ŞOK! 117 minlik "Range Rover"i əlindən alınıb
[hide]"Pulunu ödəyə bilməyəcəkdisə, nə üçün o cür bahalı maşın alırdı?"
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyilə məşhur müğənni Rəqsanə İsmayılovanın Yasamal rayon Məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətinə baxılıb.Rəqsanə 2006-cı ildə "Pareks lizinq And Faktorinq" MMC ilə müqavilə bağlayaraq lizinq yolu ilə "Range Rover Sport" markalı xarici avtomobil alıb. Avtomobilin qiyməti 117 min ABŞ dolları olub. Müğənni əvvəlcədən 25 min dollar ödəyib. Lakin bir müddət sonra şirkət müğənninin avtomobilini geri alıb. Buna səbəb müğənninin ipoteka qaydalarının lizinqdə tətbiq olunmasını istəməsi olub. Qarşı tərəf isə bununla razılaşmayıb.
Müğənni bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edərək, MMC ilə bağlanmış müqavilənin etibarsız sayılmasını, avtomobilin hərrac yolu ilə satılmasını, əldə olunan vəsaitlə öz pulunun geri qaytarılmasını, qalan pulun isə qarşı tərəfə çatmasını istəyib. Lakin rayon məhkəməsi bu il yanvarın 16-da çıxardığı qərardadla qalmaqallı müğənninin iddiasını təmin etməyib.
Onu da bildirək ki, müğənni Rəqsanə Dövlət Yol Polisi İdarəsində avtomobili öz adına sənədləşdirib və avtomobilə "10-JR-090" dövlət nömrə nişanı verilib.
Müğənninin vəkili Xalid Bağırov bu gün keçirilən məhkəmə prosesində çıxış edərək Rəqsanənin MMC-nin nümayəndələri ilə şəxsi münasibətlərinin olduğunu (vəkil müğənninin konkret olaraq MMC rəhbərliyi, yoxsa şirkətin sıravi nümayəndələrilə şəxsi münasibətlərinin olduğunu deməyib - P.A.) önə çəkib. O, tərəflər arasında bağlanmış müqavilənin düzgün rəsmiləşdirilmədiyini deyib: "Şəxsi münasibətlər olub, bu səbəbdən də qarşı tərəf kredit verməyə razı olub. Ancaq müqavilə düzgün rəsmiləşdirilməyib".
"Pareks lizinq And Faktorinq" MMC-nin hüquqi nümayəndəsi, vəkil Siracəddin Kərimov isə Rəqsanənin televiziya və qəzetlərdə çıxış etdiyini xatırladaraq, müğənninin əqli cəhətdən normal adam kimi göründüyünü deyib. O, həmçinin müğənninin vəkilinə "müqavilə bağlanarkən Rəqsanə xanıma hansısa təzyiq edilibmi" sualını verib. Lakin qarşı tərəf sualı cavablandırmaqdan imtina edib. Müğənninin vəkili deyib ki, kredit müqaviləsi bağlayarkən əksər şəxslər onun şərtlərini oxumur.
S.Kərimov isə təmsil etdiyi qurumun müştərilərlə bağladığı müqavilələrin mətninin eyni olduğunu bildirib. "Əgər pulunu ödəyə bilməyəcəkdisə, nə üçün Rəqsanə xanım o cür bahalı maşın alırdı?!" – deyə, o əlavə edib.
Hakim Mirzə Tağızadə isə tərəfləri barışığa çağırıb. MMC-nin vəkili isə qarşı tərəflə barışıq əldə etmə ehtimalının olmadığını bildirib. Belə olanda hakim "hər halda, siz gedin şirkətin rəhbərliyinə barışıq təklifini çatdırın" deyib. Hakim həmçinin Rəqsanənin vəkilinə də analoji təklifin müğənninin özünə çatdırılmasını istəyib.
Məhkəmə prosesi davam edir.[/hide]
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 "Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271