun keçirildiyi sarayın ətrafı mühafizəçilər tərəfindən nəzarətə götürülüb. Qonaqlar adları siyahıda yoxlanıldıqdan sonra içəriyə buraxılıblar. Televiziyalar və fotoqraflar zalda yoxdur. Toyu əməkdar artist Ənvər Sadıqovun rəhbərliyi altında müğənni Abbas Bağırov idarə edir. Tamadalıq isə Nəsib Nura həvalə olunub. Zal və masalar qırmızı gül və şamlarla bəzədilib. Bəylə gəlin zala gəlməzdən əvvəl masaların üzərinə yeməklər düzülməyib. Sadəcə, hər qonaq üçün bir qızılgül və şirinlik olaraq konfet qoyulub. Bəylə gəlin mərasimə qatıldıqdan sonra təamların paylanmasına başlanıb.

Səbəbkarlar üzüklərini dəyişdikdən sonra qonaqları salamlayıblar. İ. İbrahimova toy üçün yaranmış xüsusi ssenaridən kənara çıxaraq, Brilyant Dadaşovanın repertuarından "Səninəm" mahnısını bəy üçün oxuyub və onlar birgə rəqs ediblər. Toyda millət vəkili Səməd Seyidov həyat yoldaşı ilə, Anar Məmmədxanov, Faiq Sücəddinov, Baba Vəziroğlu, Zülfiyyə Xanbabayeva, Arif Babayev, Tünzalə Ağayeva, Vüqar Camalzadə, Nailə Mirməmmədli və digər şəxslər iştirak edirlər.

Bəzi qonaqlar gül çələngləri ilə gəliblər. Ümumilikdə mərasimə 600 nəfərin dəvət edildiyi bildirilir. Bəzi qonaqlar restoranın şəhərdən bir qədər kənarda olması səbəbindən mərasimə gecikiblər. Toyda İ. İbrahimovanın atası və anası iştirak edir. Bəyin atası səhhətində problemlər olması səbəbindən toyda olmasa da, mərasimdə iştirak edən anası Zafer xanım qonaqları salamlayıb, yeni evlənənlərə xeyir-dua verərək, onlara xoşbəxtlik arzulayıb. Toyda Türkiyədən də qonaqlar var. "Azəri qızı" Günel də qardaşı Tunarla birgə qonaqlar arasındadır.

Bəylə gəlin bütün qonaqlarla ayrı-ayılıqda görüşüb, onları rəqsə dəvət edib. F. Sücəddinov pianoda musiqi ifa edib. Gəlini mələyə bənzədən T. Ağayeva onun şərəfinə "Sarı gəlin" mahnısını ifa edib. Bunun ardınca isə o, Türkiyədən gəlmiş qonaqların şərəfinə türk mahnısı oxuyub. Həm oğlan evi, həm qız evi, həm də bəylə gəlin T. Ağayeva ilə birlikdə həmin mahnısı ifa ediblər.

Aşıq Zülfiyyə toyda İradənin arzusu ilə aşıq havaları çalıb. "Natiq" Ritm Qrupu "Sarı gəlin" kompozisiyasını ifa edib. Toydan çox konsert proqramını xatırladan mərasimdə gəlinin çox şən olduğu diqqət çəkib. "Azəri qızı" Günelin "Adı yok", "Azərbaycan-Türkiyə" və "Qaragöz" mahnılarını ifa etməsi ilə məclis daha da qızışıb. Gəlin həyat yoldaşı ilə birgə "Cütçü" rəqsini oynayıb. Bəy Azərbaycan rəqslərini oynaya bilməsə də, buna cəhd edib.

Müğənni Röyadan sürpriz-şou!

Yerli Və Xarici Şou Biznesdən Son XəbərlərMüğənni Röya yaxın günlərdə ifaçılıqla yanaşı, rəqs qabiliyyətini nümayiş etdirəcək.

Bu barədə müğənninin mətbuat katibi Ülviyyə Alovlu məlumat verib: "Təqdimatı yaxın günlərdə olacaq "Unuduldum" klipi ilə yanaşı, yeni klip çəkilişi başlayıb. Klipin rejissoru Aqil M. Quliyevdir. "Mən danışıram rəqsdən" adlı mahnıda Röya müxtəlif janrlarda rəqs edəcək. Onların sırasında milli Azərbaycan rəqsi də var.

Klipin təqdim olunma vaxtı hələ məlum deyil: "Unuduldum" Kənan M.M tərəfindən ekranlaşıb. Aqil M.-in hazırladığı klipin təqdimatı yəqin ki, bir az gec olacaq. Çünki Aqil gördüyü işi tələsik təhvil verməyi sevmir".

Ü.Alovlu Röyanın pərəstişkarlarını yaxın günlərdə daha bir sürprizlə sevindirəcəyini əlavə edib.

Ebru Gündeş evli olduğunu açıqladı!!!

Yerli Və Xarici Şou Biznesdən Son XəbərlərTürkiyə müğənnisi Ebru Gündeş İstanbulun "Bostancı göstəri mərkəzi"ndə verdiyi konsertə gəlinlik geyimi ilə çıxıb.
Məlumata görə, Gündeş konsert boyunca sevənləri ilə səmimi söhbət edib. Ailə qurmaq arzusunda olan sənətçi heyranlarına "34 yaşım var, hələ evlənə bilmirəm. Deyəsən, mən sizlərlə, yəni sevənlərimlə evliyəm", deyib.

Konsertin ikinci yarısında isə müğənni özəl qiyafədə səhnəyə çıxıb. Gündeşin paltarını gözəl daş-qaşlar tamamlayıb.

Konsertdə bir-birindən gözəl mahnılar səsləndirən Ebru Gündeşi izləməyə gələnlər arasında ailə üzvləri də olub.

Nişanlısı "Yaprak dökümü"nün "Oğzu"unu döyüb


Yerli Və Xarici Şou Biznesdən Son XəbərlərTürkiyənin "Kanal D" televiziyasında yayımlanan "Yaprak dökümü" serialının "Oğzu"u Tolqa Karellə nişanlısı Öykü Çəlik arasındakı mübahisə aktyorun döyülməsi ilə nəticələnib.

Məlumata görə, aktrisa Öykü nişanlısını döydüyünü deyib: "Teatr oyunumun təqdimatından birlikdə çıxdıq. İkimiz də əsəbi idik, çox gərgin vəziyyət idi. Mübahisə etdik, vəziyyətin nəzarətdən çıxdığını görüb, başqa yerlərə getməyə qərar verdik. Amma mən yenə sakitləşmədim, onun olduğu yerə getdim. Orada mübahisəmiz daha da qızışdı, bir-birimizə ağır sözlər dedik. Dözməyib, onu vurdu, üzünə, başına yumruq ilişdirdim".

Qeyd edək ki, alkoqolik olan Karel daha əvvəl müalicə olunur. O, daha əvvəl tyəyyarədə 5 nəfər tərəfindən döyülmüşdü.

Samir Bağırov: "YERİMİ HEÇ KİM TUTA BİLMƏZ"

Yerli Və Xarici Şou Biznesdən Son Xəbərlər"Niyə keçmişin ətəyindən yapışıb gələcəyə ümidsiz yanaşıram?!"

Səhnə fəaliyyətindəki fasilələrə son qoymağı düşünən estrada ifaçısı Samir Bağırov maraqlı açıqlama verib. Dünənə kimi susmaqla səhnədəki yerini boş qoyan müğənni bu gün həm danışır, həm də oxuyacağına söz verir.
Müğənni etiraf edib ki, görünməməsinin günahkarı özüdür: "Bu müddətdə az-az çıxışlarım olub və hər birində müəyyən iradlar bildirmişəm. Amma sonda başa düşdüm ki, günahkar özüməm. Niyə keçmişin ətəyindən yapışıb gələcəyə ümidsiz yanaşıram?! Düzdür, bəzi xırda uğursuzluqlar olub və elə bunların da günahkarı özüm olmuşam. Hər bir insan həyatında enişli və yoxuşlu yollar qət edir. Mən isə hamar yollar qət edəcəyimi düşünürdüm. Artıq hər şeyi gözdən keçirmişəm. Səhnəyə böyük ümidlərlə atılıram. Tezliklə ifamda yeni mahnılar eşidəcəksiniz, klipim efirə çıxacaq, daha sonra dinləyicilər albomumla tanış olacaqlar".
Samir Bağırov rəqabətə də hazır olduğunu söyləyib. Onun haqqında "Samir Bağırovun səhnədəki yerini tutanlar var" deyənləri sənəti ilə susdurmağa hazırlaşan müğənni belə bir açıqlama verdi: "Mənim yerimi heç kim tuta bilməz. Səhnədə olmadığım illərdə mənim yerim boş qaldı, amma kimsə ona yiyə dura bilmədi. Ona görə ki, estrada sənətində mənim ayrı dəst-xəttim var. Onu heç kim təkrarlaya bilməz".


Paris Hilton gecə klublarının birində döyülüb

Yerli Və Xarici Şou Biznesdən Son XəbərlərDünyanın ən zəngin qadınlarından biri olan Paris Hilton çox zəngin bir ailənin mirasçısıdır. Onun hər hərəkəti, hər addımı bir hadisədir və böyük səs-küyə səbəb olur. Bunda müğənninin özünün də böyük rolu olur. Paparasilər tərəfindən izləndiyinə əmin olduqda Hilton onlara istədikləri pozları verir.
Bu günlərdə Paris Hilton Florida barlarının birində qalmaqal yaradıb. Gecə klubunun di-ceyinin səsləndirdiyi musiqi onun xoşuna gəlməyib. Ulduz daha oynaq musiqinin səsləndirilməsini di-ceydən xahiş etdikdə etirazla qarşılaşıb. Bu isə qarşılıqlı təhqirlərə keçib. Həmin an mübahisə yerinə gələn di-ceyin mühafizəçiləri Parisi itələyib və onu klubdan bayıra çıxarmağa çalışıblar. Bunu görən müğənninin müşayiətçisi onun tərəfini saxlayıb. Nəticədə o, 6 opponentlə dalaşmalı olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 18609   Tarix: 07 aprel 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899