Sevgi
Sevgilisi olanlara, Qəlb oğrularına, Evli olanlara, Qəlbi qırıq olanlara, Aşiq olmaqdan qorxanlara, Sevgisini etiraf etməyə çəkinənlərə, Dönməyəcək birini hələ də gözləyənlərə,
Sevgi kəpənək kimidi, onun ardına qaçarsan o səndən uzaqlaşar... Ən yaxşısı burax uçsun, inan ki heç gözləmədiyin bir anda gəlib çiyninə toxunacaq ... Sevgi xəşbəxt edər, bəzən də hüzün verər. Amma sevgi özəldir, sənin sevginə layiq olan birinə verərsən əgər ...
Sevginin məqsədi onun üçün "mükəmməl insan" olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır ...
Sevmədiyin birinə əsla "səni sevirəm" demə …Qəlbində olmayan duyğulardan varmış kimi söz etmə. Kimsənin həyatına qəlbini qırmaq üçün girmə. Sevgi dolu baxan gözlərə əsla yalan söyləmə, çünki birinə verəbiləcəyin ən böyük acı aşiq olmadığın birini özünə aşiq etməkdir ...
Sevən insan "sənin səhvin" yerinə " üzr istəyirəm" deyəndir... "Hardasan" yerinə "mən burdayam" deyəndir ... "bunu necə etdin?!" yerinə "niyə etdiyini başa düşürəm" deyəndir ...və sevgi "kaş ki" yerinə daima "yaxşı ki" deyəndir ...
Qəlb yarası siz qanatmaqdan vaz keçincə davam edər və bunun dərmanı bu acıya öyrəşmək deyil, ondan dərs ala bilməkdir ...
Aşiq ol amma sevməsi üçün israr etmə, anla amma gözləmə, paylaş amma istəmə, yaralan amma əsla acını özlüyündə böyütmə ...
Sevdiyin insanı başqa biri ilə xoşbəxt olduğunu görməkdən daha acı bir şey varsa, o da sevdiyin insanın səninlə xoşbəxt olmadığını görməkdir ...
Sevdiyindən ayrılınca sevgi acı verir, sevdiyin tərk edincə daha da çox acı verir amma ən acısı, onu nə qədər sevdiyini bilməsinə heç bir fürsət verməməkdir ... Ey gənclər, sevdiyiniz insana vaxtında "Səni Sevirəm" deyin, çox gec olmadan, deyin!
Həyatın ən kədərli anı, dəli kimi sevdiyin insanın buna heç dəymədiyini gördüyün andır və ən böyük itgin onun üçün sərf etdiyin illərindir. Sənin sevginə bu bün layiq olmayan , bəlkə 10 il sonra yenə layiq olmayacaqdır ... Qoy getsin ...
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş