Bu il şou-biznesdə ən yadda qalan hadisələr

Bu il şou-biznesdə ən yadda qalan hadisələr

İlin möhtəşəm hadisələri

Yola saldığımız ilin ən möhtəşəm hadisəsi dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasından 100 illik yubileyi oldu.

Həmçinin, bu il Azərbaycan ilk dəfə olaraq, "Eurovision-2008" müsabiqəsinə qatıldı. Ölkəmizi təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin "Day after day" dueti isə 7-ci yeri tutdu.

İlin rəsmi etirafı

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: "Efir məkanı bozbaş müğənnilərlə dolub".

İlin azarlıları

2008-də xalq artisti Yaşar Nuri, professor Fərhad Bədəlbəyli, xalq rəssamı Tahir Salahov səhhətlərindəki problemlərdən əziyyət çəkdilər.

İlin yubileyləri



Bu il dövlət səviyyəsində yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin, şair Mikayıl Müşfiqin 100 illik yubileyləri, dahi bəstəkar Qara Qarayevin 90 illik, dünya şöhrətli rəssam Tahir Salahovun 80 illik, dünya şöhrətli bəstəkar Arif Məlikovun 75 illik, xalq artisti Arif Babayevin 70 illik yubileyləri keçirildi.

İlin itkiləri

Azərbaycanın korifey sənətkarlarından birini – xalq artisti Tükəzban İsmayılovanı itirdik. 2008 meyxana ustası Ağasəlim Çıldağın, bəstəkar Ramiz Mustafayevin, xalq rəssamı Maral Rəhmanzadənin, xalq artistləri Səfa Qəhrəmanovun, Lütfiyar İmanovun, İslam Rzayev, xalq artisti Kamal Xudaverdiyev və başqalarının da ölüm ili kimi tarixə düşdü.

Bu ilin sonunda, həmçinin SSRİ-nin və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayev də dünyasını dəyişdi. Onun nəşi Moskvadan Azərbaycana gətirilərək, Fəxri Xiyabanda torpağa verildi.

İlin konsertləri

Bu il SSRİ-nin və Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Heydər Əliyev Sarayında təmirdən sonra ilk "20 ildən sonra" adlı solo-konsert verən müğənni oldu.
Yaşıl Teatr Bakı Konsert Kompleksində əməkdar artist Ədalət Şükürov, müğənni Röya, Könül Kərimova da solo-konsertlər verdilər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə opera müğənnisi Fidan Hacıyevanın, müğənni Səyyad Əlizadənin, "Bu şəhərdə"nin konsertləri baş tutdu.
Gitara ifaçısı Rəmişin uzun illərdir, həsrətində olduğu konserti isə təxirə salındı.

İlin qonaqları

Qonaqlı-qaralı Azərbaycan xalqı bu il də ənənəsinə sadiq qaldı. Türkiyənin meqa-starı Tarkanın may ayında Yaşıl Teatr Bakı Konsert Kompleksində "Vay anam vay" adlı konserti (Yeri gəlmişkən, Tarkan dekabrın 30-da Heydər Əliyev Sarayında Röya ilə bərabər konsert verəcək), Türkiyənin tanınmış sənətçiləri Sezen Aksu, Sərdar Ortac, Rafet El Roman, Ebru Gündeş, Alişan, Kərəm Cem, Mahsun Kırmızıgül, Özcan Denizin konsertləri keçirildi.
Digər türk müğənnisi Çelik isə Bakıda restoran açaraq buraya yaşamağa gəldi.
Dünyanın məşhur ulduzu Toto Kutunyo, krımlı müğənni Zarema, Rusiyanın ulduzu Valeri Leontyev də Bakılılara konsert verdilər.
Bu il məşhur İtaliya aktrisası Monika Beluççi, fransalı müğənni Patrisiya Kaas, tanınmış modelyerlər Pier Kardin və Stefano Roland da Azərbaycanda qonaq oldular.

İlin toyları

Bu il sənət əhli arasında subaylığın daşını atanlar da oldu.
Müğənni Röya, "Şeron"çu Ülvi, rejissor Kənan MM-lə müğənni Aygün Şükürova, stilist Syama nikah masasına oturdular. Əməkdar artist Mətanət İsgəndərli isə oğlu Kərimə toy çaldırdı, qızını nişanladı.
Bu il təxirə düşən toylar da az olmadı. 2008-ci ilin səkkizinci ayının, 8-ci günündə gəlinlik libası geyinib, Amerikaya bal ayına getmək müğənni Xuraman Şuşalıya qismət olmadı.

İlin boşananları

Bu il xalq artisti Faiq Ağayevin (Əslində 2006-cı ildə boşanmasına baxmayaraq) boşanma xəbəri üzə çıxdı.
Müğənni Kərim həyat yoldaşı Təranədən ayrıldı. Müğənni Nadir Qafarzadənin həyat yoldaşının, xalq artisti Niyaməddin Musayevin boşanma ərizəsi ilə məhkəməyə müraciət etmələri barədə xəbərlər yayıldı.

İlin anaları

Bu il bəzi müğənnilərimiz də ana oldular. Rəqsanənin ikinci qızı, Nuranın üçüncü oğlu, Gülyanaq Məmmədovanın qızından sonra oğlu, Manananın isə qızı dünyaya gəldi.
Bu il Nazpəri Dostəliyeva isə nənə olub.

İlin premyeraları

Bu il Azərbaycanın kino və teatr tarixində əlamətdar olub, çoxlu sayda premyera keçirilib. "Hokmdarın taleyi", "Günaydın Mələyim", "Biz qayıcadağıq", "Absurdistan" adlı bədii filmlər ictimaiyyətə təqdim olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Körpüdən mənzərə", Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Xeyir və Şər" baletinin, Qara Qarayevin "Yeddi gözəl" baletinin yeni quruluşda, Dövlət Musiqili Komediya Teatrında "O olmasın, bu olsun" tamaşasının yeni quruluşda, "Bayadera" tamaşasının, Bakı Uşaq Teatrında "Xaş-xaşın göz yaşı" tamaşasının, "Yuğ" Teatrında "Bəlayi Eşq", "Hicr", "Civilti" tamaşalarının, "İbrus" teatrında "İvan Buninin sonuncu döyüşü" tamaşasının,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mistifikator" tamaşasının, Dövlət Gənclər Teatrında "İblis", "Tartuf", "Təzə gəlin" tamaşalarının, Bakı Kamera Teatrında "Aydın" tamaşasının premyeraları keçirilib.

İlin yarışmaları

İlin səs-küy salan yarışması gənc müğənni Natəvan Həbibinin "№ 1" yarışmasında səs çoxluğu ilə xalq artisti Aygün Kazımovaya qalib gəlməsi oldu.
Bu il Azərbaycanda model yarışması da keçirildi. "Best Model of Azerbaijan-2008" ilk dəfə olaraq, müğənni Ruhinin təşkilatçılığı ilə baş tutdu.

İlin təqdimatları

Xalq artisti Brilliant Dadaşovanın Türkiyədə "Masal dünyam", Sevda Ələkbərzadənin Almaniyada "Gül açır" adlı albomları işıq üzü gördü. Elnurun "Bilmirəm niyə?", Mənsum İbrahimovun "Dinə bilmədim", Lalə Məmmədovanın "Ürək dostum" və "Qızıl Lalədir adım" adlı albomları, "Kim bilir" adlı klipi, Elarizin "Əllərinlə qucaqla", Eltonun "Mənə bax", Xumar Qədimovanın "Küsmərəm" və "Qurban olum" adlı klipləri təqdim olundu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10010   Tarix: 30 dekabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999