Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEO

Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEOBu gün Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfovun doğum günüdür.

BiG.AZ xəbər verir ki, bu münasibətlə Müdafiə Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Hərbi Komissarlığı və Kürdəxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, "Kaspi" liseyinin nümayəndələri, Naxçıvan Hərbi Qarnizonunun hərbçiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüşçü dostları, Sabunçu və Ordubad rayonlarının bir qrup sakini İkinci Şəhidlər xiyabanına gələrək Vətənin igid övladının məzarını ziyarət ediblər.

Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEOYaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEOYaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEOSaytımız oxucuları kapitan Vüqar Nəcəfov haqqında məlumatlandırmaq istəyir.

2783 şəhidimizdən biri olan, iki bacının tək qardaşı, ailənin sonbeşiyi Vüqar Nəcəfov 10 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Uşaqlıq illərindən hərbçi olmaq arzusunda olub, atası və əmisi Birinci Qarabağ Müharibəsinin iştirakçısı, dayısı ordu kapitanı olub. Vüqar gözünü açandan ailədə hərbçilərin əhatəsində böyüyüb. Bəlkə də elə buna görədir ki, uşaqlıq arzusunu böyük sevgi ilə gerçəkləşdirib.

Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEOO, Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, "kapitan" hərbi rütbəsinədək yüksəlib.

Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib. O, Cəbrayıl rayonunun Ruzigar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yoldaşlarının sözlərinə görə, kapitan yaralı əsgəri ön nöqtədən çıxarmağa nail olub. Sonuncu döyüşçü yoldaşını xilas etmək istəyərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. Ondan əmanət iki övladı qalıb.

Bu, Ordubad rayonunun ucqar Dırnıs kəndindən başlayıb müqəddəs ziyarətgahları ilə məşhur olan Cəbrayılda şəhidliklə sonuclanan bir Azərbaycan gəncinin, Azərbaycan zabitinin qısa və şərəfli ömür yoludur.

Məqamın uca olsun, cənab kapitan! Ruhuna dərin ehtiramla!

Təltifləri

15.12.2020 — "Vətən uğrunda" medalı (ölümündən sonra)
24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
05.11.2021 — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)

Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEOOnun barəsində daha ətraflı aşağıdakı videomaterialları izləməklə öyrənə bilərsiniz:

Qeyd edək ki, ötən il də şəhid Vüqar Nəcəfovun doğum günü təntənəli şəkildə keçirilib.

Sonda kapitan Vüqar Nəcəfovu əsgərlərinin dilindən tanıyın:

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133