Dırnağını Ayağına Görə Uzat

Varikozdan (damar genişlənməsi) müdafiə:

Damarların genişlənməməsi üçün ayaqların əzələləri yaxşı formada olmalıdır. Onları bərkitmək üçün ən yaxşı vasitə gəzintidir. Gün ərzində, təxminən, 30 dəqiqə gəzinti ilə ayaqları varikozdan qorumaq olar. Rahat ayaqqabıda gəzmək məsləhətdir. Dabanlı ayaqqabıda gəzinti əzələlərin həddindən artıq gərginləşməsinə və damarda qanın laxtalanmasına gətirir. Bəzi adamlarda varikoza qarşı irsi meyllilik var.

Dırnağını Ayağına Görə UzatKapilyarlar üçün müntəzəm məşqlər xeyirlidir. Belə məşqlər çox yüngül olur və az vaxt aparır.
Səhər tezdən oyananda yataqda dartının. Sonra kürəyi üstə uzanın, əllərinizi başınızın altına qoyub ayaqlarınızı uzadın və 1-2 dəqiqə pəncələrinizi gah sağ, gah da sol tərəfə döndərin.
Sonra kürəyi üstə uzanın, əllərinizi və ayaqlarınızı qaldırıb havada 1-2 dəqiqə tərpədin. Sağlam pəncələr həmişə isti və çəhrayı rəngdə olur.

Yorulmuş ayaqlara kömək edək:

Yorulmuş və şişmiş ayaqları buz ilə silmək olar. Yaxşı olar ki, o, sürvə yarpaqlarının, yaxud çobanyastığı güllərinin cövhərindən (şirəsindən) hazırlansın. Həmçinin, ardıc giləmeyvəsindən hazırlanmış vannalar da qəbul edə bilərsiniz. Belə vannalar ayaqların yorğunluğunu aparacaq.
Dırnağını Ayağına Görə UzatPəncələrinizi ovuşdurun:

Pəncələrə qulluq etməklə siz bütün orqanizmin sağlamlığını yaxşılaşdıra bilərsiniz. Pəncədə orqanizmin müxtəlif orqanlarla bağlı olan nöqtələri yerləşir. Masajı xüsusi qaydada etmək məsləhətdir. Əvvəlcə pəncəni, sonra isə ayaq barmaqlarını iki əllə yaxşı-yaxşı ovxalayın.

Dırnağını Ayağına Görə UzatGÖZƏL AYAQLAR:

Manikürün xeyirindən və ziyanından danışmayacağıq. Hər fikrin öz əsası var. Belə hesab edək ki, bu, hər kəsin öz zövqündən asılıdır. Əgər pedikür edirsinizsə, onu da bilin ki, barmaqlar və dırnaqlar yaraşıqsız olan halda şəffaf və yaxud açıq rəngli lakdan istifadə etməyiniz məsləhətdir. Ayaqlarınız yaxşı qulluq olunmuş halda, barmaq və dırnaqlar isə qəşəng formada olanda parlaq lakdan istifadə edə bilərsiniz. Yaxşı olar ki, ayaq və əl dırnaqları eyni rəngdə olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8048   Tarix: 01 mart 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168