Şou Biznesdən ən son xəbərlər BiG.aZ saytında

Müəğənni simfonik orkestrlə konsertə hazırlaşır

Röya ilə bağlı yenə də müxtəlif söz-söhbətlər dolaşmaqdadır. Deyilənə görə, müğənnidə elə bir problem aşkarlanıb ki, bu, ona ana olmağa imkan verməyəcək. Bu xəbərdən hiddətlənən müğənni şayiə yayanları ağ yudu, qara sərdi: "Xəbər yayan insanlara demək istəyirəm ki, xəstəlik diaqnozu onların özünə məxsusdur. Çünki nahaqdan mənə şər atırlar Sonsuz şər atanların özləridi".
Müğənni övlad arzusunda olduğunu söyləsə də, bunu Tanrının qismətinə bağladı: "Ana olmağı səbirlə gözləyirəm. Qismətə də inanıram. Bilirəm ki, vaxtı yetişəndə ana olmaq səadətini yaşayacam. Allahın işinə qarışmaq olmaz".
Söhbəti zamanı Röya mayda Heydər Əliyev Sarayında verəcəyi konsertindən də söz açdı və konsertin repertuarını tamamlamaq üzrə olduğunu söylədi.
Bəstəkar Nailə Mirməmmədlinin rəhbərliyi ilə məşqləri davam etdirən müğənni mahnılarını simfonik orkestrin müşayiəti ilə ifa edəcək. Müğənninin sözlərinə görə, o, daha çox mərhum sənətkar Şövkət Ələkbərovanın repertuarından bəhrələnəcək: "Həftənin çox gününü məşqlərə ayırmışıq. Orkestr heyətinin çoxu demək olar ki, gənclərdən ibarətdir. Nailə xanım başda olmaqla saatlarla məşq edirik. Repertuara gəlincə, klassik mahnılar üstünlük təşkil edəcək və korifey bəstəkarların əsərləri səsləndiriləcək"

Şou Biznesdən ən son xəbərlər BiG.aZ saytındaMüğənni Kərim buna icazə veriləcəyinə əmindi

Gənc müğənni Kərim, reper Hüseyn Dərya və xanəndə Alim Qasımovun yarımçıq qalmış layihəsi davam etdiriləcək. Çəkilişi yarımçıq qalmış "Yetər ki, sən məni sevəsən" duetinə çəkilən klipin Hüseyn Dərya ilə bağlı epizodları həbsxanada lentə alınacaq. Bu barədə "OLAYLAR"a məlumat verən Kərim adıçəkilən məkanda çəkilişə icazə alacağına əmin olduğunu deyib: "Hüseyn Dəryanın həbs olunmasına görə, klipin çəkilişlərini yarımçıq qoymalı olmuşduq. Mən əminəm ki, həbsxanada çəkilişə icazə veriləcək. Əgər bu alınmasa, klipdə onun əvəzinə şəkilləri göstəriləcək".
Qeyd edək ki, Kərim hazırda "Yol" adlı filmə çəkilir. Qısametrajlı film macəra janrındadı. Ekran işində həm kriminal, həm də sevgi görmək mümkün olacaq. Sözügedən filmin rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, bəstəkarı Gövhər Həsənzadədi. Çəkilişlər Bakı və Lənkəranda aparılacaq.

Şou Biznesdən ən son xəbərlər BiG.aZ saytındaAygün Kazımova Natəvan Həbibiyə nəyi etiraf etdirdi?

Yanvarın 29-da Heydər Əliyev Sarayında "V and V" kampaniyasının təşkilatçılığı ilə "Qrand" İctimai Milli Mükafatının növbəti təqdimat mərasimi keçirilib. təxminən yarımsaatlıq gecikmə ilə başlanan təntənəli mərasim ənənəyə uyğun olaraq, şou-biznes sahəsində ötən ilin yekunlarına həsr olunmuşdu. Gecənin aparıcılığı "Azad Azərbaycan" radiosunun aparıcısı Emin Musəvi və xalq artisti Aygün Kazımovaya həvalə edilmişdi.
Gecə canlı musiqi parçaları, moda nümayişi və rəqslərlə yadda qaldı. Bundan əlavə aralarında uzun müddətdir qalmaqal yaşanan Natəvan Həbibi ilə Aygün Kazımova arasında səhnədə yaşanan dialoq da yəqin uzun müddət müzakirə ediləcək. Aparıcı Aygün xanım artıq bir gündə ikinci "Qrand" mükafatını almaq üçün səhnəyə qalxan Natəvana üzünü tutaraq dedi:
- Natəvan, bu günlərdə bir məclisdə etiraf etdin ki, mənim fanatımsan... İstəyirəm indi bunu səhnədən etiraf edəsən.
Natəvan:
- Mən bir məclisdə sizin mahnılarınıza rəqs edəndə siz təccübləndiniz. Mən də dedim ki, biz uşaqlıqdan sizin mahnılarınızla böyümüşük, sizə fahantlıq etmişik.

Aygün:
- Biz, yəni "W.Trio" qrupu?

Natəvan:
- Bəli.

