İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTO

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTOHər kəs bir yolla karyerasını qurur. Bəziləri diqqət çəkmək üçün illərlə çalışdıqları halda, digərlərinə şöhrət yolun lap əvvəlində gəlir. Bu qayda Hollivudda da keçərlidir. Bəzi aktyorlar elə ilk rollarıyla cəmiyyətin diqqətini özlərinə cəlb edə bilirlər.

BiG.AZ debütlarıyla dünyaya səs salan aktyor və aktrisalardan bir neçəsini oxuculara təqdim edir.

1. Çon Ho Yon

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTOÇon Ho Yon yayımlandığı gündən izləyici sayı ilə rekord qıraraq, uşaqdan-böyüyə hər kəsin marağına səbəb olan "Squid Game" serialında rol alaraq aktrisa kimi debütunu edib. Film ekranlara çıxandan sonra o, inanılmaz dərəcədə məşhurlaşıb və ABŞ-ın nəhəng "CAA" Agentliyi (Creative Artists Agency) ilə müqavilə imzalayıb.

2. Emma Uotson

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTOEmma Uotson 8 dinləmədən sonra "Harri Potter" haqqında serialda Hermiona roluna çəkilməyə razılıq alıb. Bundan əvvəl o, yalnız məktəb tamaşalarında oynayıb. Aktrisanın ilk filmi 2001-ci ildə ən çox gəlir gətirən film olub və qıza şöhrət qazandırıb. Uotson "Young Artist Award" mükafatına layiq görülüb və sonradan "Harri Potter" franşizasının digər hissələrində, eləcə də bir çox filmlərdə rol alıb.

3. Sofi Törner

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTOSofi Törner hələ məktəbdə oxuyarkən "Taxt-tac oyunu" serialında Sansa Stark roluna çəkilib. Onun kamera qarşısında ilk işi olan bu rol Törnerə dünya şöhrəti qazandırıb və aktrisa bir çox digər filmlərə dəvət alıb.

4. Heyli Steynfeld

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTOHeyli Steynfeld 13 yaşında "True Grit" filmində Metti Ross rolunu ifa edib. Bu rol ona "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasında "Oscar" mükafatı qazandırıb.

5. Kameron Diaz

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTO1994-cü ildə Kameron Diaz həmkarı Cim Kerri ilə "Maska" filmində çəkilməklə ürəkləri fəth edib. Həmin dövrdə Diaz model kimi fəaliyyət göstərsə də, 8 dinləmədən sonra rejissor və prodüserlər onun bu rol üçün ideal namizəd olduğu qərarına gəliblər.

6. Barbra Streyzand

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTOBarbra Streyzand kino karyerasına ilk dəfə 1968-ci ildə "Funny Girl" filmində baş rolda çəkilməklə start verib. Filmdə Fanni Brayz obrazını canlandıran Barbra taçmaşaçı rəğbətini qazana bilib. 1969-cu ildə o, Ketrin Hepbörn ilə birlikdə ən yaxşı qadın rolu ifaçısı kimi "Oscar" mükafatına layiq görülüb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1324   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355