Aygün xanımın birbaşa səhnədən Natəvana bu etirafı etdirməsinin keçmiş "W.Trio"çular - Röya və Elnarə tərəfindən necə qarşılanacağı indi maraq doğurur. Çünki onlar Aygün kazımova ilə məhz Natəvanın üstündə üz-göz olmuşdular. Nə isə, mövzumuz bu deyil.

Şok! Aygün Kazımova ilə Natəvan Həbibi barışdı

Müğənnilər Aygün Kazımova ilə Natəvan Həbibi arasında 'buz'lar əriyib.

Məlumata görə, həmkarlar yanvarın 29-da keçirilən 'Qrand' mükafatının təqdim etmə mərasimində qarşılaşarkən görüşüblər. Məlum olub ki, əslində Aygün Kazımova ilə Natəvan Həbibi daha əvvəl barışıbmışlar. Ancaq onlar barışdıqlarını məhz dünənki tədbirdə nümayiş etdiriblər. Natəvan Həbibi vaxtilə Aygünün fanatı olduğunu açıqlayıb.

Mərasimdən sonra müğənnilər şəhərdəki restoranların birinə gedərək, birlikdə əyləniblər.

Şou Biznesdən ən son xəbərlər BiG.aZ saytındaSizə "Qrand-2008"-in bütün qaliblərinin adlarını təqdim edirik:

İlin debütu • Fərrux Fazil oğlu
İlin model evi • "Estellita" • Modelyer • Dizayner • Stella Şamailova
Qeyri və ənəvi janrda fəaliyyət göstərən ilin sənət adamı • Namiq Qaraçuxurlu
İlin modeli • Günay Musayeva
İlin Layihəsi • "Best model of Azerbaijan" • Ruhi
İlin xiti • Ayaz • Almalarınla
İlin Rado Xiti • Xəyyam Nisanov • İstanbul
İlin Hitmeykeri • Murad Arif (Almalarınla, İstanbul)
İlin nəğməkar şairi • Baba Vəziroğlu (tədbirdə iştirak etmirdi)
İlin gənc bəstəkarı - Emil Şahin
İlin Remeyki - "Bakı"• Natəvan Həbibi
İlin Klipi• İradə İbrahimova • Son qərar
İlin klipmeykeri • Aqil M. Quliyev
İlin televiziya şou programı • Aygün Kazımovanın aparıcısı olduğu "Xeyir ola!" proqramı
İlin brendi • "Creme 21".
İlin Konserti • Zeynab Xanlarovanın konserti (iştirak etmirdi).
İlin performansı • Elton Quliyev
İlin Prodakşnı • "ETA" prodakşn.
İlin əcnəbi mügənnisi • Suli.
İlin vizaj ustası • Nigar İbrahimova.
Müxtəlif janrlarda ilin qadın ifaçısı • Natəvan Həbibi.
Müxtəlif janrlarda ilin kişi İfaçısı • Abbas Bağırov.
Xususi nominasiya - impressario Tolik.
Xüsusi nominasiya - İlhamə Quliyevanın press ataşesi Faiq Ələkbərli.
Xüsusi nominasiya - Azərbaycan estradasına sadiqliyi və peşəkarlığına görə - Manana.
İlin qadın mügənnisi • Aygün Kazımova.
İlin kişi müğənnisi • Faiq Ağayev.
Sənətə verdiyi əvəzsiz töhvələrə görə • İlhamə Quliyeva.

Şou Biznesdən ən son xəbərlər BiG.aZ saytındaNatəvan Həbibi barəsində yayılan xəbərə aydınlıq gətirdi

Natəvan Həbibinin "ailə qurandan sonra sənətdən uzaqlaşacağam" fikri təhrif olunaraq yazılıb. Bu barədə danışan müğənni şəxsi həyatı ilə bağlı açıqlama verərkən söylədiyi fikirlərin insanlara doğru şəkildə çatdırılmamasından narahatdır: "Açıqlamalarımın birində demişəm ki, ailə qurandan sonra sənətdən bir qədər uzaqlaşacağam və vaxtımı ailəmə ayıracağam. Lakin həmin fikirlər qətiləşdirilib və guya, mənim sənətdən birdəfəlik gedəcəyim yazılıb. Sizin vasitənizlə demək istəyirəm ki, bəli, ailə həyatı qursam, şou-proqramlardan, sənətə bağlı olan bir çox planlardan özümü azad edəcəyəm. Yalnız istədiyim vaxtlarda mahnılar yazdırıb nadir hallarda efirdə və konsert məkanlarında onları təqdim edəcəyəm. Mənim üçün ailə, övlad sənətdən öndədir".
Natəvan Həbibinin əlavəsinə görə, bu addımı o təqdirdə atacaq ki, ailə həyatı quracağı insan onun görmək istədiyi keyfiyyətlərə malik olsun: "Mənim üçün var-dövlət, şan-şöhrət ikinci plandadır. Ailənin möhkəm olması üçün insani keyfiyyətlər birinci gəlir. Var-dövlət onun təməlinin möhkəmliyində əsas rol oynamır".

Şou Biznesdən ən son xəbərlər BiG.aZ saytında


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 16893   Tarix: 06 fevral 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387